Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqr

Mədəni antropologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Mədəni antropologiya

Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir.

Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir.

Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir.

Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır.

Mündəricat

Tədqiqat obyekti

Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür.

Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır.

Tarix

Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır. Siyasi və intellektual baxımdan baş vermiş olan müxtəlif inqilablar əvvəllər qadağan edilmiş bir şey olan dini qanunların və digər mürəkkəb məsələlərin dirçəldilməsini təşviq etmişdir.

XIX əsrdə bəşəriyyətin müxtəlif şeylərin növlərini və mənşəyini öyrənməyə marağı artmışdır. Antropologiya insan irqləri, xalqların tarixi, dil təsnifatları, bədənin anatomiyası, cəmiyyətlər arasındakı fərqlər və insanla əlaqəli digər sahələr kimi müxtəlif tədqiqatlar nəticəsində böyümüşdür.

Elmin inkişafı ilə bağlı nəzəriyyələr

Antropologiyanın bir elm kimi effektini göstərən məqamlardan biri də təkamül anlayışı idi. Cəmiyyətin müxtəlif strukturlarında baş vermiş olan dəyişikliklər və yaxud da cəmiyyətdə baş vermiş irəliləyişlər səbəbindən təkamül mədəni antropologiya daxilində tarixin xətti bir şəkildə öyrənilməsinə kömək etmişdir.

İnsan qrupları, fərqli məkanlarda fərqli dərəcələrdə inkişaf edə və yaxud da sadə strukturlardan daha mürəkkəb strukturlara keçid edə bilər. Lakin hadisələrin bütün bu ardıcıllığı təkamül nəzəriyyəsinin təsəvvür edilməsinə kömək edən xətti bir quruluşa malikdir. Təkamülçülük insanlarda sələflərindən yaranan tədrici dəyişikliklərdən bəhs edir.

Marksizm də, öz növbəsində, XIX əsrin ikinci yarısında antropologiya elminə ciddi bir formada təsir göstərmişdir. Bu nöqtədə cəmiyyətlərdə başlıca dəyişiklik strukturları istehsal modellərinə və siyasi, hüquqi və ideoloji quruluşlara daxil edilmişdir.

XX əsrin əvvəllərində bir cəmiyyətin strukturundakı müxtəlif xüsusiyyətləri və həmin cəmiyyəti digər cəmiyyətlərdən fərqləndirən elementləri başa düşmək üçün həmin cəmiyyətin inkişaf etdiyi fərqli özünəməxsus şərtlər nəzərə alınmağa başlanıldı.

Mədəniyyət antropologiyasının öyrənilməsində tarix, sosial kontekst, istehsal formaları, digər sivilizasiyalarla əlaqə, ətraf mühit və digər elementlər təhlil olunmağa başlanmışdır.

Hər bir mədəniyyətin müəyyən bir inkişafa yoluna sahib olduğu, buna baxmayaraq yerləşdiyi coğrafi və sosial mühitdən təsirlənə biləcəyi də bu şəkildə müşahidə edilmişdir.

Antropologiya elminin inkişafına mühüm töhfələr vermiş olan Alman mənşəli antropoloq və müasir antropologiyanın qabaqcıllarından hesab edilən Franz Boas (1858-1942) həm ABŞ-da, həm də dünya miqyasında antropologiya sahəsində əhəmiyyətli təsiri olan Mədəni Tarixi Məktəbin qurucusu kimi tanınmışdır. O mədəniyyətə tamamilə yeni bir baxış bucağından baxmağı təklif etmişdir.

Boas, bir çox tələbəsini insanların gündəlik yaşayış mühitində insan davranışına dair müxtəlif istiqamətli tədqiqatlar aparmağa və müşahidə edilə bilən faktları qeyd etməyə təşviq etmişdir. Beləliklə də Boas təkamülçülüyə söykənən və yalnız seçilmiş həqiqətləri öyrənənlərin meylindən bu formada ayrılmışdır.

Digər tərəfdən də Fransız sosioloqu Marcel Mauss (1872-1950) Paris Universitetində Etnologiya İnstitutunu yaratmışdır. Bu həm antropoloqlar, həm də sosioloqlar üçün akademik cəmiyyət içərisində başqa bir böyük təsir göstəricisi idi. Bu məktəb bir sistem olaraq cəmiyyətin öyrənilməsini seçmiş və cəmiyyətə yanaşma çərçivəsi kimi də mədəniyyət və insanları bir-birinə bağlamağa çalışmışdır.

Mədəni antropologiyanın tədqiqat metodları

İştirakçı müşahidəsi

Antropologiyanın bu sahəsi daxilində mədəniyyətin öyrənilməsi üçün ən geniş istifadə olunan metodlardan biri də iştirakçıların müşahidəsidir. Bir mədəniyyət qrupunu başa düşməyin ən təsirli yolu olaraq məhz bu metod seçilmişdir. Bu tədqiqat üsulu ilə antropoloqlar öyrəndikləri cəmiyyətin və ya qrupun bir hissəsi olaraq həmin cəmiyyəti və ya qrupu öyrənməyə çalışırlar.

Tədqiqatçılar birbaşa sosial və mədəni təcrübələr yaşayır və bu təcrübələrdə birbaşa iştirak edirlər. Bu formada təcrübə yolu ilə bir insan qrupunun mədəni sistemi haqqında daha dərindən bir anlayış əldə edilir.

Etnoqrafiya

Bəşəriyyət mədəniyyətlərini öyrənmək üçün tətbiq olunan başqa bir tədqiqat metodu etnoqrafik metoddur. Tədqiqatçı öyrəndiyi qrup daxilində özünü konteksdə qoyaraq bir iştirakçı müşahidəsi aparır və beləliklə də ilkin prosedurlara daxil olur.

Daha sonra yerli sakinlərdən alınmış anketlərin, reportajların, qeydlərin, çıxışların və ya real qarşılıqlı təsir vasitəsi kimi əldə edilən məlumatların təhlilindən istifadə olunur. Məlumatların təbii olaraq, yəni planlaşdırılmadan əldə edilməsi vacibdir.

Təhlil daha geniş bir sosial-mədəni konteksə və ya beynəlxalq konteksə istinad edilərək şərh yolu ilə də aparıla bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mədəni antropologiya haqqında məlumat. Mədəni antropologiya nədir? Mədəni antropologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İsmət İnönü

  • Fevral 26, 2026

    Böyük Düzənliklər

  • Fevral 27, 2026

    98-ci il

  • Fevral 27, 2026

    Göyçay (çay)

  • Fevral 27, 2026

    Avrasiya Akademiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst