Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Kavian və ya Cəfər Məmmədzadə (1895, Təbriz – 1975, Bakı) — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları

Cəfər Kavian

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Kavian

Cəfər Kavian və ya Cəfər Məmmədzadə (1895, Təbriz – 1975, Bakı) — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları naziri, Azərbaycan Milli Hökumətinin Milli Məclisinin üzvü. İran Kommunist Partiyasının, Tudə Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan Demokrat Firqəsinin təşkilat komitəsinin üzvü olub.

Cəfər Kavian
Azərbaycan Milli Hökumətinin Müdafiə naziri
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1895(1895)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1975(1975) (79–80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Bakı
Partiya
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası (1911–1918)
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər Məşrutə hərəkatı
Məhəmməd Xiyabani üsyanı
Lahuti hərəkatı
21 Azər hərəkatı
Rütbəsi
  • general-mayor

Təltifləri "Səttarxan" ordeni "21 Azər" medalı — 19461946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşrutə, Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında iştirak edib. Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında fədai dəstələrinə başçılıq edib.

Azərbaycan Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

Mündəricat

Həyatı

İlk illəri

Cəfər Məhəmmədəli oğlu Məmmədzadə 1895-ci ildə Təbrizdə anadan olub. İbtidai təhsilini Təbriz məscidlərinin birindəki mədrəsədə alıb. 1908-ci ildə atası və qardaşı ilə birlikdə Səttar xanın rəhbərliyi ilə baş tutmuş Məşrutə hərəkatında iştirak edib. Hərəkat məğlub olduqdan sonra qardaşı İsrafillə birlikdə Bakıya gedib. Bakıda yaşadığı müddətdə dərzilik edib. İki ildən sonra 1914-cü ildə Təbrizə geri qayıdıb. 1918-ci ilə qədər Sosial Demokrat Partiyasının üzvü kimi gizli inqilabi fəaliyyət göstərib. Fədailər və yoldaşları arasında "Məşədi" ləqəbi ilə tanınıb. Təqiblərdən qurtulmaq üçün bir müddət Azərbaycan Cümhuriyyətinin ərazisində Bakıda və Naxçıvanda yaşayıb. 1920-ci ildə baş tutmuş Xiyabani hərəkatında iştirak edib. Burada "Xalqın qəzəbi" adlı fədai dəstəsinə başçılıq edib.

Cəfər Kavian Mərənd fədailəri ilə birlikdə

1922-ci il fevralın 1-də Təbrizdə Əbülqasım Lahutinin rəhbərliyi ilə hökumət idarələri ələ keçirildi və Milli Komitə yaradıldı. Milli Komitə mərkəzi hökumətdən ingilis imperializminin ölkədə ağalığına son qoymağı və demokratik islahatlar həyata keçirməyi tələb edirdi. Bu hərəkatda Cəfər Kaviani fədai başçısı kimi iştirak edib. Bir neçə müddət sonra hərəkat kazak dəstələri tərəfindən yatırılıb. Bundan sonra Cəfər Kavian təqiblərdən qurtulmaq üçün Əbülqasım Lahuti ilə birlikdə Tiflisə gedib.

Burada Birləşmiş Zaqafqaziya Federal Partiyasına üzv olub və partiya tərəfindən siyasi təhsilini artırmaq üçün Bakıya göndərilib. 1922–1924-cü illərdə Lenin adına Ali Partiya Məktəbində siyasi işçi ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra 1925-ci ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Naxçıvanda yerləşən Dağ-Mədən Fəhlə Həmkarlar İttifaqının sədri təyin olunub. 1926-cı ildə Naxçıvan MSSR-nin nümayəndəsi kimi Bakıda keçirilən Mədən İşçilərinin Ümumittifaq Qurultayında iştirak edib. 1927-ci ildə Kominternin tapşırığı ilə İrana göndərilib. Təbrizdə, Rəştdə, Mazandaranda, Tehranda gizli inqilabi iş aparıb.

İran Kommunist Partiyasının yaradılmasında iştirak edib. 1928-ci ildə partiyanın baş tutmuş birinci və ikinci qurultaylarında iştirak edib, Mərkəzi Komitənin üzvü və partiyanın Təbriz şöbəsinin katibi seçilib. 1930-cu ilin sonlarında həbs olunub. Məhkəmə qərarında onu 1 may münasibətilə kitabçalar nəşr etdirib Tehranda yaymaqda, Kommunist partiyasının üzvü olmaqda və İranın istiqlaliyyətinə qarşı fəaliyyət göstərməkdə ittiham edirlər. 6 il 7 ay Qəsri-Qacar həbsxanasında tək nəfərlik kamerada cəza çəkib. 1937-ci ildə həbsdən azad olunduqdan sonra Zəncan şəhərinə sürgün edilib.

Azərbaycan Milli Hökuməti dövründə

Cəfər Kavian 1941-ci ildə Sovet ordusu İrana girdikdən sonra sürgündən azad olunaraq Təbrizə gəlir. Tudə partiyasına üzv olur və Mərkəzi Komitəsinin üzvü seçilir. 1944-cü ilin ortalarında yenidən təşkil olunan Tudə partiyasının Təbriz şəhər komitəsinə seçilən 17 nəfərdən biri olub. 1944-cü ilə qədər Təbrizdə müxtəlif təşkilatlarda fəaliyyət göstərir. "Ziddi-faşist", "Xalq partiyası" və başqa təşkilatların yaradılmasında iştirak edib. 1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Cəfər Kavianın da üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradıldı. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Cəfər Kavian da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. Bundan başqa Təbrizdəki fədailərə başçılıq edən fədailərdən olub və şəhərin şah qoşunlarından təmizlənməsində iştirak edib.

Təbriz Hərbi Məktəbinin müəllim və tələbələri, 1946-cı il. Cəfər Kavian mərkəzdə əyləşib.

1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Seçkilər nəticəsində Cəfər Kavian Azərbaycan Milli Məclisinə Mərənddən nümayəndə seçilib. Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Cəfər Kavian olub. Elə həmin gün yeni qurulan hökumətin rəhbəri Mir Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olunub. Qısa müddətdə təşkil olunan xalq qoşunlarının tərkibində müxtəlif rütbəli 300 zabit toplanır. 14 zabitə polkovnik, 9 zabitə isə general rütbəsi verilir. Ümumilikdə qoşunların sayı 18.000 nəfərə çatırdı. Bir neçə hərbi məktəb açılır. Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub.

Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi. Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı. Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Seyid Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər.

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı. 1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra

Milli Hökumət dağıldıqdan sonra 1947-ci ildə Bakıya köçüb. Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər. 1953-cü ilə qədər Bakıda Azərbaycan Demokrat Firqəsinin fəaliyyətində iştirak edib. 1975-ci ilin yanvar ayında Bakıda dünyasını dəyişib. Dövlət tərəfindən Fəxri Xiyabanda dəfn olunması nəzərdə tutulsa da ailə üzvlərinin istəyi ilə Bakıxanov qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

Ailəsi

Cəfər Kavian ailə üzvləri ilə birlikdə, 1946-cı il.

Atası Məhəmmədəli Təbriz yaxınlığında yerləşən Səhlan kəndindəndir. Anası Zivər xanım isə Mərənd ətrafında yerləşən Güllü kəndindən olub. Atası və qardaşı İsrafil Məşrutə hərəkatının iştirakçısı olublar. Hərəkat yatırıldıqdan sonra atası həbs olunub və həbsxanada ona verilən işgəncələrdən sonra dünyasını dəyişib. Səhlanlı Məhəmmədəlinin Pənahi Makulunun "Səttarxan" romanında da təsvir olunub.

Cəfər Kavian Səkinə xanımla ailə həyatı qurub. Bu evlilikdən 1927-ci ildə oğlu Kavə, 1930-cu ildə Puran adlı qızı, 1931-ci ildə Məlahət adlı qızı, 1937-ci ildə Marks adlı oğlu, 1942-ci ildə Maisə adlı qızı, 1947-ci ildə İsrafil Kavian adlı oğlu dünyaya gəlib.

Xatirəsi

1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib. Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır. Filmdə Cəfər Kavian da çəkilib.

Azərbaycan Milli Hökumətinin Mədəniyyət və Maarif naziri Məhəmməd Biriya 1969-cu ildə Cəfər Kaviana "Yadigar" adlı şeir həsr edib. 1975-ci ildə Azərbaycan Demokrat Partiyasının mətbuat orqanı olan "Azərbaycan" qəzetində onun haqqında nekroloq yazılıb.

Əkrəm Səlimzadə və Rzabala Nurəliyevin İslam Əliyev haqqında yazdıqları "Son döyüş" kitabında Cəfər Kavian haqqında da bəhs olunub.

2014-cü il mayın 16-da Cəfər Kavianin arxivi, Səttarxan ordeni, 21 Azər medalı, qılıncı, hərbi forması və digər şəxsi əşyaları oğlu Marks Kavian tərəfindən Azərbaycan İstiqlal Muzeyinə verilib. Bu eksponatlar Azərbaycan İstiqlal Muzeyinin Cənubi Azərbaycana həsr olunmuş bölməsində nümayiş olunur. 2015-ci il aprelin 3-də Azərbaycan İstiqlal Muzeyində Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçirilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Kavian haqqında məlumat. Cəfər Kavian nədir? Cəfər Kavian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xristian

  • Fevral 27, 2026

    Apata

  • Fevral 27, 2026

    Diabaz

  • Fevral 28, 2026

    Muntiacus truongsonensis

  • Fevral 28, 2026

    Şahin Musayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst