Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avrozona — Avropa İttifaqının rəsmi valyutası avro olan 20 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər

Avrozona

  • Ana Səhifə
  • Vikipediya
  • Avrozona

Avrozona — Avropa İttifaqının rəsmi valyutası avro olan 20 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

Mündəricat

Üzvlər

Avro, Avropa İttifaqı ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən Aİ-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.

Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, Kipr və Malta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən, Xorvatiya — 1 yanvar 2023-cü ildən daxil olub.

Hal-hazırda Avrozonanın tərkibinə 330 milyon əhalisi olan 20 ölkə daxildir.

Avrozonaya daxil olan (valyutası Avro olan) dövlətlər
Avrozonaya qatılma tarixi Dövlətin adı Avrodan əvvəlki milli valyuta İstisnalar
1 yanvar 1999 Almaniya Almaniya

Avstriya Avstriya Belçika Belçika Finlandiya Finlandiya Fransa Fransa İrlandiya İrlandiya İspaniya İspaniya İtaliya İtaliya Lüksemburq Lüksemburq Niderland Niderland Portuqaliya Portuqaliya

Almaniya Alman markası

Avstriya Avstriya şillinqi Belçika Belçika franqı Finlandiya Fin markkası Fransa Fransa franqı İrlandiya İrland paundu İspaniya İspan pesetası İtaliya İtaliyan lirəsi Lüksemburq Lüksemburq franqı Niderland Niderland quldeni Portuqaliya Portuqaliya eskudosu

Fransa Fransaya bağlı olan:
  • Fransa Polineziyası Fransa Polineziyası
  • Fransa Uollis və Futuna
  • Yeni Kaledoniya Yeni Kaledoniya

Niderland Niderlanda bağlı olan:

  • Aruba Aruba
  • Niderland Karib Niderlandı
  • Kürasao Kürasao
  • Sint-Marten Sint-Marten
1 yanvar 2001 Yunanıstan Yunanıstan Yunanıstan Yunan draxması -
1 yanvar 2007 Sloveniya Sloveniya Sloveniya Sloven toları -
1 yanvar 2008 Kipr Kipr

Malta Malta

Kipr Kipr paundu

Malta Malta lirası

Kipr Kiprin bir hissəsi olan:
  • Şimali Kipr Türk Respublikası Şimali Kipr Türk Respublikası
1 yanvar 2009 Slovakiya Slovakiya Slovakiya Slovak korunası -
1 yanvar 2011 Estoniya Estoniya Estoniya Estoniya kronu -
1 yanvar 2014 Latviya Latviya Latviya Latış latısı -
1 yanvar 2015 Litva Litva Litva Litva litası -
1 yanvar 2023 Xorvatiya Xorvatiya Xorvatiya Xorvatiya kunası -

Avropa İttifaqı üzvü olan lakin, Avrodan istifadə etməyən dövlətlər

Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.

Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka hökuməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53,2%-i Avroya keçməyə qarşı çıxmışdır.

İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56,1%-i Avroya 'Yox' demişdir.

Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələ ki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, Polşa və Rumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər.

Avropa İttifaqına daxil olan lakin, Avrozonaya daxil olmayan (Avrodan istifadə etməyən) dövlətlər
Dövlətin adı Milli valyutası Avrozonaya daxil olmamasının səbəbi
Bolqarıstan Bolqarıstan Bolqarıstan Bolqar levi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Çexiya Çexiya Çexiya Çex kronu Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Danimarka Danimarka Danimarka Danimarka kronu Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir
İsveç İsveç İsveç İsveç kronu 14 sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir
Macarıstan Macarıstan Macarıstan Macarıstan forinti Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Polşa Polşa Polşa Polşa zlotı Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Rumıniya Rumıniya Rumıniya Rumıniya leyi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir

Avropa İttifaqı üzvü olmayan lakin, Avro istifadə edən dövlətlər

  1. Rumıniya Andorra
  2. Kosovo Kosovo
  3. Monako Monako
  4. Monteneqro Monteneqro
  5. San-Marino San Marino
  6. Vatikan Vatikan

Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San Marino və Vatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.

Monteneqro və Kosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avrozona haqqında məlumat. Avrozona nədir? Avrozona nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sürix Universiteti

  • Fevral 23, 2026

    15 avqust

  • Fevral 27, 2026

    109 (ədəd)

  • Fevral 27, 2026

    Cavanşir-Dizaq mahalı

  • Fevral 27, 2026

    ABŞ mətbəxi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst