Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi.

Əbülfəz Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülfəz Qarayev

Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi.

Əbülfəz Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1885(1885-04-20)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 oktyabr 1952(1952-10-25) (67 yaşında)
Fəaliyyəti həkim
Həyat yoldaşı
  • Sona xanım Axundova
Uşaqları
  • Qara Qarayev,
  • Mürsəl Qarayev
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adı
  • professor

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı.

İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır. Həmin il Tibb institutunun Pediatriya kafedrasına assistent kimi qəbul olunan Əbülfəz Qarayev 1931-ci ildə dosent, 1939-cu ildə professor və kafedra müdiri seçilmişdir. Əbülfəz Qarayev 1938-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi araşdırmalarının əksəriyyəti bağırsaq infeksiyalarına həsr olunmuşdur. Həmçinin qan xəstəliklərinin etiologiyası, patogenezi və müalicə yollarını öyrənmişdir.

Əbülfəz Qarayev 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. O, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri və Uşaqlara Müalicə-Profilaktika Yardımı Şurasının üzvü olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmışdır. Həmin vaxtdan Azərbaycan Dövlət Tibb İnstitutunda yetişdirilmiş bütün pediatrları professor Ə.Qarayevin tələbələri hesab etmək olar. Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir.

Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci il oktyabr ayının 24-də qəflətən vəfat etmişdir. Hazırda Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır.

Ailəsi

Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sona xanımın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil almışdı.

Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və Azərbaycan SSR Səhiyyə Nazirliyin cərrahı Mürsəl Qarayevdir. Mürsəl Qarayevin böyük oğlu Cahangir Qarayev (1951–2013) görkəmli pianoçu və caz bəstəkarı idi. Kiçik oğlu Əbülfəs Qarayev, 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Mədəniyyət naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur.

Mükafatları

O, "Əməkdar həkim" və 1940-cı ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. İki "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.

Həmçinin bax

  • Qarayevlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülfəz Qarayev haqqında məlumat. Əbülfəz Qarayev nədir? Əbülfəz Qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oleeae

  • Fevral 27, 2026

    Nəbatilər dövləti

  • Fevral 25, 2026

    Prussiya krallığı

  • Fevral 27, 2026

    Qədim Afina

  • Fevral 27, 2026

    Tefilin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst