Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Strategiya (q.yun. στρατηγία, "sərkərdə mədəniyyəti") — subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modeli. Strategiyanın məzmununa fəaliyyət i

Strategiya

  • Ana Səhifə
  • Vikipediya
  • Strategiya

Strategiya (q.yun. στρατηγία, "sərkərdə mədəniyyəti") — subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modeli. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir.

Strategiya — təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır.

Strategiyanın seçilməsi

Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.

Strateji planlaşdırma ardıcıllığı

Strareji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı kimi aparılır. Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsi mərhələlərini izah edək: Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). Istehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.

  1. Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
  2. Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur.
  3. Zəif və güclü amillərin tədqiqi. Hər bir müəssisə öz vəziyyətini yoxlayaraq zəif və güclü cəhətlərini aşkar edir.
  4. Strateji alternativlərin təhlili. Çatışmazlıqları aradan qaldırmaq üçün alternativ variantlar hazırlamaq və onlardan birini — ən səmərəli olanını seçmək lazımdır.
  5. Strategiyanın seçilməsi.
  6. Strategiyanın həyata keçirilməsi.
  7. Strategiyanın qiymətləndirilməsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Strategiya haqqında məlumat. Strategiya nədir? Strategiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Tehran ostanı

  • Fevral 23, 2026

    Xristian esxatologiyası

  • Fevral 24, 2026

    EKU

  • Fevral 24, 2026

    Skiflər

  • Fevral 23, 2026

    Dan dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst