Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945, Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998).

Levon Ter-Petrosyan

  • Ana Səhifə
  • Vikipediya
  • Levon Ter-Petrosyan

Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945, Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998).

Levon Ter-Petrosyan
erm. Լեւոն Հակոբի Տեր-Պետրոսյան
erm. ևոն Տեր-Պետրոսյան
Ermənistan Respublikasının Prezidenti
11 noyabr 1991 – 3 fevral 1998
Əvvəlkivəzifə təsis edilib
SonrakıRobert Koçaryan
Ermənistan SSR Ali Sovetinin sədri
4 avqust 1990 – 23 avqust 1990
ƏvvəlkiSamson Tonoyan[d]
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 1945(1945-01-09) (81 yaş)
Doğum yeri
  • Hələb, Hələb mühafəzəsi, Suriya
Partiya
  • Ermənistan Milli Konqresi[d]
Təhsili
  • İrəvan Dövlət Universiteti,
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d]
Fəaliyyəti siyasətçi, tarixçi
Dini Erməni Həvari kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Levon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində doğulmuşdur. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olmuşdur. Anası milliyətcə assuriyalı olub.

Ter-Petrosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra təhsilini M. Abeqyan adına ədəbiyyat institutunun və Leninqrad şərqşünaslıq institutunun aspiranturasında davam etdirib.

1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olur.

1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham edirdilər. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır.

1989-cu ilin avqustunda Levon Ter-Petrosyan Ermənistan Ali Sovetinin deputatı, həmin ilin noyabrında isə Ter-Petrosyan Erməni ictimai hərəkatının rəhbəri seçilir.

1990-cı ilin avqustunda Ter-Petrosyan Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutur. 16 oktyabr 1991-ci ildə Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilir, 1996-cı ilin sentyabrın 21 o bu vəzifəyə təkrarən seçilir.

3 fevral 1998-ci ildə Levon Ter-Petrosyan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur olunur. Belə ki, Levon Ter-Petrosyan ATƏT – in Minsk qrupunun təklif etdiyi "Mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Əslən Qarabağdan olan, güc nazirləri və baş nazir buna qarşı idilər.

Həmin ilin mart ayında yeni prezident Robert Koçaryan oldu.

İstefadan sonra

Öz istefasından sonra uzun müddət Levon Ter-Petrosyan heç bir siyasi məsələyə qarışmayaraq Matenadaranda elmi işçi kimi çalışırdı.

Lakin 26 oktyabr 2007-ci ildə o, İrəvanda müxalifətin təşkil etdiyi mitinqdə çıxış edərək prezident seçkilərində iştrak etmək niyyətində olduğunu bildirir. Həmçinin həmin çıxışında o Ermənistan hakimiyyətini tənqid edir, indiki hakimiyyətin "erməni xalqına şərəf gətirməyən, alçaldıcı və cinayətkar" olduğunu bəyan edir.

2008-ci ilin fevralında keçirilmiş seçkilərdə, Serj Sarkisyan qalib gəlir, erməni müxalifəti və şəxsən Ter-Petrosyan seçkilərin nəticələrini tanımadığını və seçkilərin total saxtalaşdırma şəraitində keçdiyini bəyan edir.

Müxalifət İrəvanda kütləvi etiraz aksiyalarına başlayır. Martın 1 — i polis Ter-Petrosyan tərəfdarlarının keçirdiyi mitinqi dağıdır, bunun nəticəsində şəhərdə kütləvi iğtişaşlar başlayır, rəsmi məlumatlara əsasən bu zaman 8 nəfər həlak olur 130 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alır.

Levon Ter-Petrosyan dövlət mühafizə idarəsinin əməkdaşlarının müşayəti ilə öz iqamətgahına gətirilir və burada faktiki olaraq ev həbsində saxlanılır.

Mitinq dağıdılandan sonra Ter-Petrosyanın tərəfdarları İrəvandakı Fransa səfirliyinin qarşısına yığışır və burada barikadalar qurmağa başlayırlar. Həmin gün Robert Koçaryan İrəvanda 20 gün müddətinə fövqaladə vəziyyət elan edir.

2008-ci ilin yayında 15 siyasi partiya və bir ictimai təşkilat "Erməni milli konqresini" təsis edir və Levon Ter-Petrosyan bu konqresin faktiki rəhbərinə çevrilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Levon Ter-Petrosyan haqqında məlumat. Levon Ter-Petrosyan nədir? Levon Ter-Petrosyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salvia africana

  • Fevral 23, 2026

    24 avqust

  • Fevral 27, 2026

    E.ə. 260

  • Fevral 27, 2026

    Dəniz anası

  • Fevral 25, 2026

    Çikasolar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst