Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Atropat (yun. Aτρoπάτης) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin so

Atropat

  • Ana Səhifə
  • Vikipediya
  • Atropat

Atropat (yun. Aτρoπάτης) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Bəzi tədqiqatçılara əsasən isə Atropat iran xalqlarından birinə məxsus olmuşdur.

Atropat
Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb.
Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb.
Atropatenanın ilk hökmdarı
E.ə. 323 – E.ə. 300
Əvvəlkivəzifə təsis edilib
SonrakıArtabazan
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 370(-370)
Vəfat tarixi güm. e.ə. 321(-321) (48–49 yaşında)
Fəaliyyəti qubernator
Ailəsi Atropatidlər
Dini Zərdüştlük
Hərbi xidmət
Döyüşlər
  • Qavqamela vuruşması

Mündəricat

Satraplığı

Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur.

Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti

Atropat yeganə satrap idi ki , İsgəndər onu hakimiyyətdən uzaqlaşdırmadı . Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır. E.ə. 327-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İsgəndərə təhvil verir. Beləliklə Atropat İsgəndərin güvənini qazanır. Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun Midiya satrapı kimi mövqeyini daha da möhkəmləndirir. İsgəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, elə həmin il — e.ə. 324-cü ildə — qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərinə dostu Hefestionla birlikdə yola düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İsgəndərlə keçirir. Lakin Hefestionun qəfil ölümü İsgəndəri sarsıdır. Atropat İsgəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi. Lakin, Bizans tarixçisi Nikomediyalı Arrian bu hekayəni inkar edir.

Makedoniyalı İsgəndərin ölümündən sonra

E.ə. 323-cü il iyunun 13-də İsgəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babildə vəfat edir. Onun cəsədi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Babil bölüşdürülməsində Kiçik Midiya Atropata, Böyük Midiya isə Pifona verilir. Bizans tarixçisi Yustinin fikrincə isə Böyük Midiya da Atropata verilmişdi. Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə e.ə. 321-ci ildə regent Pifon tərəfindən öldürülür. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan etibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür. Kiçik Midiya bir qədər sonra Atropatena müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Midiya dövlətinin süqutundan bir əsr sonra Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur.

Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur "Coğrafiya"sında yazır:

"Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur. Bu dövlətin hökmdarları Ermənistan, Suriya və Parfiya çarları ilə nikah əlaqələri qurmuşlar. Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər."

Həmçinin bax

  • Atropatidlər
  • Atropatena
  • Makedoniyalı İsgəndər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Atropat haqqında məlumat. Atropat nədir? Atropat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Nəriman Nərimanov

  • Fevral 22, 2026

    Cümə axşamı

  • Fevral 23, 2026

    Qafqaz cəbhəsi

  • Fevral 23, 2026

    Alfred Nobel

  • Fevral 23, 2026

    Fua (şəhər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst