Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Verilənlər bazasının idarəetmə sistemi (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS

VBİS

  • Ana Səhifə
  • Vikipediya
  • VBİS

Verilənlər bazasının idarəetmə sistemi (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır.

VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər.

  • Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir.
  • Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.

VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s.

VBİS-nin yerinə yetirdikləri əməliyyatlar:

  • informasiyanı strukturlaşmış formada təqdim edir;
  • verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir;
  • VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır;
  • VB-dan informasiyalar çapa verir;
  • VB-na yeni informasiyalar daxil edilir;
  • VB-da saxlanılan informasiyalar redaktə edilir.

VBİS arxitekturası

Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir:

  • Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir.
  • Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər. Bu kompüterlərdə klient proqramlar qurulublar. Mənfi cəhəti – klientlərdən birində yerləşən proqram hər hansı cədvəllə işini qurtarmayınca, digər proqramlar bu cədvələ müraciət edə bilməzlər.
  • Klient-server arxitekturası – serverdə həm VB saxlanılır, həm də VBİS proqramı işləyir. Cədvəllə eyni zamanda istənilən sayda istifadəçilər işləyə bilərlər, lakin konkret yazının dəyişdirilməsi yalnız birinə icazə verilir. Mənfi cəhəti – etibarlılığı çox yüksək deyil. Server sıradan çıxarsa, bütün iş dayanır.
  • Paylanmış arxitektura – şəbəkədə bir neçə server fəaliyyət göstərir və effektivliyi artırmaq məqsədilə VB-nın cədvəlləri bu serverlər arasında paylanıblar. Hər bir serverdə VBİS-nin surəti işləyir. Xüsusi proqramlar (server əlavələri) istifadə olunur. Mənfi cəhəti yaradılmasının mürəkkəb və bahalı olması, server kompüterlərinə yüksək tələbatın olması.
  • İnternet-arxitekturası – VB və VBİS-nə müraciət standart protokol üzrə veb brauzerlərdən (veb səyyahlardan) yerinə yetirilir. Xüsusi klient proqramları işləmək lazım gəlmir.

Həmçinin bax

  • İnformatika
  • kompüter şəbəkələri
  • kompüter proqramları
  • Veb səyyah

Keçidlər

  • http://www.elm.az
  • http://www.ikt.az
  • http://www.az-muallimi.com/ 2007-12-16 at the Wayback Machine
  • http://www.akademiya.net/
  • http://www.internet.news.az/ 2007-10-25 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VBİS haqqında məlumat. VBİS nədir? VBİS nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sevda Ağazadə

  • Fevral 27, 2026

    Physalis

  • Fevral 27, 2026

    Firudin Cəm

  • Fevral 28, 2026

    Tito

  • Fevral 27, 2026

    .info

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst