Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurğuşun (Pb) (lat. Plumbum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təx

Qurğuşun

  • Ana Səhifə
  • Vikipediya
  • Qurğuşun
82 tallium ← qurğuşun → bismut
Sn
↑
Pb
↓
Uuq
dövri cədvəl
Ümumi
Ad, İşarə, Nömrə qurğuşun, Pb, 82
Qrup, Dövr, Blok 14, 6, p
Xarici görünüşü
Atom kütləsi207.2 q/mol
Elektron formulu4f14 5d10 6s2 6p2
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
q/L
Ərimə temperaturu327.46 °C
(600.61 K, 621.43 °F)
Qaynama temperaturu1749 °C
(2022 K, 3180 °F)
Elektromənfiliyi2
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Qurğuşun (Pb) (lat. Plumbum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1–2 mində bir faizi qədərdir. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər.

Qurğuşun

Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir.

Çəkisi 70 kq olan yaşlı adamın orqanizmində 120 mq qurğuşun olur. Insan sutkada orta hesabla 26–42 mkq qurğuşun qəbul edir. Normada sümükdə qurğuşunun miqdarı 20 mq/kq, qara ciyərdə 1 mq/kq, böyrəklərdə 0,8 mq/kq, baş beyində 0,1 mq/kq olur. Sümüklərdə bioloji yarımparçalanma dövrü 10 ildir. Yaşlandıqca insanın sümüyündə toplanan qurğuşunun miqdarı artır və 30–40 yaşında olan və məşğuliyyəti qurğuşun ilə çirklənmə ilə əlaqədar olmayan adamların sümüyündə 80–200 mq olur.

Qurğuşun zülal sintezinə, hüceyrələrin enerji balansına və genetik aparata aktiv təsir edir, sümük toxumalarının mübadilə prosesində iştirak edir. Qurğuşun bir sıra fermentləri məhv edərək porfinlərin və qemmin sintezini pozur. Qurğuşun ateroskleroza meyilliliyi artır. Uşaqlar böyüklərə nisbətən qurğuşuna daha həssasdırlar.

Böyük qatılıqda qurğuşun zəhərdir, bütün canlılara təsir edir, dəyişikliklər yaradır, xüsusən də əsəb sistemində, qanda və damarlarda. Insan üçün qurğuşunun zəhərlilik dozası 1 mq, öldürücü dozası 10000 mq-dır.

Qurğuşun insan orqanizminə hava və qurğuşuna malik qida ilə daxil olur.

Qurğuşunun daha geniş məlum olan və insan tərəfindən daha geniş istifadə olunan birləşmələri aşağıdakılardır:

PbO2 – qurğuşun (IV) oksid.

Pb(CH3COO)2 – qurğuşun asetat

Pb3O4 – surik.

Qurğuşun çox-çox qədimlərdən insanlara məlum olan qızıl, gümüş, mis, qalay, dəmir və civə kimi çoxdan məlumdur.

Insan orqanizmində qurğuşun atomlarının sayı 2,3·1020, bir insan hüceyrəsində 2,3·106 ədəddir.

Qida məhsulları ilə qurğuşunun sutka ərzində orqanizmə daxil olan miqdarı 0,44 mq, su ilə daxil olan miqdarı 0,1 mq-a qədərdir.

Qurğuşun suriki boyağı metal səthlərini dekorativ işləmək və korroziyadan qorumaq üçün istifadə edilir.

Qurğuşun oksid doymuş qırmızı-narıncı rəngə malik olur.

Qurğuşun çox qədim zamanlardan insanlara məlumdur. Bu metalın yumşaq və tez əriyən olması onun emalını kifayət qədər asan edir. Havada qurğuşunun üzərində nazik ağ karbon qatı əmələ gəlir. Bu korroziya kimi proseslərin qarşısını alaraq, qurğuşunu damların, sarkofaqların, su navalçalarının hazırlanması üçün ideal materiala çevirir.

Qurğuşun tərkibli qara, ağ, qırmızı rəngli filizlər kosmetikada istifadə olunur. Elementin latın adı – plumbum –Pb — plomblamaq sözünü ifadə edir. Elementin yüksək sıxlığa malik olması onun geniş spektrdə tətbiqini təmin edir: tilov üçün ağırlıq, oyun zərləri və s. Qədim Romada qurğuşun asetatı duzunun çaxırların şirinləşdirilməsi üçün istifadə edilməsi məlumdur. Hal-hazırda bu element çap maşınlarının lentlərində, güllələrin hazırlanmasında və s. istifadə olunur.

Qurğuşunun zəhərli təbiətli olması qədim zamanlardan məlum olsa da, yalnız XX-ci əsrdə onun bir sıra tətbiq sahələri məhdudlaşdırılmışdır, bunlara santexnika təmiri, boyalara, şüşələrə, qalaylara əlavələr kimi istifadəsi aiddir.

Bunlardan əlavə qurğuşun avtomobil akkumulyatorlarında istifadə olunur. 1859-cu ildə, mühərriklərin işə salınması üçün kifayət qədər gərginlik yarada bilən və ucuz olan qurğuşunlu-turşulu batareyalar kəşf edilmişlər. Batareya boşaldıqda, sulfat turşusuna yerləşdirilmiş elektrodlar qurğuşun sulfata çevrilirlər. Batareyanın doldurulması bu prosesi geriyə qaytarır.

Mündəricat

Həmçinin bax

  • Qurğuşun(II) sulfid

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurğuşun haqqında məlumat. Qurğuşun nədir? Qurğuşun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    19 yanvar

  • Fevral 23, 2026

    La-Manş

  • Fevral 23, 2026

    İrlandlar

  • Fevral 23, 2026

    8 iyul

  • Fevral 24, 2026

    Zaur Baxşəliyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst