Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən

ABŞ mətbəxi

  • Ana Səhifə
  • Vikipediya
  • ABŞ mətbəxi

ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir.

Bu mövzu ilə bağlı Kateqoriya
ABŞ mədəniyyəti

Amerika mədəniyyəti
Ədəbiyyat • Dil
Təsviri incəsənət • Kinemotoqrafiya • Televiziya
Mətbəx • Təhsil • Din • Fəlsəfə
Musiqi • Bayramlar • Elm • Təhsil

  • b
  • m
  • r

Mündəricat

Bir çox millətlərin mətbəxi

Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.

Fəstfud

Hamburger

Şübhəsiz, fastfud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq, hamburger yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.

Süfrədə tərəvəzlər

Ənənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar Amerikan mətbəxinin ayrılmaz tərkib hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popkorn, və ya korn doqs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 oktyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.

Amerikan ənənəsi

Valdorf salatı

Şükran günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər də həmçinin Amerikan mətbəxinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatıdır.

Tipik yeməklər və ərzaqlar

qrildə bifşteks
  • Amerikan pendiri — kəsmik, yağ və digər süd məhsulları əlavə olunmaqla hazırlanan süd məhsulu (75–95 °C temperaturda hazırlanır);
  • Yerfındığı pastası — yerfındığından hazırlanan pasta;
  • Tako
  • Bagel
  • Bifşteks
  • Barbekü
  • Hamburger
  • Hot-doq
  • Pizza
Nyu-Yorksayağı pizza
  • Kartof püresi
  • Vetçina
  • Kobb salatı
  • Sendviç
  • Valdorf salatı
  • Sezar salatı

Şirniyyat

Maffin
  • Brauni
  • Ponçik
  • Maffin
  • Çizkeyk
  • Popkorn
  • Keks

Ədəbiyyat

  • Bertolli, Paul; Alice Waters. Chez Panisse Cooking. New York: Random House. 1988..
  • Crocker, Betty. Betty Crocker Cookbook: Everything You Need to Know to Cook Today (10, illustrated, revised). John Wiley & Sons, Incorporated. 2005. ISBN 978-0-7645-6877-0..
  • Crowgey, Henry G. Kentucky Bourbon: The Early Years of Whiskeymaking'. Kentucky: The University Press of Kentucky. 1971..
  • Danforth, Randi; Feierabend, Peter.; Chassman, Gary. Culinaria The United States: A Culinary Discovery. New York: Konemann. 1998..
  • Fried, Stephen. Appetite for America: How Visionary Businessman Fred Harvey Built a Railroad Hospitality Empire That Civilized the Wild West (Bantam; 2010)
  • Glasse, Hannah. Art of Cookery Made Easy. London. 1750..
  • Oliver, Sandra L. Food in Colonial and Federal America. London: Greenwood Press. 2005..
  • Oralia, Michael. . National Restaurant Association. 5 aprel 2005. 3 aprel 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2009..
  • Pillsbury, Richard. No Foreign Food: The American Diet in Time and Place. Westview. 1998..
  • Porterfield, James D. Dining by Rail: The History and Recipes of America's Golden Age of Railroad Cuisine. New York: St. Martin's Press. 1993. ISBN 0-312-18711-4.
  • Prodhomme, Paul. Paul Prodhomme's Louisiana Kitchen. New York: William Morrow. 1984. ISBN 0-688-02847-0..
  • Puck, Wolfgang. The Wolfgang Puck Cookbook. New York: Random House. 1986.
  • Root, Waverly; De Rochemont, Richard. Eating in America: a History. New Jersey: The Ecco Press. 1981..
  • Smith, Andrew F. The Oxford Encyclopedia of Food and Drink in America. Oxford: Oxford University Press. 2004..
  • Tower, Jeremiah. California Dish, What I Saw (and cooked) at the American Culinary Revolution. New York: Free Press/Simon & Schuster. 2004..
  • Tower, Jeremiah. New American Classics. Harper & Row. 1986..
  • Van Aken, Norman. Feast of Sunlight. New York: Ballantine/Random House. 1988. ISBN 0-345-34582-7.
  • Veit, Helen Zoe. Modern Food, Moral Food: Self-Control, Science, and the Rise of Modern American Eating in the Early Twentieth Century (2013)
  • Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. ISBN 0-19-541816-6.
  • Edge, John T. Hamburgers & Fries : an American Story. G.P. Putnam's Sons. 2005. ISBN 0-399-15274-1. History and origins of the hamburger
  • Trage,. The Food Chronology: A Food Lover's Compendium of Events and Anecdotes, From Prehistory to the Present. Owl Books. 1997. ISBN 0-8050-5247-X.
  • Allen, Beth. Great American classics Cookbook. Hearst Books. 2004. ISBN 1-58816-280-X.
  • Smith, Andrew. Hamburger: A Global History. Reaktion Books. 2008. səh. 128. ISBN 978-1-86189-390-1.

Həmçinin bax

Amerika mətbəxlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ABŞ mətbəxi haqqında məlumat. ABŞ mətbəxi nədir? ABŞ mətbəxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hymenoptera

  • Fevral 27, 2026

    Uilyam Hoqart

  • Fevral 27, 2026

    Upanişadlar

  • Fevral 27, 2026

    Kamal Talıbzadə

  • Fevral 27, 2026

    Rubus deliciosus

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst