Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rocer Penrouz (ing. Roger Penrose; 8 avqust 1931[…]) — britaniyalı fizik və riyaziyyatçı; ümumi nisbilik və kvant nəzəriyyəsinin müxtəlif sahələrində çalışan; t

Rocer Penrouz

  • Ana Səhifə
  • Vikipediya
  • Rocer Penrouz

Rocer Penrouz (ing. Roger Penrose; 8 avqust 1931[…]) — britaniyalı fizik və riyaziyyatçı; ümumi nisbilik və kvant nəzəriyyəsinin müxtəlif sahələrində çalışan; tvistor nəzəriyyəsinin müəllifi. Penrose, riyaziyyat fizika sahəsində olan çalışmalarıyla tanınmışdır. Özəlliklə də ümumi nisbilik və kosmologiyaya olan qatqılarıyla bir çox mükafat almışdır. Bunların içərisində kainatın başa düşülməsinə öz töhfələri ilə 1988-ci ildə Stephen Havking ilə paylaşdığı Volf Fizika Mükafatını da almışdır.

Rocer Penrouz
ing. Roger Penrose
Doğum tarixi 8 avqust 1931(1931-08-08)[…] (94 yaş)
Elm sahələri fizika, riyazi fizika, riyaziyyat
Elmi dərəcələri
  • fəlsəfə doktoru (1957),
  • fəxri dərəcə (2005),
  • fəxri dərəcə (2005),
  • fəxri dərəcə (2006),
  • elmlər doktoru[d] (1994)
İş yerləri
  • Birkbek (1964–1973),
  • Leyden Universiteti (2011),
  • Leyden Universiteti (2011),
  • Oksford Universiteti (1973–1998)
Təhsili
  • London Universitet Kolleci (–1955),
  • Kembric Universiteti (1955–1958)
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Dei Linçei Akademiyası (2003),
  • ABŞ Milli Elmlər Akademiyası (1998),
  • Polşa Elmlər Akademiyası[d],
  • Avropa Akademiyası (2019),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (2011)
Mükafatları Cəngavər bakalavrı — 1994 "Xidmətlərə görə" ordeni komandoru "Xidmət" ordeni — 2000
Fizika üzrə Nobel mükafatı — 2020 "Kopli" medalı — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilk illəri

İngiltərə Colchester, Essex-də doğuldu. Roger Penrose, psixiyatr və riyaziyyatçı olan Lionel Penrose ilə Margaret Leathesın oğlu, psixoloq John Beresford-un nəvəsi olaraq dünyaya gəldi. Əmisi Roland Penrose sənətçidir. Penrose, riyaziyyatçı Oliver Penrose və şahmat ustası olan Jonathan Penrose-un qardaşıdır. Roger Penrose London Univerisitet Akademiyasında təhsil aldı və buradan riyaziyyatda birincilik dərəcəsiylə məzun oldu. 1955-ci ildə hələ şagird ikən E. H. Moore ilə birlikdə Moore-Penrose tərsi olaraq da tanınan 1951-ci ildə Arne Bjerhamm tərəfindən yenidən qurulan ümumiləşdirilmiş tərs matris fikrini ortaya attı. Geometriya və astronomiya professou olan V. V. D. Hodge yanında araşdırmalarını apararkən, 1958-ci ildə Cambridge-də doktoranturasını tamamladı. Cəbr mütəxəssisi və geometriyaçı olan John A Todd'un təşkilatçılığı altında "cəbri geometriya tenzor üsulları" üzərində yazdı. 1950-ci ildə Penrose üçbucağını tapdı və bunu "özü ən təbii formundakı imkansızlıq" olaraq tanıtdı. Bu fikirdə imkansız cisimlər çəkən rəssam M. C Escher-in əsərlərindən ilhamlandı, Escher-in daha sonrakı çəkdiyi şəkillər (Şəlalə, Eniş və Yoxuş) da Penrose-un çalışmalarından ilhamlanaraq hazırlandı. Manjit Kumar belə deyərdi: Penrose 1954-cü ildə şagirdikən Amsterdam 'da bir konferansa qatıldı və şans əsəri Escher-ın çalışmalarının olduğu bir sərgiyə təsadüf edildi. Özü imkansız fiqurlarını xəyal etməyə çalışırdı və tribarı kəşf etdi. Fizik və riyaziyyatçı olan atası ilə birlikdə Penrose, həm yuxarı çıxan həm də aşağı enən bir nərdivan hazırlamağa başladı. Bunun üzərindən bir məqalə yazaraq Escher-a göndərdilər. Geometriya illüziyalarının ustasının da bundan təsirlənərək ikinci əsərini ortaya çıxarmasıyla yaradıcılığının bir hissəsini tamamladı. 1964-cü ildə Birkbeck Univerisitetində müəllim olaraq işə başladı. Caltech-dən Kip Thorne onun haqqında bunları deyir: "Roger Penrose kainat zamanının özəlliklərini anlaya bilmək üçün istifadə etdiyimiz riyazi maşınları kökdən dəyişdirdi. Bu problemə çarə olaraq tərs teoremi istifadə etdi. Princeton-da Con Archibald Vheeler-in liderliyində bu teorem hazırlandı. Penrose tərəfindən ortaya atılan başqa bir yaradıcı fikir isə kainat zamanının ətraflı geometrik quruluşunu göz ardı etmək və bunun yerinə diqqəti sadəcə kainatın topologiyasına ya da kainatın uyğunlaşma strukturuna verməkdir. Bu parlaq geodların trayektoriyası və nəticədə əlaqələr müəyyən edir. Əgər ölən bir ulduz kimi bir cisim aydın bir nöqtənin ötəsində şiddətlə içəriyə çökərsə, heç bir şey Yerin cazibə qüvvəsi sahəsində bir cür təkillik yaratmaq məqsədilə get-gedə güclənməsinin qarşısını ala bilməz. Bu fikir eyni zamanda digər vəziyyətlərdə də bənzər olaraq ümumi bir nəticədə qalmaq üçün bir yol göstəricisi oldu. Xüsusilə Dennis Sciama-nın, şagirdi Stephen Havking ilə birlikdə üzərində işlədiyi kosmik Böyük Parrlayış bunlardan biridir. Zəif kosmik senzura hipotezinin təqibində, 1979-cu ildə Penrose daha güclü bir versiyası olan güclü senzura hipotezini düstur etməyə başladı. BKL fərziyyəsi və doğru olmayan qərarlılıq problemləri ilə birlikdə, senzura fərziyyəsini ümumi nisbilikdə ən çox gözə çarpan problemlərdən biridir. Ayrıca 1979 tarixlərindən Penrose-un təsirli Veyl yamac hipotezi, kainatın gözlənilə bilən qisminin başlanğıc şərtlərinə və termodinamikanın ikinci qanununun köklərinə dayanır.

Mükafatları

  • 1971-ci ildə Riyazi Fizika üzrə Danny Heinemann Mükafatı
  • 1975-ci ildə Eddington medalı (Stiven Hokinglə birlikdə)
  • 1985-ci ildə Kral medalı
  • 1988-ci ildə Fizika üzrə Volf Mükafatı (Stiven Hoking ilə birlikdə)
  • 1989-cu ildə Dirak medalı
  • 1990-cı ildə Messenger Mühazirəsi mükafatı
  • 1990-cı ildə Albert Eynşteyn medalı
  • 1994-cü ildə Eyler mühazirəsi mükafatı
  • 1998-ci ildə Helmholtz medalı
  • 2000-ci ildə Karl Şvartsşild medalı
  • 2000-ci ildə Marsel Qrossman Mükafatı
  • 2000-ci ildə Gibbs Mühazirəsi mükafatı
  • 2000-ci ildə Xidmətlərə görə orden
  • 2004-cü ildə Morgan medalı
  • 2006-cı ildə Nəzəri fizikanın inkişafı üçün Dirac medalı
  • 2008-ci ildə Kopli medalı
  • 2011-ci ildə Fonseki Mükafatı
  • 2012-ci ildə Ernst Mühazirəsi mükafatı
  • 2015-ci ildə Solomon Lefşetsa Memorial Mühazirə mükafatı
  • 2018-ci ildə Riyazi Biliklərin Yayılması üçün Clay Mükafatı
  • 2019-cu ildə I. Y. Pomerançuk Mükafatı
  • 2020-ci ildə Fizika üzrə Nobel Mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rocer Penrouz haqqında məlumat. Rocer Penrouz nədir? Rocer Penrouz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yeparxiya

  • Fevral 27, 2026

    Ararat (şəhər)

  • Fevral 27, 2026

    Dədə Qorqud

  • Fevral 27, 2026

    Tom Holland

  • Fevral 27, 2026

    Bellona

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst