Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.

Salman Rüşdi

  • Ana Səhifə
  • Vikipediya
  • Salman Rüşdi

Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.

Salman Rüşdi
urdu سلمان رشدی
Doğum adı احمد سلمان رشدی
Doğum tarixi 19 iyun 1947(1947-06-19)[…] (78 yaş)
Doğum yeri
  • Bombey, Britaniya Hindistanı
Təhsili
  • Kembric Kinqs Kolleci
Fəaliyyəti yazıçı, romançı, esseist, ssenarist, uşaq ədəbiyyatı yazıçısı, aktyor, müəllif
Fəaliyyət illəri 1975-ci ildən
Əsərlərinin dili Urdu dili, ingilis dili, Kəşmir dili
Janr magik realizm
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d],
  • PEN America[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları Cəngavər bakalavrı "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 1993 Companion of Honour — 2022
salmanrushdie.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüşdinin Fandom saytında hesabı var, lakin İstifadə Şərtlərini pozduğuna görə həmişəlik dayandırılıb.

Mündəricat

Həyatı

Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib.

Yaradıcılığı

İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir.

1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.

16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.

Əsərlərinin siyahısı

  • Qrimus (1975)
  • Gecəyarısı uşaqları (1981)
  • Utanc (1983)
  • Yaquar gülüşü (1987)
  • Şeytan ayələri (1988)
  • Harun və Hekayələr dənizi (1990)
  • Güzgü işi
  • Xəyali vətənlər (1991)
  • Oz sehrbazı (1992)
  • Şərq, Qərb (1994)
  • Qəzəb (2001)
  • Təlxək Şalimar (2005)
  • Florensiyanın sehrbazı (2008)
  • Luka və həyat atəşi (2010)
  • Cozef Anton- Xatirə (2012)
  • İki il səkkiz ay iyirmi səkkiz gecə (2015)
  • Qızılı ev (2017)
  • Kixot (2019)
  • Kurt Vonnequtun "Sallaqxana-beş"i indi bizə nə deyir?

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salman Rüşdi haqqında məlumat. Salman Rüşdi nədir? Salman Rüşdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Uliss Qrant

  • Fevral 24, 2026

    Strategiya

  • Fevral 10, 2026

    London

  • Fevral 24, 2026

    ABŞ gerbi

  • Fevral 24, 2026

    17 dekabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst