Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Cövdət (1900, Ərdəbil) — siyasətçi, redaktor, Azərbaycan Milli Hökuməti dövründə Milli Məclisə Ərdəbildən seçilən nümayəndə, Azərbaycan Demokrat Partiyası

Həsən Cövdət

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Cövdət

Həsən Cövdət (1900, Ərdəbil) — siyasətçi, redaktor, Azərbaycan Milli Hökuməti dövründə Milli Məclisə Ərdəbildən seçilən nümayəndə, Azərbaycan Demokrat Partiyasının Ərdəbil komitəsinin sədri, Ərdəbildə çap olunan Cövdət qəzetinin baş redaktoru.

Həsən Cövdət
Azərbaycan Milli Məclisinə Ərdəbildən seçilən nümayəndə
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1900(1900) (125–126 yaş)
Doğum yeri
  • Ərdəbil, Mərkəz bəxşi[d], Ərdəbil şəhristanı, Ərdəbil ostanı, İran
Partiya
  • Azərbaycan Demokrat Firqəsi
Fəaliyyəti siyasətçi, baş redaktor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jurnalistika ilə yanaşı siyasətlə də məşğul olub. "Azadlıq Cəbhəsi" təşkilatının Ərdəbil komitəsinə rəhbərlik edib. Azərbaycan Xalq Konqresinin 17 nəfərdən ibarət Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Hökumətinin Milli Məclisinin sədrinin müavini və Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin üzvü seçilib. Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra redaktoru olduğu "Cövdət" qəzetinin redaksiyası yandırılıb özü ilə həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Mündəricat

Haqqında

Həsən Cövdət 1900-cü ildə Ərdəbildə anadan olub. Ərdəbildə çap olunan "Cövdət" qəzetinin redaktoru olub. 1943-cü ildə yaradılmış "Azadlıq Cəbhəsi" təşkilatının Ərdəbil komitəsinə rəhbərlik edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra firqənin Mərkəzi Komitəsinin üzvü olub. Sentyabrın 23-də Ərdəbildə firqənin yerli komitəsi yaradıldı. Firqənin Ərdəbil komitəsinə sədrlik edən Həsən Cövdət komitə tərəfindən Azərbaycan Demokrat Firqəsinin birinci təsis qurultayında iştirak etmək üçün nümayəndə seçilib. 1945-ci il oktyabrın 2-də Təbrizdə keçirilən qurultayda çıxış edərkən bunları deyib:

" Azərbaycan xalqının siyasi və iqtisadi hüquqsuzluğuna son qoyan çoxdan gözlənilən gün gəlib çatdı. Biz türk dilinin təbii hüquqlarının özünə qaytarılmasını, özümüzü və işlərimizi müstəqil idarə etməyi çoxdan arzulayırdıq. "

1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin 17 nəfərdən ibarət Rəyasət Heyətinə üzv seçilib. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Həsən Cövdət də Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Ərdəbildə keçirilən seçkilər nəticəsində Həsən Cövdət hər kəsdən çox səs toplayaraq Azərbaycan Milli Məclisinə Ərdəbildən nümayəndə seçildi. Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Həsən Cövdət olub. Bu iclasda Həsən Cövdət Azərbaycan Milli Məclisinin sədrinin müavini və Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin üzvü seçilib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. Ərdəbildə baş verən qırğınlarda Həsən Cövdətin redaktoru olduğu "Cövdət" qəzetinin redaksiyası yandırıldı, özü isə həbs olundu. Sonrakı həyatı haqda məlumat yoxdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Cövdət haqqında məlumat. Həsən Cövdət nədir? Həsən Cövdət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salvador, Baiya

  • Fevral 27, 2026

    Dyor

  • Fevral 27, 2026

    Kaliforniya Universiteti

  • Fevral 27, 2026

    Virciniya xurması

  • Fevral 26, 2026

    Transsendentalizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst