Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük ingilis etnoloqu və folklorçusu Ceyms Freyzerin (1854–1941) əsərlərinin əksəriyyəti din tarixinə həsr olunmuşdur. Freyzeri məşhurlaşdıran 12 cildlik "Qızı

Ceyms Freyzer

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyms Freyzer

Ceyms Freyzer (1 yanvar 1854[…], Qlazqo – 7 may 1941[…], Kembric) — ingilis etnoloq və folklorçu.

Cеyms Frеyzеr
James George Frazer
Doğum adı James George Frazer
Doğum tarixi 1 yanvar 1854(1854-01-01)[…]
Doğum yeri
  • Qlazqo, Şotlandiya, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 7 may 1941(1941-05-07)[…] (87 yaşında)
Vəfat yeri
  • Kembric, Kembric[d], Kembricşir qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Milliyyəti İngilis
Təhsili
  • Qlazqo Universiteti,
  • Triniti Kolleci,
  • Kembric Universiteti
Fəaliyyəti antropoloq, yazıçı, tarixçi, mifoqraf[d], klassisist[d], ilahiyyatçı, folklorşünas, etnoloq, etnoqraf
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1920),
  • Britaniya Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d]
Mükafatları "Xidmət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Böyük ingilis etnoloqu və folklorçusu Ceyms Freyzerin (1854–1941) əsərlərinin əksəriyyəti din tarixinə həsr olunmuşdur. Freyzeri məşhurlaşdıran 12 cildlik "Qızıl budaq" kitabında insan ruhuna inam, onun müxtəlif formalara keçməsi, onların bitkilərdə təcəssümü, aqrar ayinlər, ağaclara sitayiş, tabu adətləri, magiya, saflaşma ayinləri, insanın qurban veriləməsi, müqəddəs nikah və s. haqda danışılır. Müəllif tərəfindən irəli sürülən tarixi və etnoloji fikirlər bir faktın — qədim İtaliyada Nemoy Dionisi məbədində kahin vəzifəsi ilə bağlı özünəməxsus vərəsəlik adətinin izahına yönəlmişdi. Belə ki, bu vəzifəni tutmaq istəyən qabaqcadan qorunan ağacın budağını qırmalı və öz sələfini öldürməli idi. Məhz bu qəribə adəti izah etmək istəyi Freyzeri 12 qalın cilddən ibarət "Qızıl budaq" kitabını yazmağa vadar etmişdir. Freyzerin əsas ideyası bəşəriyyətin əqli inkişafının ardıcıl mərhələləri haqda ümumi nəzəriyyə idi. О üç ümumi tarixi mərhələni müəyyən etmişdi. Onlardan birincisi cadugərlik (magiyа) mərhələsidir. Bu dövrdə insan heç bir ruh və ya allah haqda düşünmədən özünün cadugər qüvvəsinə, yəni yağışı yağdırmaq və kəsdirmək qabiliyyətinə, vəhşi heyvanları rəqslə aldatmaq, düşmənə kənardan zərər yetirmək, sevgi hissini beyinə yeritmək qabiliyyətinə malik olduğuna inanırdı. Din mərhələsi adlanan ikinci mərhələdə insan artıq öz xəyali qüdrətinə inanmır və bunları ruhun və tanrının fövqəltəbii qüdrəti ilə izah edir və onlara dua ilə müraciət etməyə başlayır. Üçüncü elmi mərhələdə insan bu nəticəyə gəlir ki, nə о, nə də allah yerdəki varlıqların hərəkətini idarə etmir. Bunlar təbiətin qanunauyğunluqlarıdır. Əlavə olaraq qeyd edə bilərik ki, bioloji cərəyan etnoqrafiya elmində mühüm cərəyanlardan biri olaraq, insanın bioloji varlıq olmağı faktını təsdiq edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyms Freyzer haqqında məlumat. Ceyms Freyzer nədir? Ceyms Freyzer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Monterey (Kaliforniya)

  • Fevral 27, 2026

    Antananarivo

  • Fevral 27, 2026

    Əhzab surəsi

  • Fevral 27, 2026

    PUA

  • Fevral 27, 2026

    Belçikalı Klementina

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst