Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vulkanologiya — yerin daxilində baş verən dəyişikliklər nəticəsində maqmanın xaric olması ilə müşahidə edilən geoloji struktur olan vulkanları öyrənən elm.

Vulkanologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Vulkanologiya

Vulkanologiya — yerin daxilində baş verən dəyişikliklər nəticəsində maqmanın xaric olması ilə müşahidə edilən geoloji struktur olan vulkanları öyrənən elm.

Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Filippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan püskürən zaman odlu maqmanın temperaturu 850º – 1250 °C arasında olur.

Mündəricat

Geomorofloji termin

Vulkanologiya- (rus. вулканология, ing. volcanology) (vulkan sözündən və yun. logos- söz, elm)- vulk. əmələ gəlmə səbəbini, inkişafını, quruluşunu, püskürmə məhsullarının tərkibini, fəaliyyət xarakterinin dəyişilməsi, eləcə də yer səthində vulk. yerləşməsi qanuauyğunluqlarını öyrənən elm.

Vulkan növləri

Fəaliyyətdə olan vulkanlar

Vezuvi vulkanı

Püskürməsi haqqında əldə tarixi yazılı məlumat olan vulkanlara fəaliyyətdə olan vulkanlar deyilir. Yer üzərində 817 fəal vulkan qeydə alınmışdır ki, onlardan 620-si yaxın zamanlarda püskürmüşdür. Fəaliyyətdə olan vulkanların təqribən 75 %-i Sakit okeanın odlu qurşağı və Böyük Zond adalar qövsündə yerləşir. Zəlzələlər kimi vulkanlar da cavan, seysmik ərazilərdə, tavaların sərhədində daha çox müşahidə edilir. İtaliyada –Vezuvi (1281 m), Etna (3323 m), Stramaboli, İslandiyada – Hekla (4191 m), Rusiyadakı Kamçatka yarımadasında – Klyuçovskaya Sopka (4688 m), Avaçinskaya Sopka, Yaponiyada – Fudziyama (3776 m), Zond adalarında – Kerinçi (3800 m), Slamet (3430 m), Aquna, Amerikada yerləşən Havay adlarında – Mauna Loa, Mauna Kea, Kilauea, Cənubi Amerikada – Kotopaxi (5897 m), San-Pedro (5974 m), Ruis (5400 m), Şimali Amerikada Meksikada – Orisaba (5747), Taxumulko (4220 m), Şasta (4317 m), Reynir (4392 m), İndoneziyada – Krakatau (813 m), Yeni Zelandiyada – Ruapexu (2797 m), Şərqi Afrikada – Klimancaro (5895 m), Qərbi Afrikada – Kamerun (4070 m), Antraktidada – Erebus (3794 m) və s. fəaliyyətdə olan ən məşhur vulkanlardır. Bizim eranın 79-cu ilində Vezuvinin püskürməsi nəticəsində Neapolun cənubundakı Pompey şəhəri bütünlüklə vulkan külünün altında qalmışdır. Etna vulkanı hər 10 ildən bir güclü püskürür.

Fudzi vulkanı

Sönmüş vulkanlar

Püskürməsi haqqında əldə heç bir tarixi yazılı məlumat olmayan vulkanlara sönmüş vulkanlar deyilir. Yer kürəsinin sönmüş vulkanları daha çoxdur. Onlar haqqında heç bir məlumat olmasa da, vulkan külləri, kraterlər, vulkan konusları nə vaxtsa burada çox güclü vulkanizm prosesinin olmasını sübut edir. Alp dağlarında, Türkiyədə – Böyük Ağrı, Kiçik Ağrı, Böyük Qafqaz dağlarında – Elbrus (5642 m), Kazbek (5033 m), Azərbaycanda Kiçik Qafqaz dağlarında – Böyük İşıqlı, Qızılboğaz (3550 m), Axar-Baxar, Gəlinqaya,Yaponiyada — Fudzi (3777m),Cənubi Amerikada – Çimboraso (6310 m), Lyulyaylyako (6723 m), İranda – Savalan (4821 m), Səhənd (3722 m), Dəmavənd (5604 m) və s. ən məşhur sönmüş vulkanlardır. Qədim vulkan püskürmələrinin izləri Qarabağ vulkanik yaylasında da öz izlərini saxlamışdır. Bəzən sönmüş hesab edilən vulkanlar yenidən fəaliyyətə başlayır. Belə vulkanlarıyatmış vulkan adlandırırlar. Məsələn, 1960-cı ildə Çilidə zəlzələ zamanı sönmüş vulkan hesab edilən 9 vulkan püskürdü.

Həmçinin bax

  • Vulkan sütunu
  • Vulkan uçqunu
  • Vulkan yaylası
  • Vulkan zəlzələsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vulkanologiya haqqında məlumat. Vulkanologiya nədir? Vulkanologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Altay

  • Fevral 27, 2026

    Isoptera

  • Fevral 27, 2026

    Qədisiyyə mühafəzəsi

  • Fevral 27, 2026

    Miletli İsidor

  • Fevral 27, 2026

    1949-cu il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst