Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lüdviq Franseviç Knit (1891, Bakı – 1942) — Azərbaycan rəssamı, miniatürçüsü. Azərbaycan almanlarından idi.

Lüdviq Knit

  • Ana Səhifə
  • Vikipediya
  • Lüdviq Knit

Lüdviq Franseviç Knit (1891, Bakı – 1942) — Azərbaycan rəssamı, miniatürçüsü. Azərbaycan almanlarından idi.

Lüdviq Knit
alm. Ludwig Knit‎
Doğum adı Lüdviq Franseviç Knit
Doğum tarixi 1891
Doğum yeri Bakı
Vəfat tarixi 1942 (50–51 yaşında)
Milliyyəti alman
Fəaliyyəti rəssam

Mündəricat

Həyatı

1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922–1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi. "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi. 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.

Əsərləri

Plakatlar

  • Müsəlman fəhlə (1920-ci illər)
  • Azərbaycan fəhləsi varlını həbs edir (1920-ci illər)
  • İnqilabçı əsgər şərqə tələsir (1920-ci illər)
  • RSFSR (1920-ci illər)

Kitab illüstrasiyaları

  • M. F. Axundov — Aldanmış kəvakib (1926)
  • Puşkin — Balıqçı və balığın nağılı (1927)
  • Orta məktəb kitabçaları (1920–1930-cu illər)

Xalça eskizləri

  • Neft (1939)
  • Pambıq (1939)

Digər əsərləri

  • X əsrdə İranda sosial vəziyyət (Qəznəvilərdə sosial təbəqələr), quaş, 1934
  • Nadir şahın 1743-cü ildə Dağıstandan və Şimali Azərbaycandan çəkilməsi, quaş, 1938
  • Şəki xanlığında bayramlığın yığılması, quaş, 1938
  • XVIII əsrdə Şamaxıda meydan, yağlı boya, 1939
  • XVIII əsrdə Dağlıq Qarabağda yaylağa enmək, yağlı boya, 1940

Qalereya

  • Kapitan Qrantın uşaqları kitabının cildi, 1930.
    Kapitan Qrantın uşaqları kitabının cildi, 1930.
  • Azərbaycanın ilk ekslibrisi - Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Quliyevə məxsus ekslibris - 1934.
    Azərbaycanın ilk ekslibrisi - Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Quliyevə məxsus ekslibris - 1934.
  • Orta əsr Şamaxı bazarı. 1930-cu illər. Azərbaycan Tarix Muzeyində saxlanılır.
    Orta əsr Şamaxı bazarı. 1930-cu illər. Azərbaycan Tarix Muzeyində saxlanılır.
  • İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır.
    İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lüdviq Knit haqqında məlumat. Lüdviq Knit nədir? Lüdviq Knit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Plantago aristata

  • Fevral 27, 2026

    Chiroptera

  • Fevral 27, 2026

    Ararat mərzi

  • Fevral 27, 2026

    Samvel Şahramanyan

  • Fevral 28, 2026

    Ephedraceae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst