Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərənd (fars. مرند‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir.

Mərənd

  • Ana Səhifə
  • Vikipediya
  • Mərənd

Mərənd (fars. مرند‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir.

Mərənd
38°25′50″ şm. e. 45°46′26″ ş. u.HGYO
Ölkə
  •  İran
Əhalisi
Əhalisi
  • 130.825 nəf. (2016)
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 491
Digər
marand.ir
Xəritəni göstər/gizlə
Mərənd xəritədə
Mərənd
Mərənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir.

Mündəricat

İqlimi

Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir. Təbriz-Culfa dəmir yolu və Təbrizdən Avropaya gedən yollar Mərənddən keçir.

Coğrafiyası

Mərəndi hər tərəfdən böyüklü kiçikli dağ silsilələri əhatə edir. Mərəndin dağları içərisində Mişov dağı öz coğrafi mövqeyi, zənginliyi və təbiətinin rəngarəngliyi ilə fərqlənir. Mərəndlə Urmiya gölü və Şəbüstər arasında yerləşən bu dağ Mərəndə gələnləri başından heç vaxt qarı əskik olmayan zirvəsi ilə salamlayır. Təbrizdən Culfaya və Avropaya gedən yollar Mişov dağının ətəyindən keçir. Mişov dağının ətəyində yerləşən Yam yaylağı saf suyu və havası ilə əvəzsiz müalicə ocağıdır.

Mərəndin ərazisini əhatə edən başlıca çaylar Sellisu, Zilbir, Zunuz çay, Sınıq çay, Qaraçay və Ələmdar çaydır. Mərənd müalicəvi bulaqlarla da zəngindir. Mənbəyini Mişov dağından alan Bəysuyu mineral maddələrinə və müalicəvi əhəmiyyətinə görə daha qiymətlidir. Mərənddə havanın hərarəti yayda 38 dərəcədən (dağ ətəyində 10 dərəcədən) yuxarı qalxmır.

Əhalisi

1986-cı ilə əhalinin siyahıya alınmasına görə Mərəndin ətrafla birlikdə əhalisinin sayı 260.592 nəfər (şəhər əhalisi 71.373 nəfər), ərazisi isə 4640 kv.km olduğu göstərilir. Mərəndin 157 kəndi var. Ən böyük kəndləri Yekan dizəsi, Yuxarı dizə, Yamçı, Hərzənd, Yam, Köşksaray və sairələridir. Zunuz Mərənd ətrafında ən böyük qəsəbədir.

Tarixi

Mərəndin adı yunan mənbələrində eramızdan əvvəl II əsrdə çəkilir və burada yaşayış məntəqəsi olduğu qeyd edilir. Tarixi mənbələrin verdiyi məlumata görə Mərənd şəhəri madayların hakimiyyəti dövründə br müddət mühüm inzibati mərkəz kimi istifadə edilmişdir.

Mərənd Azərbaycanın milli qəhrəmanı Babəkin başçılığı altında yadelli zülmünə qarşı hərəkatda da mühüm mövqe tutmuş, mübarizənin mühüm ocaqlarından biri olmuşdur. Mərəndin o zamankı şəhər hakimi Məhəmməd Rəvadi Babəkin yaxın silahdaşlarından biri olmuşdur. Rəvvadilər dövlətinin süqutundan sonra Mərənd çoxlu yadelli hücumlarına və talanlara məruz qalır. Öz əvvəlki şöhrətini itirdiyindən mənbələrdə şəhərin adı çox gec-gec çəkilir.

Səfəvilərin hakimiyyəti dövründə şəhərə xüsusi fikir verilmiş, abadlaşdırılmasına və böyüməsinə diqqət yetirilmişdir.

Məşrutə hərəkatında (1905-1911) Səttarxanın (Sərdari milli) başçılıq etdiyi mücahid dəstələrinə qoşulan və ona yardım göstərən mərəndlilərə mürtəce Şücanizam xan maneə olurdu. Təbrizdən gələn sovqat bağlamasında yerləşdirilən bombanın partlayaraq Şücanizam Mərəndini məhv etməsindən sonra Mərənd məşrutəçilərin əsas dayaqlarından birinə çevrilmişdi. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani üsyanında, 1946-cı il 21 Azər hərəkatında, 1978-ci il Təbriz üsyanı və 1978-79-cu illər inqilabında Mərənd əhalisi öz çeviklik və fədakarlığı ilə ad qazanmışdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mərənd haqqında məlumat. Mərənd nədir? Mərənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çobanyastığı

  • Fevral 27, 2026

    Ev siçanı

  • Fevral 27, 2026

    Markus Aurelius

  • Fevral 27, 2026

    Kut adası

  • Fevral 23, 2026

    Rastr təsvir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst