Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valkiriya (q.skan. valkyrja — "ölüləri seçən") — skandinav mifologiyasında, döyüşdə ölənləri və sağ qalanları seçən qadın. Döyüşdə ölənlərin yarısını seçən valk

Valkiriya

  • Ana Səhifə
  • Vikipediya
  • Valkiriya

Valkiriya (q.skan. valkyrja — "ölüləri seçən") — skandinav mifologiyasında, döyüşdə ölənləri və sağ qalanları seçən qadın. Döyüşdə ölənlərin yarısını seçən valkiriyalar seçdiklərini Odinin ağalıq etdiyi Valhallaya aparır. Ölmüş döyüşçülər orada eynheryarlara (Tək döyüşçülər) çevrilirlər. Eynheryar Raqnarökün hadisələrinə hazırlaşmayanda valkiriyalar onlara bal içkisi verir. Valkiriyalar həmçinin, qəhrəmanlar və digər canlıların sevgililəri kimi təsvir olunurlar. Onlar bəzən şəhanəliyin qızları kimi təsvir olunurlar.

"Valkiriya". Peter Nikolay Arbo. 1864-cü il.
"Valkiriya". Emil Bayyar.

Valkiriyaların adı "Böyük Edda", "Kiçik Edda", "Yer dairəsi" və "Nyal saqası" əsərlərində çəkilir. Onlar skaldların şeiriyyətində, ovsunlarda və müxtəlif run kitabələrində görünürlər.

Bu terminin qədim ingilis dilindəki qarşılığı "wælcyrge" və "wælcyrie" sözləridir, hansı ki, qədim ingilis dilində olan bir neçə əlyazmada görünür. Alimlər bu terminin qədim ingilis dilinə skandinav təsiri ilə daxil olduğunu, yoxsa yerli anqlosaks paqanların ənənəsinin bir inikası olduğunu araşdırıblar. Elmi nəzəriyyələr onu iddia edir ki, valkiriyalar, nornlar və dislər arasında bir əlaqə var. Bunların hamısı taleh ilə bağlı olan fövqəltəbii varlıqlardır. Skandinaviya boyunca aparılmış arxeoloji qazıntılarda üzərində valkiriya təsvirləri olduğu düşünüldüyü tilsimlər aşkar olunmuşdur. Valkiriyalar müasir mədəniyyətdə rəsm, musiqi, komiks, videooyun və şeir kimi əsərlərin mövzusu olublar.

Mündəricat

Skandinav mifologiyasında

Valkiriyalar skandinav mifologiyasında əllərində qalxan və nizələr saxlayan, zirehli, dəbilqə geymiş qanadlı qadınlar kimi təsvir olunublar. Əfsanəyə görə, onların zirehindəki dəsgaha görə səmada avrora peyda olur.

Valkiriyaların vəzifəsi ölmüş döyüşçüləri Valhallaya aparmaqdır. Əlavə olaraq, valkiriyalar döyüşçülərə Valhallada xidmət edir, onlara bal içkisi gətirirlər. Bəzən onlara döyüşün nəticəsini əvvəlcədən qərarlaşdırmaq hüququ verilir və bəzən onlar sadəcə Odinin əmrlərinə sadiq qalırlar. Valkiriyalar bəzi miflərdə Odinin qızları hesab olunur. Valkiriyalar "Böyük Edda" kitabındakı qəhrəmanlıq mövzusundakı mahnlılarda qalxanqızların xüsusiyyətlərinə sahib olurlar.

Valkiriyaların sayı müxtəlif mənbələrə görə, 13 ilə 19 arasında dəyişir. Ən tanınmış valkiriyalar bunlardır:

  • Gel ("Çağıran")
  • Geyr ("Nizə")
  • Geyrahöd ("Döyüş nizəsi")
  • Geyrsköqul ("Kükrək nizə")
  • Göndul ("Sehrli çubuq daşıyan")
  • Hild ("Döyüş")
  • Hertrimul ("Qadın döyüşçü")
  • Hledd ("Döyüş səsi")
  • Hrist ("Titrəyən")
  • Herfetur ("Döyüş qandalı")
  • Kara ("Fırtınalı")
  • Qondukk ("Dişi canavar")
  • Qunn ("Qurbanlıq")
  • Mist ("Duman")
  • Randqrid ("Qalxan qıran")
  • Reginleyv ("Tanrılar qızı")
  • Rota ("Qarışıqlıq yayan")
  • Svava ("Səs")
  • Siqrdriva ("Qələbə çağıran")
  • Siqrün ("Qələbə runu")
  • Skeqqlöld
  • Sköqul ("Kükrək")
  • Skuld ("Vəzifə")
  • Trima ("Döyüş")
  • Trud ("Güc")

Qeydlər

  1. Döyüşdə ölənlərin digər yarısı ilahə Freyyanın axirəti olan Folkvanqa aparılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Valkiriya haqqında məlumat. Valkiriya nədir? Valkiriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Xəzər dənizi

  • Fevral 15, 2026

    Kipr

  • Fevral 27, 2026

    Atlanqaçlar

  • Fevral 27, 2026

    Lavanda

  • Fevral 27, 2026

    Manqışlaq körfəzi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst