Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Loru mərzi (erm. Լոռու մարզ Lorru marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tavuş mərzi, cənubda

Loru mərzi

  • Ana Səhifə
  • Vikipediya
  • Loru mərzi

Loru mərzi (erm. Լոռու մարզ Lorru marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tavuş mərzi, cənubda Kotayk mərzi və Aragatsotn mərzi, qərbdə Şirak mərzi ilə həmsərhəddir. Gürcüstanla sərhəd xətti 110 km–dir. İnzibati mərkəzi Böyük Qarakilsə şəhəridir.

Mərz
Loru mahalı
erm. Լոռու մարզ
Vanadzorda mərzbanlığın binası, 2009-cu il
Gerb
Gerb

40°55′ şm. e. 44°30′ ş. u.HGYO


Ölkə Ermənistan
İnzibati mərkəz Böyük Qarakilsə
Ən böyük şəhərləri Böyük Qarakilsə
Mərzban Andrəy Ghukasiyan
Tarixi və coğrafiyası
Yaradılıb 07.11.1995
Sahəsi 3 789 km² (1.274 %, 3-cü-ci yer)
Hündürlük
  •  Maksimal
  •  Minimal
  • 3 101 m
  • 390 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 235 537 nəfər (2011) (78 %,6-cı-ci yer)
Əhalinin sıxlığı 6.216 nəfər/km² (6-cı-ci yer)
Etnik tərkib Ermənilər – 98.01 %
Ruslar – 1.34 %
Yezidilər – 0.28 %
Digərləri – 0.37 %. (2011)
Dini tərkib Erməni Apostol Kilsəsi – 89.82 %
Dinsiz – 2.21 %
Yevangelik – 2.19 %
Katolik – 1.31 %
Molokan – 0.85 %
Digər və s. – 3.62 %. (2011)
Rəqəmsal identifikatorlar
ISO kodu AM.LO
FIPS kodu AM06
Poçt indeksi 1701–2117
İnternet domeni .am
Avtomobil nömrəsi 36
Rəsmi sayt
Loru mahalı xəritədə
Loru mahalı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Mərz ölkənin şimalında Gürcüstanla sərhəddə, tarixi Loru mahalı ərazisində yerləşir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Alaverdi, Quqark, Taşir, Spitak, Stepanavan və Tumanyan rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilmişdir.

Coğrafiya

Mərzin ərazisi 2011–ci il siyahıyaalınması zamanı 3.789 km² idi. Yeni inzibati dəyişikliklərdən sonra mərzin ərazisi 10 km² artaraq 1 yanvar 2012–ci il tarixindən etibarən 3.799 km² təşkil edir. Ərazinin 251.154 hektarı kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlardır, ondan 42.075 hektarı əkin sahələridir. Orta illik yağıntı 600–700 mm təşkil edir. Mərzin ən hündür nöqtəsi (3101 m) Tej-əhməd dağı, ən alçaq hissəsi isə Tona çayının Gürcüstanla sərhəddə yaxın aşağı axarının vadisi (təqribən 390 m) hesab edilir. Mərzin ümumi ərazisi əsasən dağlıqdır, düzənliklərdən Loru çökəkliyi ölçülərinin böyüklüyünə görə fərqlənir. Sıx çay şəbəkəsi var, əksəriyyəti kiçik çaylardır. Demək olar ki, hamısı Cəlaloğlu və Pəmbək çaylarının və onların qovuşmasından yaranan Tona çayının, həmçinin Çapal çayının hövzəsinə daxildir.

İnzibati-ərazi bölgü

Loru mərzi inzibati cəhətdən 113 bələdiyyəyə (erm. Համայնք) bölünür. Hər bir bələdiyyə kənd və şəhər olmasından asılı olmayaraq bir və ya bir neçə yaşayış məntəqəsini əhatə edir. ERMSTAT–ın 1 yanvar 2011–ci ilə olan rəsmi məlumatına əsasən mərzin ərazisində 8–i şəhər və 105–i kənd bələdiyyəsi olmaqla 113 bələdiyyə mövcuddur. Bələdiyyələrin tərkibinə 8 şəhər və 122 kənd daxildir.

Əhali

İllərə görə əhali: Loru mərzi
(Mənbə: ERMSTAT)
İl1995199719992001200220032004200520062007201120142015
Əhali303.300304.300295.100287.000286.300285.000284.500283.900283.400282.700235.500228.900228.000

Şəhərlər

Mərzin 1 iyul 2014-cü il tarixinə rəsmən 228.9 min nəfər təxmin edilən de-yuri yəni daimi əhalisindən 134.7 min nəfəri şəhərlərdə yaşayırdı. ERMSTAT–ın rəsmi məlumatına əsasən mərzin daimi əhalisi azalaraq 2015–ci ilin yanvar ayının 1–inə 228 min nəfər təşkil etmişdir və onlardan 134.3 min nəfəri şəhər əhalisidir. Şəhər əhalisinin 83.4 min nəfəri Vanadzor sakinləridir.

12–21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən mərzin şəhərləri:

Şəkil Yer Şəhər Əhali Yer Şəhər Əhali Şəkil
1 Vanadzor
86 199
5 Taşir
7 773
2 Alaverdi
13 343
6 Axtala
2 092
3 Stepanavan
13 086
7 Tumanyan
1 710
4 Spitak
12 881
8 Şamlıq
700

Etnik tərkib







Loru mərzi əhalisinin etnik tərkibi (2015):   Ermənilər (97,0 %)  Ruslar (1,5 %)  Yunanlar (1,0 %)  Digərləri (0,5 %)

Etnik
qrup
1939 sa. 2001 sa. 2011 sa.
Sayı % Sayı % Sayı %
Cəmi 172 214 100.00 286 408 100.00 235 537 100.00
Ermənilər 138 554 80.45 280 471 97.93 231 066 98.01
Ruslar 16 312 9.47 3 882 1.36 3 152 1.34
Azərbaycanlılar 12 267 7.12 0 0 0 0
Yezidilər 337 0.20 793 0.28 652 0.28
Kürdlər 9 11
Yunanlar 3 350 1.95 655 0.23 360 0.15
Ukraynalılar 629 0.37 138 0.05 91 0.04
Gürcülər 252 0.15 460 0.15 100 0.04
Digər və s. 513 0.29 105 0.14

Şərhlər

  1. 1939–cu il siyahıyaalınması zamanı Ermənistan SSR–in Kirovakan, Kalinino, Spitak, Stepanavan və Alaverdi rayonları əhalisinin cəminə uyğun.

Həmçinin bax

  • Borçalı qəzası
  • Borçalı distansiyası
  • Loru mahalı
  • Borçalı xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Loru mərzi haqqında məlumat. Loru mərzi nədir? Loru mərzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toruni

  • Fevral 27, 2026

    Kommuna (icma)

  • Fevral 27, 2026

    Maks Born

  • Fevral 27, 2026

    Güllə

  • Fevral 27, 2026

    Furye sıraları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst