Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzvelt

Bill Klinton

  • Ana Səhifə
  • Vikipediya
  • Bill Klinton

Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokratlar partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir.

Bill Klinton
ing. Bill Clinton
ABŞ-nin 42-ci prezidenti
20 yanvar 1993 – 20 yanvar 2001
Vitse-prezidentAlbert Qor
ƏvvəlkiCorc Herbert Uoker Buş
SonrakıCorc Uoker Buş
Şəxsi məlumatlar
Doğum adı William Jefferson Blythe III
Doğum tarixi 19 avqust 1946(1946-08-19)[…] (79 yaş)
Partiya
  • ABŞ Demokratlar Partiyası
Təhsili
  • Universitet kolleci (Oksford)[d] (1968–1970),
  • Yel Hüquq Məktəbi (1970–1973)
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], yazıçı, müəllim, dövlət xadimi, saksofonçu[d], qubernator, hüquqşünas
Həyat yoldaşı
  • Hillari Klinton (1975)
Dini metodizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hüquqşünaslıq

Təltifləri Müqəddəs Georgi adına "Qələbə" ordeni Prezidentin "Azadlıq" medalı — 2013 "Ağ şir" ordeninin böyük xaçı Order of the Cross of Terra Mariana, 1st Class "Dövlət nişanı" ordeni Grand Collar of the Order of Good Hope Grand Cross of the National Order of Honor and Merit — 2011 "Böyük Mübarək" ordeni "Kral Əbdüləziz" ordeni Order of Freedom Tomaş Qarriq Masarik ordeni Prezident medalı Ellis Island Medal of Honor Order of Logohu Filadelfiya azadlıq mükafatı
"Qremmi" mükafatı Charlemagne Prize — 2000
İmzanın şəkli
clintonlibrary.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi.

Həyatı

Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib. Doğumundan 3 ay sonra atası nəqliyyat qəzasında ölüb.4 yaşında olarkən anası Billin ögey atası Rocer Klinton ilə evlənir. Uillam Ceferson öz istəyi ilə ögey atasının soyadını qəbul edir. 1968-ci ildə Corctaun Universitetindən məzun olduqdan sonra Oksford universitetində təhsilini davam etdirib.1973-cü ildə Yale universitetinin hüquq dipmlomunu aldıqdan sonra siyasətə atılıb. İlk dəfə seçimlərə Arkanzasda girdi və uğursuz oldu. Bir il sonra Hillari Rodham ilə evləndi və Çelsi adlı qızları oldu. 1992-ci ildə prezidentlik müddəti bitmək üzrə olan Corc. H. U. Buşu məğlub edərək ABŞ-nin 42-ci prezidenti oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bill Klinton haqqında məlumat. Bill Klinton nədir? Bill Klinton nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ethernet

  • Fevral 27, 2026

    Ağbaba mahalı

  • Fevral 27, 2026

    Pivə qiyamı

  • Fevral 27, 2026

    Ağıllı dizayn

  • Fevral 27, 2026

    Cahan Pəhləvan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst