Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq.

Vilyam Smit

  • Ana Səhifə
  • Vikipediya
  • Vilyam Smit

Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq.

Vilyam Smit
ing. William Smith
Doğum tarixi 23 mart 1769(1769-03-23)[…]
Vəfat tarixi 28 avqust 1839(1839-08-28)[…] (70 yaşında)
Vəfat yeri
  • Northempton, Northemptonşir qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Elm sahələri geologiya, kartoqrafiya, Meliorasiya
Mükafatları Vollaston medalı — 1831
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi-halı

Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur.

Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur.

Təhsili

Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır.

Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır..

1727-ci ildə o, torpaq müfəttişinin köməkçisi vəzifəsinə təyin edilmişdir.

Geologiya elminə töhfəsi

Ixtisasca yer quruluşu mühəndisi olan Vilyam Smit "ingilis geologiyasının atası" kimi məşhurdur. Onun İngiltərənin cənub-şərq hissəsində aşkar edilmiş mezozoy erasına aid canlı orqanizmlərin daşlaşmış qalıqların identifikasına aid əsərləri ilə müstəqil geoloji elmlər kimi tarixi geologiyanın və stratiqrafiyanın əsası qoyulmuşdur. O, ilk dəfə olaraq paleontoloji üsulla suxurların yaşını müəyyənləşdirmiş, onları nisbi yaşa görə qruplaşdırmış və geoloji xəritələr tərtib edilmişdir. Geoloji layların ardıcıllığını şkalasın yaranmasında onun xüsusi xidmətləri olmuşdur.

İngiltərənin cənubunda kanallar çəkilərkən o, aşkar etdi ki, Bat şəhəri yaxınlığında suxurlar ardıcıllıqla bir-birini əvəz edir. Bu ardıcıllıq bir-birindən uzaq ərazilərdə də dəyişməzdir və əvəz olunur. Bununla Smit müəyyən etdi ki, içərisində oxşar fauna kompleksi olan bütün laylar eyni yaşlıdır. Beləliklə, Vilyam Smit geologiyanın müstəqil, lakin bir-birilə əlaqəsi olan iki sahəsini - keçmişdə yaşamış orqanizmləri öyrənən paleontologiya və suxurların əmələ gəlməsi və ardıcıllığını öyrənən stratiqrafiya elmlərinin əsasını qoydu.

London Geologiya Cəmiyyəti geoloji kəşflərinə görə onu cəmiyyətin birinci qızıl medalı ilə təltif etmişdir.

Biblioqrafiya

  • Геологическая карта 2015-09-24 at the Wayback Machine: A delineation of the strata of England and Wales, with parts of Scotland; exhibiting the collieries and mines, the marshes and fen lands originally overflowed by the sea, and the varieties of soil according to the variations in the substrata, illustrated by the most descriptive names by William Smith. London: Cary, 1815.

Xarici keçid

  • История геологии и горного дела — работы У. Смита и литература о нём.
  • William Smith Online 2015-07-14 at the Wayback Machine — сайт о У. Смите.

İstinad

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Macomber R. W. William Smith // Encyclopædia Britannica (ing.).
  3. "Arxivlənmiş surət". 8 may 2021 tarixində . İstifadə tarixi: 17 oktyabr 2015.
  4. Winchester S. The map that changed the World: William Smith and the birth of Modern Geology. New York: HarperCollins e-book, 2009.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vilyam Smit haqqında məlumat. Vilyam Smit nədir? Vilyam Smit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Torshavn

  • Fevral 27, 2026

    Cozef Qoqen

  • Fevral 27, 2026

    Tümen vilayəti

  • Fevral 27, 2026

    Ümid burnu

  • Fevral 24, 2026

    Kral Yuri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst