Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə m

Devid Seymur

  • Ana Səhifə
  • Vikipediya
  • Devid Seymur

Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir.

Devid Seymur
ing. David Seymour
Doğum tarixi 20 noyabr 1911(1911-11-20)[…]
Doğum yeri
  • Varşava, Polşa çarlığı, Rusiya imperiyası
Vəfat tarixi 10 noyabr 1956(1956-11-10)[…] (44 yaşında)
Vəfat yeri
  • El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d], Misir
Fəaliyyəti fotoqraf, fotojurnalist, jurnalist
Üzvlüyü
  • Maqnum Foto (1947)
davidseymour.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub İkinci Dünya müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir.

Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu.

Mündəricat

Uşaqlığı

Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi.

1914-cü ildə Birinci Dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi.

Karyerası

O, Parisdə oxuyarkən fotoqrafiya ilə maraqlanmağa başladı. 1933-cü ildə müstəqil jurnalist kimi fəaliyyətə başladı. Onun ilk dəfə bu illərdə "Regard" jurnalında şəkli çap olundu.

1936 və 1938-ci illər arasında Şim İspan Vətəndaş Müharibəsini (həmkarı Robert Kapa iLə birlikdə) və digər beynəlxalq siyasi hadisələri ölümsüzləşdirdi. Fevral, 1935-ci ildə o, "Regards" jurnalı tərəfindən önəmli hadisələrin sənədləşdirilməsi üçün Ispaniyaya göndərildi. Onun İspaniya haqqındakı 25 fotohekayəsi elə məhz bu jurnalda çap olundu.

1939-cu ildə onun işləri Meksikaya gedən ABŞ-nin Sinay bölgəsindəki Loyalist İspan müharibə qaçqınlarını əhatə etdi və daha sonra ABŞ-yə gəldi. Nazi Almaniyası Polşaya, Şim'in doğulduğu yerə hücum edərkən, İkinci Dünya müharibəsi Avropada başlayanda Şim Nyu-York şəhərində idi. O, 1940-cı ildə ABŞ ordusuna çağrıldı və müharibə illərində Avropada foto tərcüməçisi olaraq xidmət etdi. 1942-ci ildə valideynlərinin nasistlər tərəfindən öldürüldüyü eyni il ABŞ vətəndaşı oldu.

1948-ci ildə UNİSEF-dən komissiya aldı və Avstriya, Macarıstan, İtaliya, Polşa və Almaniyaya İkinci Dünya müharibəsi qaçqın uşaqlarının vəziyyətini sənədləşdirmək üçün getdi.

1949–1955-ci illər arasında Şim, Avropa və ABŞ-də böyük nəşrlər üçün tapşırıqları yerinə yetirərək bütün Avropa və İsrailə geniş səyahət etdi.

Maqnum Foto

1947-ci ildə Şim, 1930-cu illərdə Parisdə dostlaşdığı Robert Kapa və Anri Kartye-Bresson ilə birlikdə Maqnum Foto fotoqrafiya kooperativini qurdu. Şimin alimi Inge Bondi-nin dediyi kimi:

Fotojurnalistika qızıl bir on illiyə qədəm qoymuşdu. Televiziya dünya hadisələrini yayımlamaq üçün hələ əlçatan deyildi və redaktorlar və ictimaiyyət müharibə və faşizm illərində məhrum qaldığı xəbərləri çox istəyirdilər

1954-cü ildə Kapanın ölümündən sonra Şim Maqnum Foto şirkətinin prezidenti oldu. 10 noyabr 1956-cı ildə ölümünə qədər bu vəzifəni tutdu.

Ölümü

10 noyabr 1956-cı ildə Şim 45 yaşından 10 gün əvvəl, 1956 Süveyş böhranının ardından dörd gün sonra, El Quantara'da (Fransız fotoqraf Jan Roy ilə birlikdə) yaralı əsgərlərin mübadiləsinin fotoşəklini çəkərkən Misir pulemyotçusunun atəşi tərəfindən öldürüldü.

Şimin işləri Maqnum Fotonun tərkibində qalır və onun mülkü qohumları Ben Şnayderman və Helen Sarid adlı şəxslərə məxsusdur.

Həmçinin bax

  • Maqnum Foto
  • Anri Kartye-Bresson
  • Robert Kapa
  • Fotojurnalistika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Devid Seymur haqqında məlumat. Devid Seymur nədir? Devid Seymur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Giresun ili

  • Fevral 27, 2026

    Qeyri-hökumət təşkilatı

  • Fevral 23, 2026

    Həvarilər

  • Fevral 24, 2026

    Paketlər menecerləri

  • Fevral 27, 2026

    Dauqava

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst