Çöl pişiyi (lat. Felis lybica) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır.
| Çöl pişiyi | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Ferae Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Yırtıcıkimilər Dəstə: Yarımdəstə: Pişikkimilər Fəsilə: Pişiklər Yarımfəsilə: Kiçik pişiklər Cins: Pişik Növ: Çöl pişiyi | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| Felis lybica | ||||||||
| ||||||||
Ümumi məlumat
Meşə pişiyindən üzərində zolaqlar deyil, xalların olması ilə fərqlənir. Həmçinin quyruğu hiss olunacaq dərəcədə uzundur. Ona görə adına həm də xallı, bəzən isə uzunquyruq pişik deyilir. İri fərdlərin bədən uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23–35 smdir. Kütləsi 3,4–5,3 kq-a çatır. Bədənin xəzi bel tərəfdə boz-sarı, qarın tərəfdə isə çirkli-ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir.
Yaşayış yeri və həyat tərzi
Qarışıq ovalıq və dağ meşələrində (2000 m hündürlükdə) məskan salmağa üstunlük verir, daha az hallarda kollarda və evin çardağında yaşayır. Yuvasını oyuqlarda, qayaların dərələrində qurur. Qaranlıqda ova çıxır. Əsasən gəmiricilərlə, hərdən quşlarla qidalanır. Erkəklərin dəhşətli davalarıyla və qışqırığlarıyla müşahidə olunan cütləşmə fevral-mart aylarında başlayır. Hamiləlik dövrü 63–68 gün çəkir. Bala pişiklər (3–8) kor doğulurlar, gözləri 9–11 gündən sonra açılır.
Yayılması
Avrasiyada, Afrikada və Qafqazda yayılıb. Azərbaycanda Muğan və Salyan düzənliklərində, Ceyrançöl və Acınohur çöllərində və Naxçıvan MR-də rast gəlinir.
Sayı
Nadir növdür. Hazırda sayı məlum deyil. Son 10 ildə Naxçıvan MR ərazisində 4–5 fərd fototələlərə düşmüşdür.
Məhdudlaşdırıcı amillər
Bu növün sayının dəyişməsinin əsas səbəbi onların yaşadığı yerlərdə kənd təsərrüfatı fəaliyyətinin güclənməsidir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Qorunması davam etdirilməlidir.
Yarımnövlər
- F. l. lybica Forster, 1780
- F. l. cafra (Desmarest, 1822)
- F. l. ornata (Gray, 1830)
Ədəbiyyat
- Azərbaycanın Qırmızı Kitabı, III Cild, Bakı, 2023
- Azərbaycanın heyvanlar aləmi. III Onurğalılar, 2004, s. 551–552;
- Верещагин Н. К. Каталог зверей Азербайджана. Баку: Азфан, 1942, с. 37–38.
Həmçinin bax
- Meşə pişiyi (Felis silvestris)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çöl pişiyi haqqında məlumat. Çöl pişiyi nədir? Çöl pişiyi nə deməkdir?
