Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa – 14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq

Abdulla Allahverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Allahverdiyev

Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa – 14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi.

Abdulla Allahverdiyev
Azərbaycan Respublikasının Daxili İşlər naziri
16 aprel 1993 – 17 iyun 1993
Əvvəlkiİsgəndər Həmidov
SonrakıRövşən Cavadov (i.e)
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi
1992 – 1993
SonrakıCavanşir Məmmədov
Bakı Şəhər Milis İdarəsinin rəis müavini
1988 – 1990
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1941(1941-05-23)
Doğum yeri
  • Odessa, Odessa vilayəti, Ukrayna SSR, SSRİ
Vəfat tarixi 14 aprel 2023(2023-04-14) (81 yaşında)
Vəfat yeri
  • Türkiyə
Dəfn yeri
  • Dağ Kəsəmən
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti siyasətçi
Atası Müseyib Allahverdiyev
Rütbəsi
Polis general-mayoru

Həyatı

Abdulla Museyib oğlu Allahverdiyev 23 may 1941-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikasının Odessa şəhərində doğulmuşdur. O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra isə Azərbaycan Politexnik İnustitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil almışdır.

1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışmışdır. O, 1974–1979-cu ilədək Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri olmuş, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik etmişdir.

1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil almış, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi almışdır. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləmişdir.

1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalının ardınca Azərbaycanda fövqəladə vəziyyət elan edildikdən sonra Bakı şəhərinin hərbi komendantı təyin edilib.

1989-cu ildə polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilmişdir.

1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşımışdır. Ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra etmişdir.

14 aprel 2023-cü il tarixində Türkiyədə müalicə aldığı xəstəxanada ölmüşdür. Ağstafa rayonu Dağ Kəsəmən kəndində dəfn olunub

Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Allahverdiyev haqqında məlumat. Abdulla Allahverdiyev nədir? Abdulla Allahverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pələng pişikləri

  • Fevral 27, 2026

    Anatidae

  • Fevral 27, 2026

    I Juan

  • Fevral 27, 2026

    Məxmərək

  • Fevral 27, 2026

    Meyci Konstitusiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst