Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nep

Vikram-samvat

  • Ana Səhifə
  • Vikipediya
  • Vikram-samvat

Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır.

Yayılması və mənşəyi

Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.

Hindistan tarixində Vikramaditya adı bir çox hökmdar tərəfindən sikkələrə zərb edilmişdir. Onlardan hansının samvat təqviminin əsasını qoyması mübahisəli məsələdir. Eramızdan əvvəl I əsrdə Vikramaditya roluna namizədi tapmaq çətindir. Xarici işğalçılara qarşı vuruşan və onları Hindistan torpaqlarından qovan II Chandragupt daha uyğun hesab edilə bilər.

Samvat dövrünün xronologiyasının eramızdan əvvəl 57-ci ildən başlamasına əsasən, 1970-ci il Qriqorian təqvimi Samvat təqviminin 2026 - 2027 ilinə uyğun gəlir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vikram-samvat haqqında məlumat. Vikram-samvat nədir? Vikram-samvat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yəmən

  • Fevral 23, 2026

    Pentaqon

  • Fevral 23, 2026

    Talışlar

  • Fevral 24, 2026

    Perl

  • Fevral 23, 2026

    Ağası Məlikov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst