Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, film

Tessa Tompson

  • Ana Səhifə
  • Vikipediya
  • Tessa Tompson

Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı.

Tessa Tompson
ing. Tessa Thompson
Doğum adı Tessa Lynn Thompson
Doğum tarixi 3 oktyabr 1983(1983-10-03) (42 yaş)
Doğum yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Partnyoru
  • Janel Mone[d] (2015–2017)
Fəaliyyəti aktrisa, teatr aktrisası, televiziya aktrisası, kino aktrisası, müğənni, bəstəkar
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
  • Santa Monika Kolleci[d],
  • Santa-Monika Ali Məktəbi[d]
IMDb ID1935086
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.

Tompson "Mis", "Gizli palmalar", "Veronika Mars" və "Qərb dünyası" kimi seriallarda baş rolda, "Qrey anatomiyası" və "Qəhrəmanlar" kimi müxtəlif seriallarda isə ikinci plan ya da qonaq aktrisa olaraq yer aldı. Musiqi ilə də maraqlanan aktrisa prodüser Mozes Samni ilə birlikdə "Krid" və "Krid 2"nin musiqi albomuna öz töhfələrini vermişdir.

Mündəricat

Həyatı

Tompson 3 oktyabr 1983-cü ildə Los-Ancelesdə doğuldu. Atası Panama əsilli müğənni Mark Antoni Tompson Chocolate Genius musiqi qrupunun yaradıcısıdır. Anası isə Meksika əsillidir. Tompson babasının o dövrdə çox az olan Meksika əsilli sənətçi olduğunu demişdir. Tompson üç yaşında olanda anası və atası ayrıldı, atası Nyu-Yorka köçdü və burada iki uşağı doğuldu. Kollec müdirü və incəsənət xadimi olan anası Tompson və bacısını böyütdü. O, Los-Anceles və Nyu-Yorkun Bruklin bölgəsində böyüdü. Tompson Santa-Monika tam orta məktəbində oxuduğu vaxtda Şekspirin "Yay gecəsində yuxu" (A Midsummer Night's Dream) tamaşasında atası tərəfindən sevmədiyi biri ilə məcburi evləndirilən Hermiyanı canlandırdı. Məktəbi bitirdikdən sonra Santa-Monika kollecində mədəni antropologiya ixtisası ilə təhsilini davam etdirdi. Berkli Universitetinə keçmək fikrində olanda qadınlardan ibarət Los-Anceles qadınların Şekspir şirkəti (LAWSC) ilə qarşılaşdı və Liza Volpun dərslərinə qoşuldu. Universiteti yarımçıq qoyaraq şirkətdə təcrübəçi olaraq işləməyə başladı və daha sonra profesionallığa keçid etdi.

Karyerası

Teatr

Tompson, 2014-cü il.

Tompson teatr səhnəsinə profesional olaraq ilk dəfə 2002-ci ildə LAWSC-nin "Fırtına" tamaşasında Ariel rolunu canlandıran üç aktyordan biri olaraq çıxdı. Ariel bir cadugər tərəfindən xilas edilib ona xidmət etməyə başlayan, amma azadlıq əldə etmək istəyən görünməz pəridir. O, tamaşada onu xilas edən və yenidən həbs etməklə hədələyən cadugərin əsarətindən qurtulub azad olmaq üçün çalışır. 2003-cü ildə Pasadenadakı The Theater @ Boston Court-da nümayiş olunan, Romeo və Cülyetta əsasında hazırlanmış "Romeo və Cüleytta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı Cülyetta roluna görə NAACP Teatr mükafatına namizəd göstərilmiş və qazanmışdır. Bundan başqa 2004-cü ildə "Yay vaxtı"; 2005-ci ildə "Pera Palaz" və "Giriş/Çıxış"; 2006-cı ildə "Agamemnon və qızları"; 2008-ci ildə "Axmaq uşaqlar"; 2009-cu ildə "Ağac"; 2010-cu ildə "Kral Lir" və "Arkadiya"; 2011-ci ildə "On ikinci gecə", "Sezar və Kleopatra" və "Alabama səması üçün mavilər"; 2012-ci ildə "Necə istəyirsinizsə"; 2014-cü ildə "Həqiqətimizlə üz-üzə: Trayvon Martin oynayır" və 2016-cı ildə "Ağıllı insanlar" adlı teatr tamaşalarında yer almışdır. Brodveyə aid olmayan "Ağıllı insanlar" tamaşasında Maherşala Əli və Yoşua Cekson ilə birlikdə baş rolda yer almışdır. 2 aprel 2020-ci ildə birbaşa nümayiş olunan Rayan Spanın komediyası "Nora hayland"da da baş rolu canlandırmışdır.

Televiziya

Kino

Musiqi

Podkast

Cek Andersonun yazdığı 10 seriyalıq sirr-elmi fantastika podkastı "The Left Right Game"in səs heyətində paranormal araşdırmaçılardan təşkil olunmuş bir qrupu izləyən idealist jurnalist Alis Şarmen rolunu səsləndirdi.

Şəxsi həyatı

Tessa Thompson, 2018 MTV ödüllerinde
Tompson MTV mükafatı mərasimində, 2018-ci il.

Tompsonun müğənni olan Zsela adlı kiçik bacısı var. 2018-ci ilin iyun ayında verdiyi müsahibədə cinsi həyatına toxundu: "Ailəm mənə "Olmaq istədiyini ola bilərsən" dedi. Kişilərə sevgim olduğu kimi qadınlara qarşı da hisslərim var. Bir kişiylə və ya bir qadınla birgə münasibətdə olsam, bunu mübahisə etməyə belə dəyməz." Bu müsahibənin ardınca mediada Tompsonun biseksual olduğu haqda iddialar meydana çıxdı, amma Tompson 2018-ci ilin noyabrında "The Independent"ə veridiyi digər müsahibə ilə buna qarşı çıxdı: "O sözü heç vaxt işlətməmişəm. İki cinsiyyətə qarşı hisslərimin olmasını düşünmürəm." Tompson həmçinin sözlərinə əlavə etdi: "Bəziləri bunu kaminq-aut ya da başqa bir şey olaraq qəbul etdi. Mən bu ifadələrin nə olduğunu və nə mənaya gəldiyini bilmirəm."

Tənqidlər

Filmoqrafiya

Film

Tompson San Diego Comic-Con festivalında, 2019-cu il.
İl Orijinal adı Rol Qeydlər Ref.
2006 When a Stranger Calls Scarlet
2008 Make It Happen Dana
The Human Contract Waitress
2009 Mississippi Damned Kari Peterson
2010 Everyday Black Man Claire
Exquisite Corpse Liz
For Colored Girls Nyla Adrose
2011 Periphery Caitlin
Red & Blue Marbles Becca
2012 Murder on the 13th Floor Nia Palmer
2013 Automotive Maggie
2014 Dear White People Samantha "Sam" White
Grantham & Rose Wallis Also associate producer
Points of Origin Rosemary Short film
Selma Diane Nash
2015 The Grand Romantic Cindy Short film
Creed Bianca Taylor Also songwriter
2016 War on Everyone Jackie Hollis
Salt Water Brit [mənbə göstərilməlidir]
2017 South Dakota Chris
Thor: Ragnarok Valkyrie / Scrapper 142
2018 Sorry to Bother You Detroit
Annihilation Josie Radek
Furlough Nicole Stevens
Little Woods Oleander "Ollie" Hale Also executive producer
Dirty Computer Zen / Mary Apple 53 Short film
Creed II Bianca Taylor Also songwriter
2019 Brave Girl Rising Nasro (voice) Short film
Avengers: Endgame Valkyrie
Men in Black: International Molly Wright / Agent M
Between Two Ferns: The Movie Herself
Lady and the Tramp Lady (voice)
2020 Sylvie's Love Sylvie Parker Also executive producer
2021 Passing Irene Redfield
2022 Thor: Love and Thunder Valkyrie
The Listener Beth Post-production; also producer
Creed III Bianca Taylor Filming

Televiziya

Year Title Role Notes Ref.
2005 Cold Case Wilhelmina "Billie" Doucette Episode: "Best Friends"
2005–2006 Veronica Mars Jackie Cook Main role (12 episodes)
2006 Grey's Anatomy Camille Travis 2 episodes
The Initiation of Sarah Esme Television film
2007 Hidden Palms Nikki Barnes Main role (7 episodes)
2008 Life Liza Episode: "Trapdoor"
2009 Mental Lainey Jefferson Episode: "Lines in the Sand"
Private Practice Zoe 2 episodes
Heroes Rebecca Taylor 3 episodes
Three Rivers Penelope Kirkell Episode: "A Roll of the Dice"
2010 Betwixt Jenny Television pilot
Blue Belle Blue Lead role (5 episodes)
2010–2011 Detroit 1-8-7 Lauren Washington 3 episodes
2011 Off the Map Sydney Episode: "A Doctor Time Out"
Rizzoli & Isles FBI Agent Anna Farrell Episode: "He Ain't Heavy, He's My Brother"
2012–2013 666 Park Avenue Laurel Harris / Sasha Doran 5 episodes
Copper Sara Freeman Main role (22 episodes)
2016 BoJack Horseman Tanisha Voice; Episode: "Love And/Or Marriage"
2016–present Westworld Charlotte Hale

Dolores Abernathy

Main role (18 episodes)
2018 Portlandia Bailey Episode: "Rose Route"
Dear White People Rikki Carter 2 episodes
2019 Tuca & Bertie Sophie Black Voice; Episode: "The Sex Bugs"
Drunk History Eartha Kitt Episode: "Fame"
2020 RuPaul's Drag Race All Stars Herself Episode: "I'm In Love!"

Teatr

Yıl Oyun Rol İst.
2002 The Tempest Ariel
2003 Romeo & Juliet: Antebellum New Orleans 1836 Juliet
2004 Summertime Tessa
2005 Pera Palas Melek
Indoow/Outdoor Samantha
2006 Agamemnon and His Daughters Iphigeneia
2008 Stupid Kids Judy
2009 Tree JJ
2010 King Lear Cordelia
Arcadia Chloë Coverly
2011 Twelfth Night Viola
Caesar and Cleopatra Cleopatra
Blues for an Alabama Sky Delia
2012 As You Like It Rosalind
2014 Facing Our Truth: The Trayvon martin Plays Ensemble
2016 Smart People Valerie

Musiqi videoları

İl Mahnı Müğənni Rol İst.
2015 "Yoga" Janelle Monáe Rəqqasə
2017 "Moonlight" Jay-Z Monika Geller
2018 "Make Me Feel" Janelle Monáe Zen / Mary Apple 53
"Pynk"
2019 Screwed
"Uneventful Days" Beck Aktrisa

Mükafatlar və namizədliklər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tessa Tompson haqqında məlumat. Tessa Tompson nədir? Tessa Tompson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    BMTİ

  • Fevral 27, 2026

    Ayətullah

  • Fevral 27, 2026

    Əsra Şafəyi

  • Fevral 25, 2026

    Musanın övladları

  • Fevral 25, 2026

    Robert Enke

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst