Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dyör (mac. Győr) — Macarıstanın şimal-qərbində yerləşən, Dyör-Moson-Sopron inzibati bölgəsinin mərkəzi olan şəhər.

Dyor

  • Ana Səhifə
  • Vikipediya
  • Dyor

Dyör (mac. Győr) — Macarıstanın şimal-qərbində yerləşən, Dyör-Moson-Sopron inzibati bölgəsinin mərkəzi olan şəhər.

Dyör
Győr
Bayraq Gerb
Bayraq Gerb
47°41′03″ şm. e. 17°38′04″ ş. u.HGYO
Ölkə
  •  Macarıstan
Tarixi və coğrafiyası
İlk məlumat 1009
Sahəsi
  • 174,62 km²
Mərkəzin hündürlüyü 108 ± 1 m
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 129.373 nəf. (2025)
Rəsmi dili
  • Macar dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 96
Poçt indeksi 9000–9030
Digər
gyor.hu
Xəritəni göstər/gizlə
Dyör xəritədə
Dyör
Dyör
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1598-ci ildə Dyör qalasının mühasirəsi

Dunay çayı boyunca uzanan bu ərazidə ilk kütləvi məskunlaşma b.e.ə V əsrə təsadüf edir. Dyörün ilk sakinləri keltlər olmuşdurlar. Onlar bu şəhəri "Ara Bona" (sonralar "Arrabona") yəni "yaxşı qurbangah" adlandırmışdılar. Şəhər VIII əsrə qədər belə adlandırılsa da, alman və slovak dillərində günümüzdə də "Arrabona"nın qısaltması "Raab" adından istifadə olunur.

E.ə I əsrdə buraya romalı tacirlər köçmüşdülər. Daha sonra b.e X əsrində Qərbi Macarıstanın şimalı Roma tərəfindən işğal edilərək bu əraziyə Pannoniya adı verildi. V əsrdə slavyanlar daha sonra, lombardlar tərəfindən hücuma məruz qalan şəhərdə VI əsrin sonu ilə IX əsrin əvvəllərində avarlar hökm sürürdü.

Artıq IX əsrdə şəhər macar axınlarına məruz qaldı. İlk Macarıstan kralı I Stefan tərəfindən bu ərazidə yepiskopluq yaradıldı. Şəhərin adı dəyişərək "Dyör" adlandırıldı.

1241–1242-ci ildə monqolların hücumuna məruz qalsa da, 1526-cı ilin Mohaç döyüşündən sonra Habsburq imperiyasının tərkibinə qatılmışdır. 1594-cü ildə osmanlılar tərəfindən ələ keçirilən Dyör qalası yandırılaraq dağıdıldı, bu səbəbdən osmanlı türkcəsində şəhər "Yanıkkale" (Yanıqqala) adını daşıyırdı. 1598-ci ildə Habsburqlar ikinci dəfə bu əraziyə yürüş etdi. 1743-cü ildə Dyörə "Müstəqil Krallıq Şəhəri" statusu verildi. 14 iyul 1809-cu ildə baş verən Raab döyüşündə Avstriya imperiyası burada Napaleonun qoşunları tərəfindən məğlub edildi.

İkinci Dünya müharibəsində şəhərin yəhudi əhalisinin sürgün edilib öldürüldü. Şəhər özü güclü dağıntılara məruz qaldı. 1970-ci ildə şəhər yenidən inşa edildi.

Turizm

Şəhərin ilkin qalıntısı Dunay, Raba və Rabsa çaylarının birləşdiyi nöqtə- Kaptalan təpəsidir. Püspökvar – Dyör yepiskopunun binası da qədim şəhərin qalıqlarından biridir. Dyörun ən qədim binaları XIII əsrə aid qəsr və XV əsrə aid Qotik Doçi Kafedralıdır. Kafedral ilk olaraq Roman memarlıq üslubunda tikilsə də, sonradan Qotik və Barok tərzində bərpa edilmişdir. Şəhərin digər görməli yerləri aşağıdakılardır :

  • Bələdiyyə binası
  • Karmelit kilsəsi
  • Roma Arxeologiya muzeyi
  • 1978-ci ildə tikintisi başa çatan teatr binası

1996-cı ildə Yuneskonun Ümumdünya irsi siyahısına daxil olan Pannonholma Monastrı Dyörə 20 km məsafədə yerləşir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dyor haqqında məlumat. Dyor nədir? Dyor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Asiya

  • Fevral 27, 2026

    İsmaililik

  • Fevral 27, 2026

    Tot

  • Fevral 27, 2026

    Yük

  • Fevral 27, 2026

    Gövşəyənlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst