Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — ingilis fizik-nəzəriyyəçi, kosmoloq, astrofizik.

Stiven Hokinq

  • Ana Səhifə
  • Vikipediya
  • Stiven Hokinq

Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — ingilis fizik-nəzəriyyəçi, kosmoloq, astrofizik.

Stiven Hokinq
ing. Stephen William Hawking
Doğum tarixi 8 yanvar 1942(1942-01-08)[…]
Doğum yeri
  • Oksford, Oksford[d], Oksfordşir[d], İngiltərə, Birləşmiş Krallıq
Vəfat tarixi 14 mart 2018(2018-03-14)[…] (76 yaşında)
Vəfat yeri
  • Kembric, Kembric[d], Kembricşir[d], Kembricşir qraflığı[d], Şərqi İngiltərə[d], İngiltərə, Birləşmiş Krallıq
Vəfat səbəbi Yan amiotrofik skleroz
Dəfn yeri
  • Vestminster abbatlığı
Elm sahələri ümumi nisbilik nəzəriyyəsi, nəzəri fizika, Kosmologiya, tətbiqi riyaziyyat, kainat, qara dəlik
Elmi dərəcələri
  • bakalavr (1962),
  • doktorluq dərəcəsi[d] (1966)
İş yerləri
  • Qonvil və Kayus Kolleci[d] (1965–1969),
  • Kembric Universiteti (–2018),
  • Kaliforniya Texnologiya İnstitutu (1970–1975)
Təhsili
  • Universitet kolleci (Oksford)[d] (1959–1962),
  • Triniti Holl[d] (1962–1966),
  • Kembric Universiteti
Üzvlüyü
  • İncəsənət və peşə cəmiyyəti (1974),
  • Papa Elmlər Akademiyası (1986),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1984),
  • ABŞ Milli Elmlər Akademiyası (1992),
  • London Kral Cəmiyyəti,
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru — 1982 Prezidentin "Azadlıq" medalı — 2009 Companion of Honour — 1989
Asturiya şahzadəsinin mükafatı "Kopli" medalı — 2006 Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı — 1985
hawking.org.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kembric Universitetində Nəzəri Kosmologiya Mərkəzində elmi işlər üzrə direktor olmuşdur. O, bir sıra elmi məqalələrin, o cümlədən Rocer Penrouz ilə ümumi nisbilik çərçivəsində qravitasiya təklik teoremləri və tez-tez Hokinq radiasiyası adlanan qara dəliklər tərəfindən şüalanmanın emissiyasının nəzəri proqnozu ilə bağlı birgə məqalənin müəllifidir. Hokinq ümumi nisbilik və kvant mexanikası ideyalarını birləşdirən kosmoloji nəzəriyyəni ilk dəfə təqdim etmişdir. O, kvant mexanikasının çoxlu dünya şərhini fəal şəkildə dəstəkləmişdir.

Mündəricat

Həyatı

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsilə verir.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürmüşdür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirmişdir. Tamamilə hərəkət qabiliyyətini itirən Stiven Hokinq bu gün miqyasına görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışmışdır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.

Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirmişdir.

Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutmuşdur.

Elmi fəaliyyəti

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:

  • qara dəliklərin təsvirində termodinamikanın tətbiqi
  • sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".
  • 21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

Hokinq nəzəriyyəsi

Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan S. Hokinq idi. O, tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdir. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia etmişdir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdir. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"-ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.

Yadplanetlilər

Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləmişdir. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz vardır. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin olmuşdur Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcəkdir. Onların yer kürəsinə gəlməsini o, avropalıların Amerikanı kəşf etməsinə bənzədirdi.

Elmi məşhurlaşdırması

Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak etmişdir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirmişdir. Giriş hissədə yazırdı:

Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.

Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi" kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görmüşdür.

2010-cu ildə o, "Discovery Channel"də göstərilən "Stiven Hokinq ilə kainata doğru" sənədli mini-filmlərin seriyasında iştirak etdi. Seriyanın premyerası ABŞ-də 2010-cu ildə aprelin 9-da baş verib, mayın 9-da isə "Stiven Hokinqin Kainatı" dəyişmiş ad ilə Birləşmiş Krallıqda.

Filmoqrafiya

  • Hər şeyin nəzəriyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stiven Hokinq haqqında məlumat. Stiven Hokinq nədir? Stiven Hokinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uzun sarıkök

  • Fevral 27, 2026

    Bəhruz Vüsuqi

  • Fevral 27, 2026

    Xanlar Vəliyev

  • Fevral 24, 2026

    Təbii çiçək

  • Fevral 27, 2026

    Hümmət (qəzet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst