Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, mühar

Robert Kapa

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Kapa

Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb.

Robert Kapa
Endre Erne Fridman
Doğum tarixi 22 oktyabr 1913
Doğum yeri Budapeşt,
Vəfat tarixi 25 may 1954 (40 yaşında)
Vətəndaşlığı
  •  Fransa
  •  Macarıstan
  •  ABŞ
Mükafatları Croix de guerre des théâtres d'opérations extérieures — 1954 Medal of Freedom — 1947
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əsgərin ölümü. 1936-cı il. Müəllifin ən məşhur fotoşəkli.

Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür. Parisdə Anri Kartye Bressonla tanış olur. 1935-ci ildən Robert Kapa ləqəbindən istifadə edib. İspaniyadakı vətəndaş müharibəsində respublikaçı əskərin güllə dəyən anda ölümünü çəkdiyi işi bu gün də onun ən məşhur işlərindəndir. Madrid yaxınlığında rəfiqəsi, alman fotojurnalisti Qerda Taro vəfat edir. Qerda Taronun həyatına təsadüfən manevr edən tank son qoyur. 1938-ci ildə Çin-Yapon müharibəsi dövründə fotomüxbir işləyib. 1940-cı ildə ABŞ-yə köçüb. Şimali Afrikada və İtaliyada işləyib. Müttəfiq qoşunlarının Normandiyə hüçumunu çəkib. 1947-ci ildə Anri Kartye-Bresson və digərləri ilə "Magnum" fotoagentliyini yaradıb. 1951-ci ildə agentliyə rəhbərlik edir amma, 1953-cü ildə makkartizmdən ehtiyatlanaraq Avropaya köçmək məcburiyyətində qalır. 1948-ci il və 1950-ci illərdə İsraildə işləyib. Vyetnamda, 1954-cü ildə Çinhindi müharibəsinin sonlarında minaya düşərək həlak olub. Steynbekin "Rus Gündəliyi" adlı kitabının tərtibatında yaxından iştirak edib.

Ədəbiyyat

  • Whelan R. Robert Capa: a biography. New York: Knopf, 1985
  • Lacouture J. Robert Capa. Paris: Centre National de la Photographie, 1988
  • Kershaw A. Blood and champagne: the life and times of Robert Capa. New York: Thomas Dunne Books/St. Martin’s Press, 2003
  • Bustelo G. Robert Capa: obra fotográfica. London; New York: Phaidon, 2005
  1. Museum of Modern Art online collection (ing.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Kapa haqqında məlumat. Robert Kapa nədir? Robert Kapa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bursa

  • Fevral 27, 2026

    Yeraltı sular

  • Fevral 27, 2026

    Con Brekinric

  • Fevral 27, 2026

    Gülşən Kərimova

  • Fevral 27, 2026

    Zərrinrud

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst