Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Verilənlər xəzinəsi (ing. data warehouse) — idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, sahə təmayüllü, zamandan asılı olub, dəyişməyən və istiq

Verilənlər xəzinəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Verilənlər xəzinəsi

Verilənlər xəzinəsi (ing. data warehouse) — idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, sahə təmayüllü, zamandan asılı olub, dəyişməyən və istiqamətləndirici verilənlər yığımıdır.

Mündəricat

Ümumi məlumat

İlk dəfə 1988-ci ildə Devlin və Merfi tərəfindən yazılmış məqalədə VX haqqında danışılmışdır. VX konsepsiyasının ilk müəlliflərindən biri B. İnmon 1992-ci ildə VX-ni belə təsvir etmişdir:

Verilənlər xəzinəsi (VX) konsepsiyasının predmetini verilənlər təşkil edir. Verilənlərin emalı sistemlərinin (VES) məhsulu sayılan verilənlər digər istehsalat məhsulları kimi müəyyən xüsusiyyətə və xarakteristikaya malikdirlər: yararlılıq müddətinə, saxlandığı yerə, bazar qiymətinə, ötürülmə qabiliyyətinə, düzəlişi qəbul etmək xüsusiyyətinə və s. Bu cəhətləri nəzərə almaqla demək olar ki, VX konsepsiyası verilənlərin analizi konsepsiyası deyil, verilənlərin analiz üçün hazırlanması konsepsiyasıdır.

VX-nin arxitekturası

VX-nin arxitekturasını qurarkən informasiya sistemlərinin arxitekturasını təyin edən mövcud sənədlərin öyrənilməsindən başlamaq lazımdır. Bu sənədlərə təşkilatlardakı informasiya texnologiyalarının (İT) inkişafının general planı da daxildir. VX-nin təşkilatın İT-nin infrastrukturuna inteqrasiya olunması vacib olduğundan VX yaradarkən informasiya sistemlərinin və ya İT-nın inkişafının general planına əsaslanmaq lazımdır.

Operativ sistemlərdə (OLTP) verilənləri analiz etmək çox çətindir. Bu da ]]verilənlər]]in müxtəlif formatlı VBİS-lərində, korporativ şəbəkənin müxtəlif hissələrində yerləşmələri ilə izah olunur. VX-nin əsas vəzifəsi verilənləri sadə, anlamlı strukturda analiz üçün təqdim etməkdir. VX-nin strukturu sadə olmalıdır.

VX-nə verilənlər operativ sistemlərdən gətirilir. Operativ sistemlər biznes-proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Eyni zamanda VX xarici mənbələr hesabına, məsələn, statistik hesabatlar hesabına doldurula bilir. Müxtəlif əməliyyat mənbələrindən yığılmış operativ verilənlər təmizlənir, inteqrasiya olunur və relyasiya verilənlər xəzınəsənə (RVX) yığılır. Verilənlər analiz üçün yararlı hala gətirilir, nəticədə müxtəlif üsullardan istifadə etməklə hesabatlar yaradılır. Analitik emal üçün nəzərdə tutulmuş verilənlər xüsusi OLAP VB-na yığılır və ya RVX-də saxlanılır.

VX-nin relyasiya bazalarından (RVB) fərqi

VX-nin relyasiya bazalarından fərqi aşağıdakılardır:

  1. Adi verilənlər bazası istifadəçilərin gündəlik işlərini yerinə yetirmək üçün, VX isə qərarların qəbul edilməsi üçün nəzərdə tutulmuşdur. Məsələn, məhsulun satışı və hesabatın çıxarılması tranzaksiya üçün nəzərdə tutulmuş VB-dan istifadə etməklə, bir neçə il ərzində satış dinamikasının analizi VX-nın köməyilə yerinə yetirilir.
  2. Adi VB istifadəçilərin iş prosesi zamanı daimi dəyişikliklərə məruz qalır. VX isə nisbətən sabitdir: orada verilənlər təyin olunmuş vaxta görə təzələnirlər (məsələn, saatbasaat, gündəlik və ya həftə üzrə, tələbatdan asılı olaraq). İdeal halda verilənlərin yığılması VX-də yerləşmiş əvvəlki informasiyanı dəyişmədən təyin olunmuş zaman ərzində yeni verilənlərin əlavə edilməsi deməkdir.

Adi VB VX-nə daxil olan verilənlər üçün mənbədir. Digər tərəfdən VX xarici mənbələrin, məsələn statistik hesabatların hesabına doldurula bilər. OLAP sistemlərindən istifadə zamanı verilənlər müxtəlif mənbələrdən gətirilə bilər ki, bu da sistemin qıvraqlığından xəbər verir. Məsələn, RVB-dan, İnternet şəbəkəsindən, müxtəlif hesabatlardan və s. Lakin analiz nəticəsinin düzgün alınması bu mənbələrin xüsusiyyətlərindən çox asılıdır. Bu baxımdan VX OLAP sistemlərində əsas bloklardan birini təşkil edir. VX cədvəldə göstərilmiş tələblərə cavab verən verilənlər yığımından ibarətdir:


Sahə təmayüllü olunmuşHər-hansı sahə haqqında bütün verilənlər yığılır (müxtəlif mənbələrdən), təmizlənir, razılaşdırılır, əlavələr edilir, aqreqatlaşdırılır və analizdə istifadə üçün rahat formaya gətirilir.
İnteqrasiya Müxtəlif sahələr haqqındakı verilənlər qarşılıqlı razılaşdırılır və ümumkorporativ VX-də saxlanılır.
Dəyişməzliyi İlkin verilənlər razılaşdırıldıqdan, verifikasiya edildikdən sonra ümumkorporativ VX-nə gətirilir, dəyişdirilməz qalır və yalnız oxunma rejimində istifadə olunur.
Xronologiyanın dəstəklənməsi Verilənlər xronoloji olaraq strukturlaşdırılır, analiz və proqnozlaşdırmanın yereinə yetirilməsi üçün kifayət olan tarixi göstərir.

Həmçinin bax

  • İnformatika
  • OLAP
  • Verilənlər bazası
  • Kompüter proqramları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Verilənlər xəzinəsi haqqında məlumat. Verilənlər xəzinəsi nədir? Verilənlər xəzinəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkiyə azərbaycanlıları

  • Fevral 27, 2026

    Quranilik

  • Fevral 24, 2026

    Sofokl

  • Fevral 27, 2026

    Əcəmi Naxçıvani

  • Fevral 24, 2026

    Yaponiya imperiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst