Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır.

Koley

  • Ana Səhifə
  • Vikipediya
  • Koley

Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır.

Mündəricat

Tartes şəhərinə səfər

Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi.

Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır.

Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi.

Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.

Tartes şəhərinin əhəmiyyəti

Tartes e.ə. I minillikdə cənub-qərbi İspaniyada mövcud olmuş qədim şəhərdir. Əsası, Qadesdən olan finikiyalı kolonistlərin köməyi ilə bir versiyaya görə, kiçik Asiyadan olan etrusklar, digər versiyaya görə yerli tayfalar (turdetanlar və turdullar) tərəfindən qoyulmuşdu. Dəqiq yeri məlum deyil, mənbələrin əksəriyyəti bu qədim şəhərin Betis (indiki Qvadalkivir) çayının aşağı axınında yerləşdiyi güman edir.

Gümüş, mis və qurğuşunla zəngin olan Tartes təxminən 1500 il ərzində həm Britaniyadan qalay gətirlməsi biznesində, həm də bütün Aralıq dənizi hövzəsi ölkələri üçün tunc məmulatların hazırlanması biznesində əsas ortaq idi.

Tartes həm finikiyalılarla, həm də karfagenlilərlə uğurlu biznes münasibətləri qurmuşdu: şərqə metal ixracı Karfagen vasitəsilə həyata keçirilirdi.

Koleyin səyahətinin əhəmiyyəti

Koleyin səyahətinədək Aralıq dənizinin qərb sahilləri və Cəbəllütariq boğazından qərbdə olan ərazilər haqqında yunanların təsəvvürləri finikiyalı dənizçilərin və tacirlərin təhrif olunmuş söz-söhbətlərinə və şayiələrə əsaslanırdı. Ümumiyyətlə, tarixən məlumdur ki, finikiyalılar öz ticarət partnyorları haqqında məlumatları gizli saxlamağa çalışırdılar. Cəbəllütariq boğazı isə Karfagenin güclü vaxtlarında qeyri-karfagen gəmiləri üçün bağlı idi.

R. Henniq hesab edir ki, ola bilsin ki, Koley məhz Tartesə getməyi planlaşdırırdı. Bu halda tufanla bağlı izahat sırf bu niyyəti açmamaq üçün bəhanə ola bilər.

İspan müəllifi Qarsiya Bellido yazır ki, Koley Tartesə üzüb gəlmiş ilk yunan deyildi və yunanlar ən azı e.ə. VIII əsrin birinci yarısından Tarteslə ticarət münasibətlərinə malik idi. Ola bilsin ki, samoslular sırf yerli patriotizmdən çıxış edərək öz həmyerlilərini Herodota Cəbəllütariq boğazından keçib Tartesə çatmış ilk yunan kimi təqdim etmişdilər.

Koleyin səyahətindən sonra yunanlar Tarteslə 120 il davam edən sıx ticarət əlaqələri qurmağa müvəffəq olmuşdular. E.ə. 537-ci ildə Alalie dəniz döyüşündə karfagenlilərlə etrusklar yunanları darmadağın edərək onları Aralıq dənizinin qərbindən sıxışdırıb çıxardılar və yunanların Tarteslə ticarət münasibətlərinə son qoyuldu.

Həmçinin bax

  • Pifey

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koley haqqında məlumat. Koley nədir? Koley nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dadaş Bünyadzadə

  • Fevral 27, 2026

    Biosenoz

  • Fevral 27, 2026

    Məxmərək

  • Fevral 27, 2026

    Annikeris

  • Fevral 27, 2026

    Lüdviq Knit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst