Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları inək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı

Hera

  • Ana Səhifə
  • Vikipediya
  • Hera

Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları inək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır.

Hera
Ailə və nikah ilahəsi Hera
Ailə və nikah ilahəsi Hera
Mifologiya Qədim Yunan
Yer Olimp
Təsir sahəsi Nikah, ana, uşaq doğumu, Nəsil artımı
Yunanca adı Ἥρα
Cinsi qadın[d]
Atası Kron
Anası Reya
Qardaşı Zevs, Poseydon,
Uşaqları Ares, Eris, Hebe, İlifiya, Hefest
Atributlar İnək, zanbaq, tovuz quşu
Digər mədəniyyətlərdə Yunona
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yupiter (Zevs) və Yuno (Hera)
Heranın Zevsin sevgilisi İonun inəyə cevirməsi, Covani Ambrozio Fiqinonun əsərində
Hermes öldürülmüş çoxgözlü nəhəng Arqosun başını Heraya gətirir ki, onun gözlərini tovuz quşunun quyruğunda yerləşdirsin.

Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir.

Mündəricat

Zevs və Hera

Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır. Buna görə də kukuk quşu ilahənin müqəddəs quşu sayılır. Zevslə Heranın nıgahı 300 il gizlin qalmışdır. Onların toyu Knos torpaqlarında, Ferena çayı yaxınlığındakı bir ərazidə olmuşdur. Hər il Hera Navpli şəhərindəki Kanaf bulağında çimərək təzədən bakirə olarmış. Arqonavtların səyahəti zamanı Hera Yasona köməklik etmişdir.

Heranın qısqanclığı

Hera Olimpin ən qadir ilahəsi sayılsa da o, əri Zevsə tabe idi. Onun tez-tez ərini qısqanması Zevsi çox qəzəbləndirirdi. Heranın mərhəmətlik xüsusiyyəti ilə yanaşı qəddarlığıda məlumdur. O, xüsusən ərinin sevgililərinə və qanunsuz uşaqlarına qarşı amansız olmuşdur. Leto Apollon və Aretemidlə hamilə olarkən Hera ona doğmağa icazə verməmişdir. Nimfa Kallistonu və Arkadini ayıya çevirmişdir. Herakla qaldıqda o ömrü boyu atası Zevsin sevgisinin haq-hesabını çəkməli olmuşdur.

Bir dəfə ərinin gəzəyən xasiyyətindən təngə gələrək ondan ayrılmaq qərarına gəlir. Evbeyə çəkilərək Zevsin yalvar-yaxışına baxmayaraq geri dönmür. Bu zaman müdrik Kiferon ona yalandan toy etməyi, guya təzədən evlənməyi məsləhət görür. Bundan xəbər tutan Hera dərhal toy məclisinə gəlir və gəlinin paltarını cırır. Hiyləni başa düşən Hera buna sevinərək Zevslə təzədən barışır.

Zevsin sevgililərindən biri tayfa başçısı arqoslu İnaxın qızı İonu inəyə çevirərək Miken yaxınlığındakı zeytunluğa bağlayır. Zevsin göndərdiyi Hermes onu azad etmək istədikdə Hera İonun üzərinə mozalanları salaraq onu sancdırır. İon bundan qurtarmaq üçün özünü sonralar onun adı verilmiş İon dənizinə atır və uzun əzablardan sonra üzərək Misir sahillərinə yetişir. Burada o, təzədən insan cildinə dönərək sonralar Misirin çarı olmuş oğlu Epafı dünyaya gətirir.

Miflərdə rolu

Hera, bir sıra Yunan miflərində mühüm rol oynamışdır. Xüsusilə Zevsin digər qadınlarla olan münasibətləri nəticəsində yaranan hadisələrdə ön plandadır. İştirak etdiyi mühüm əfsanələr:

  1. İo əfsanəsi: Zevs tərəfindən sevilən İo Heranın qəzəbindən qorunmaq üçün inəyə çevrilir. Hera İonu mühafizə etməsi üçün yüzgözlü Aqrosu təyin edir, lakin Zevsin əmri ilə Hermes onu öldürür. Bundan sonra Hera Aqrosun gözlərini tovuz quşunun lələklərinə yerləşdirir.
  2. Herakl ilə münasibəti: Hera Herakla qarşı nifrəti ilə bilinir. Hələ Herakl körpə ikən onu boğmaq üçün iki ilan göndərmiş, sonradan isə onu on iki sınaqla sınağa çəkmişdir. Maraqlısı odur ki, Heraklın adı "Hera şərəfinə" (Hera + kleos–şöhrət) mənasını ifadə edir.
  3. Paris mühakiməsi: Tanrıçalar arasında gözəllik yarışmasında Hera ən gözəl seçilməsi müqabilində siyasi güc və hakimiyyət vəd edir. Yarışmada qalib olaraq Afrodita sevildiyinə görə, Hera sonradan Troya müharibəsində Troyaya qarşı çıxır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hera haqqında məlumat. Hera nədir? Hera nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəbatilər dövləti

  • Fevral 27, 2026

    Helikopter heroqlifləri

  • Fevral 27, 2026

    Anakliya

  • Fevral 24, 2026

    İqtisadiyyat

  • Fevral 23, 2026

    Əlcəzair

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst