Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2006-2020), fəlsəfə elmləri namizəd

Əbülfəs Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülfəs Qarayev
Bu məqalə Azərbaycanın keçmiş mədəniyyət naziri haqqındadır. Həkim, Bakı Şəhər Dumasının üzvü olmuş şəxs üçün Əbülfəz Qarayev səhifəsinə baxın.

Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2006-2020), fəlsəfə elmləri namizədi.

Əbülfəs Qarayev
Azərbaycan Respublikasının
mədəniyyət naziri
23 aprel 2018 – 21 may 2020
ƏvvəlkiÖzü (mədəniyyət və turizm naziri kimi)
SonrakıAnar Kərimov
Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri
30 yanvar 2006 – 20 aprel 2018
ƏvvəlkiPolad Bülbüloğlu (mədəniyyət naziri kimi)
SonrakıÖzü (mədəniyyət naziri kimi)
Azərbaycan Respublikasının
gənclər, i̇dman və turizm naziri
18 aprel 2001 – 30 yanvar 2006
Azərbaycan Respublikasının
gənclər və i̇dman naziri
26 iyul 1994 – 18 aprel 2001
Şəxsi məlumatlar
Doğum tarixi 13 noyabr 1956(1956-11-13) (69 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı şəhəri 23 nömrəli tam orta məktəb[d],
  • Azərbaycan Dillər Universiteti
Fəaliyyəti siyasətçi
Atası Mürsəl Qarayev
Həyat yoldaşı
  • Lalə Kazımova
Uşağı Suad Qarayeva-Maleki
Təltifləri Grand Cross of Honor for Services to the Republic of Austria — 2012 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 2012 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni — 2009 "Şöhrət" ordeni — 2016 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.

1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.

1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir.

Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

Ailəlidir, bir övladı var.

Mükafatları

  • "Şöhrət" ordeni — 11 noyabr 2016
  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019
  • "İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 27 fevral 2012
  • 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 18 avqust 2009

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülfəs Qarayev haqqında məlumat. Əbülfəs Qarayev nədir? Əbülfəs Qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kamil Sadıxov

  • Fevral 27, 2026

    Üç Paşa

  • Fevral 27, 2026

    Səlim xan

  • Fevral 26, 2026

    Atabəy

  • Fevral 27, 2026

    Tihamə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst