Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd.
| Kənd | |
| Dağ Kəsəmən kəndi | |
|---|---|
| 41°05′56″ şm. e. 45°23′39″ ş. u.HGYO | |
| Ölkə | |
| Tabesində | Ağstafa Rayon İcra Hakimiyyəti |
| Rayon | Ağstafa rayonu |
| İnzibati ərazi dairəsi üzrə nümayəndə | İbrahim Qiyasbəyov |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 508 m |
| İqlimi | Subtropik |
| Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
| Əhalisi | |
| Əhalisi | 8.000+ nəfər (2021) |
| Milli tərkibi | Azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | (22) 22 |
| Poçt indeksi | AZ0515 |
![]() Dağ Kəsəmən kəndi | |
Əhalisi
Diqqətəlayiq şəxsləri
- İbrahim Rəhimov — həkim diplomu almış ilk azərbaycanlı, Azərbaycanın ilk psixiatr həkimi.
- Süleyman bəy Əfəndiyev (ata yurdu) ( 1864–1919) — AXC ordusunun general-mayoru.
- Sona Vəlixan — Azərbaycanın ilk qadın göz həkimi.
- Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı.
- Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru.
- Yaqub Eyyubov (ata yurdu) (1945) – Azərbaycan Respublikası baş nazirinin birinci müavini.
- Şəmistan Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur.
- Süleyman Tatlıyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi.
- Barat Qaravəliyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi.
- Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru.
- Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanın ilk orqan ifaçısı.
- Sabir Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964).
- Məmməd Abdullayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir.
- Musa Əzimov — fizika- riyaziyyat elmləri doktoru, dosent.
- Arif Qədiməliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
- Pərvin Hacıyev — Azərbaycan Sərhəd Qoşunlarının polkovnik–leytenantı, İkinci Qarabağ müharibəsi veteranı, "Zəfər" ordeni laureatı.
İqtisadiyyatı
Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur. Dağ Kəsəmən kəndi su ilə təmin edilməmişdir, sakinlər su problem yaşayırlar.[mənbə göstərilməlidir]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dağ Kəsəmən haqqında məlumat. Dağ Kəsəmən nədir? Dağ Kəsəmən nə deməkdir?
