Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəl

Rayan Qoslinq

  • Ana Səhifə
  • Vikipediya
  • Rayan Qoslinq

Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Rayan Qoslinq
ing. Ryan Thomas Gosling
Doğum tarixi 12 noyabr 1980(1980-11-12)[…] (45 yaş)
Uşağı 2
Partnyoru
  • Eva Mendes (2011)
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, qastronomçu, film prodüseri, kinorejissor, ssenarist, müğənni, bəstəkar
Fəaliyyət illəri 1993-cü ildən
Boyu 1,835 m
IMDb ID0331516
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub. Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı, anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir. Onun atası Kanadalı-fransızdır. Qoslinqin valideynləri dini baxımdan mormon idilər və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib. Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər və buna görə də Rayan Kornuollda və Börlinqtonda yaşayırdı. O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.

Şəxsi həyatı

Ailə: atası Tomas Qoslinq (ing. Thomas Gosling), anası Donna Qoslinq (ing. Donna Gosling), bacısı Mendi Qoslinq (ing. Mandi Gosling). Rayan təhsilini Börlinqtonda yerləşən Lester B Pearson High School və Kornuol Gladstone Public School'da almışdı. Sevdiyi musiqiçi — Çet Beykerdir. Sevdiyi yemək — kalmarlardan hazırlanmış bütün xörəklər. Sevdiyi rəng — göy. Sevdiyi film — Steynbekin eyniadlı romanı əsasında ekranizasiya olunmuş «Cənnətdən şərgdə» (ing. East of Eden) adlı filmdir.

2008-ci ildə Qoslinq Barak Obamanın prezident kampaniyasını dəstəkləmişdi.

Ev heyvanları: Rayanın itlərin saxlandığı müəssisədə öldürülməkdən xilas etdiyi, Corc adında köpəyi və 2 pişiyi var. Qoslinqin evləri Torontoda və Los-Ancelesdə yerləşir.

(2002—2003-cü illərdə) Sandra Bullok ilə görüşürdü, o həmçinin Famke Yanssen (2007—2008) və Ceymi Mürrey (2009—2010) ilə də görüşürdü. Hazırda Rayan aktrisa Yeva Mendeslə əlaqədədir.

Rayanın bədənində bir neçə tatuirovka da var.

Musiqi karyerası (Dead Man's Bones)

Rayan Zak Şilds ilə, onların Makadms bacıları ilə görüşdüyü zaman (Zak Keylin ilə görüşürdü) tanış olmuşdu. İlk öncə oğlanlar bir-birini xoşlamırdılar, lakin hər ikisinin hər növ zombi, bədheybət, gülyabanilərlə maraqlandığını bildikdən sonra, onlar özlərinin ümumi ideyalarını həyata keçirilməsi məqsədilə birgə layihə yaratmaq qərarına gəldilər. 2008-ci ilin dekabr ayında onlar «In The Room Where You Sleep» adlı albom və mahnıya videoklip buraxırlar. Onlar Silverlake uşaq xor konservatoriyası ilə birgə debyut albom yazırlar, Rayan özü bir sıra musiqi alətlərində çalmağı öyrənir. Qoslinq fortepiano, gitara, bas-gitara və violonçeldə çalmağı öyrənir. Albom 6 oktyabr 2009-cu ildə ANTI- Records şirkətilə buraxılmışdı. Pitchfork Media albomun "yaddaqalan, unikal", Prefix isə əksinə, albomun "yersiz kitç və vulqar" olduğunu qeyd etdilər.

Kliplər

  • In The Room Where You Sleep (2008)
  • Name In Stone (2009)

Maraqlı faktlar

  • 2004-cü ildə o People jurnalına əsasən ilk «50 ən seksual subay aktyor» adına layiq görülmüşdü.
  • Rayan Beverli-Hillzdə yerləşən «Tagine» adlı Mərakeş mətbəxi restoranın sahibidir.
  • Rayan gitara və fortepianoda çala bilir.
  • Uşaqlıqda Qoslinq Mikki Maus klubunun üzvü idi (The Mickey Mouse Club), və bu klubda ondan başqa Britni Spirs, Kristina Aqilera və Castin Timberleyk kimi müasir məşhurlar da var idi.

Xeyriyyəçilik

Qoslinq müxtəlif sosial kompaniyalarda həmişə yardımçı olur. O həmçinin KFC və McDonalds şirkətlərin ətlik quşların kəsilməsinin təkmilləşdirilmiş üsullarla istifadəyə təşviqi və fermalarda çalışan işçilər tərəfindən süd qətirən inəklərin buynuzlarının kəsilməməsi məqsədilə PETA ilə əməkdaşlıq etmişdir. Qoslinq 2005-ci ildə Mississipidə baş vermiş Katrina qasırğasından sonrakı təmizləmə işlərinə volontyor qismində qatılmışdı. 2005-ci ildə Rayan Çadda yerləşən Darfur qaçqın düşərgələrinə səfər etmişdi.. O 2008-ci ildə Campus Progressin düzənlədiyi Milli Konfransda Darfur haqqda məruzəçi qismində çıxış etmişdi. Bu proekt çərçivəsində Rayan 2007-ci ildə Uqandanı, 2010-cu ildə isə Şərgi Konqonu ziyarət etmişdi.

Diskoqrafiya

Dead Man's Bones ilə birgə

  • 2009: Dead Man's Bones

Solo

  • 2011: "You Always Hurt the Ones You Love" – Blue Valentine: Original Motion Picture Soundtrack

Filmoqrafiya

Film

İl Ad Rol Qeydlər
1997 Frankenstein and Me Kenny
2000 Remember the Titans
2001 The Believer Danny Balint
2002 Murder by Numbers Richard Haywood
The Slaughter Rule Roy Chutney
2003 The United States of Leland Leland P. Fitzgerald
2004 The Notebook Noah Calhoun
2005 Stay Henry Letham
2006 Half Nelson Dan Dunne
2007 Fracture Willy Beachum
Lars and the Real Girl Lars Lindstrom
2010 Blue Valentine Dean Pereira Also executive producer
All Good Things David Marks
ReGeneration Narrator Documentary; also producer
2011 Crazy, Stupid, Love Jacob Palmer
Sürücü Sürücü
The Ides of March Stephen Meyers
2012 The Place Beyond the Pines Luke Glanton
2013 Qanqsterlər dəstəsi Sgt. Jerry Wooters
Only God Forgives Julian Also executive producer
White Shadow — Executive producer only
2014 Lost River — Director, writer and producer only
2015 The Big Short Jared Vennett
2016 The Nice Guys P.I. Holland March
La La Lend Sebastian Wilder
2017 Song to Song BV
Ülgüc üzərində qaçan 2049 Officer K
2018 First Man Nil Armstronq
2022 The Gray Man Courtland Gentry "Sierra Six"
2023 Barbi Ken
2024 The Fall Guy Colt Post-production

Televiziya

İl Ad Rol Epizod və qeydlər
1993–1995 Mickey Mouse Club Kameo Teleserial
1995 Are You Afraid of the Dark? Jamie Leary 5.02 "The Tale of Station 109.1"
1996 PSI Factor: Chronicles of the Paranormal Adam 1.01 "Dream House/UFO Encounter"
1996 Kung Fu: The Legend Continues Kevin 4.09 "Dragon's Lair"
1996 Road to Avonlea Bret McNulty 7.09 "From Away"
1996 Goosebumps Greg Banks 1.15 "Say Cheese and Die"
1996 The Adventures of Shirley Holmes Sean 1.01 "The Case of the Burning Building"
1996 Flash Forward Scott Stuckey 1.11 "Double Bill" y 1.21 "Skate Bait"
1996 Ready or Not Matt Kalinsky 4.05 "I Do, I Don't"
1997–1998 Breaker High Sean Hanlon Teleserial
1998 Nothing Too Good for a Cowboy Tommy Televiziya filmi
1998–1999 Young Hercules Hercules Teleserial
1998–1999 Hercules: The Legendary Journeys Zylus 5.17 "The Academy"
2005 I'm Still Here: Real Diaries of Young People Who Lived During the Holocaust Ilya Gerber Sənədli film

Mükafat və nominasiyalar

Ryan Gosling
Qoslinq 2007-ci ildə Toronto Beynəlxalq Film Festivalında
İl Mərasim Kateqoriya Yaradıcılıq Nəticə
2001 Chicago Film Critics Association Awards Ən ümidverici və ifa The Believer və Murder by Numbers Namizəd
2001 Independent Spirit Awards Ən yaxşı kişi rolu The Believer Namizəd
2001 Russian Guild of Film Critics Awards Ən yaxşı xarici aktyor The Believer Qazandı
2004 ShoWest Awards Sabahın kişi ulduzu The Notebook Qazandı
2004 en:Teen Choice Awards The Notebook Qazandı
2004 Teen Choice Awards Seçim film: Kimya (Reyçel Makadams ilə birgə) The Notebook Qazandı
2004 Teen Choice Awards Seçim film: rəqs səhnəsi (Reyçel Makadams ilə birgə) The Notebook Qazandı
2004 Teen Choice Awards Seçim film: Dram aktyoru The Notebook Qazandı
2004 Teen Choice Awards Seçim film: Liplok (Reyçel Makadams ilə birgə) The Notebook Qazandı
2004 Teen Choice Awards Seçim film: Sevgi səhnəsi (Reyçel Makadams ilə birgə) The Notebook Qazandı
2005 MTV Movie Awards Ən yaxşı öpüş (Reyçel Makadams ilə birgə) The Notebook Qazandı
2006 Chicago Film Critics Association Awards Ən yaxşı aktyor Half Nelson Namizəd
2006 Independent Spirit Awards Ən yaxşı kişi rolu Half Nelson Qazandı
2006 National Board of Review Awards Ən yaxşı kişi rolu Half Nelson Qazandı
2006 Satellite Awards Ən yaxşı aktyor - kinofilm Half Nelson Namizəd
2006 Toronto Film Critics Association Awards Ən yaxşı aktyor Half Nelson Namizəd
2007 Academy Awards Ən yaxşı aktyor Half Nelson Namizəd
2007 Chicago Film Critics Association Awards Ən yaxşı aktyor en:Lars and the Real Girl Namizəd
2007 Satellite Awards Ən yaxşı aktyor – Musiqili rəsm və komediya janrı en:Lars and the Real Girl Qazandı
2007 Screen Actors Guild Awards Aparıcı kişi rolu üzrə Half Nelson Namizəd
2007 Teen Choice Awards Seçim film: Triller aktyor Fracture Namizəd
2008 Golden Globe Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya en:Lars and the Real Girl Namizəd
2008 Screen Actors Guild Awards Aparıcı kişi rolu üzrə Lars and the Real Girl Namizəd
2010 Chicago Film Critics Association Awards Best Actor Blue Valentine Namizəd
2010 Golden Globe Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya dram Blue Valentine Namizəd
2010 Satellite Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya Blue Valentine Namizəd
2011 Broadcast Film Critics Association Awards Ən yaxşı aktyor Blue Valentine Namizəd
2011 Detroit Film Critics Society Awards İkinci plan üzrə ən yaxşı aktyor Crazy, Stupid, Love. Namizəd
2011 Satellite Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm Drive Qazandı
2012 Broadcast Film Critics Association Awards Ən yaxşı aktyor Drive Namizəd
2012 Broadcast Film Critics Association Awards Ən yaxşı rol (shared with entire cast) The Ides of March Namizəd
2012 Golden Globe Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya dram The Ides of March Namizəd
2012 Golden Globe Awards Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya Crazy, Stupid, Love. Namizəd
2012 Independent Spirit Awards Ən yaxşı kişi rolu Drive Namizəd
2012 MTV Movie Awards Ən ürəkbulandırıcı səhnə üzrə performans Drive Namizəd
2012 MTV Movie Awards Best Kiss (Emma Stoun ilə birgə) Crazy, Stupid, Love. Namizəd
2012 MTV Movie Awards Ən yaxşı performans Drive Namizəd

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rayan Qoslinq haqqında məlumat. Rayan Qoslinq nədir? Rayan Qoslinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fermentlər

  • Fevral 27, 2026

    Dövlət orqanı

  • Fevral 24, 2026

    Atropat

  • Fevral 27, 2026

    I Afonso

  • Fevral 27, 2026

    Financial Times

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst