Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosia

Pivə qiyamı

  • Ana Səhifə
  • Vikipediya
  • Pivə qiyamı

Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç).

Mündəricat

Tarixi fon

1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.

1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər.

Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.

Qiyam

8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərbi Nazirliyin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.

Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərbi Nazirliyə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçıları dağıtdı. Nəticədə nasist partiyasının 16 üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.

Qiyamdan sonra

1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə qiyamın təşkilinə görə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edildi, lakin cəmi 9 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur Mənim mübarizəm (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.

Həmçinin bax

  • Adolf Hitler
  • Münhen

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pivə qiyamı haqqında məlumat. Pivə qiyamı nədir? Pivə qiyamı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Türkeşlər

  • Fevral 26, 2026

    Con Kennedi

  • Fevral 24, 2026

    Veb-brauzer

  • Fevral 27, 2026

    Kompensasiya

  • Fevral 27, 2026

    Rumex arifolius

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst