İlbilgə xatun – VII-VIII əsrlərdə yaşamış Göytürk qadını, İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş xaqanın həyat yoldaşı, xaqanlığın dördüncü xaqanı Bilgə xaqanın anası. Orxon-Yenisey yazılarında adı çəkilən nadir qadın liderlərdən biridir.
| İlbilgə xatun Göytürkcə: 𐰃𐰞𐰋𐰃𐰠𐰏𐰀 𐰴𐰀𐱃𐰆𐰣 | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Milliyyəti | Türk |
| Həyat yoldaşı | İltəriş xaqan |
| Uşaqları | Bilgə xaqan, Kül Tigin, Tonqa Tigin |
| Ailəsi | Aşina |
| Dini | Tenqriçilik |
İlbilgə xatun VII–VIII əsrlərdə Göytürk dövlətinin əsas fiqurlarından biri olmuşdur. İlbilgə xatun dövlət idarəsində mühüm rol oynamış və oğulları Bilgə xaqan, Kültigin və Tonqa Tiginin yetişdirilməsində həlledici fiqur olmuşdur. Onun müdrikliyi və xalqına bağlılığı yazıtlarda “el bilgəsi” (xalqın müdriki) kimi yüksək dəyərlə qeyd edilir.
Ənənəvi türk dövlət sistemində “xatun” titulu yalnız hökmdarın həyat yoldaşı mənasında deyil, həm də dövlətin idarəsində iştirak edən, siyasi qərarlarda söz sahibi olan lider fiqur kimi qəbul olunurdu. İlbilgə xatun bu anlayışın canlı təcəssümü kimi bilinir.
Orxon yazıları
İlbilgə xatun haqqında əsas məlumatlar olan Orxon-Yenisey yazıları Göytürk dövrünə aid ən qədim türk əl yazılarıdır və türk tarixinin, dilinin, mədəniyyətinin ən vacib mənbələrindəndir. Yazılarda İlbilgə xatununun dövlət və xalq qarşısında oynadığı mühüm rolu təsdiq edir.
Orxon yazılarında İlbilgə xatun, həm ərinin — İltəriş Bilgə xaqanın, həm də oğullarının uğurlarında önəmli rol oynamış və xalqın qurtuluşu yolunda tanrı tərəfindən seçilmiş şəxs kimi göstərilir. Yazılarda onun müdrikliyi və xalqına sədaqəti vurğulanır.

Bilgə xaqan və qardaşı belə deyir:
Üstdə türk göyü, türk qutlu yerini, suyunu ancaq düzən etmiş. Türk boyları yox olmasın deyə, boylar olsun deyə atam İltəriş xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı sürətli yüksəltmiş, həqiqətən.
Bu yazılar İlbilgə xatunun tarixi şəxsiyyətini və onun dövlətçilik ənənələrindəki yerini öyrənmək üçün əsas sənədlərdən sayılır. İlbilgə xatun türklərin dövlətçilik ənənəsində qadınların mühüm yer tutduğunu göstərən əsas tarixi fiqurlardan biridir.
Ailəsi
Əri: İltəriş Bilgə xaqan — İkinci Göytürk Xaqanlığının qurucusu. Oğulları:
- Bilgə xaqan — Göytürk dövlətinin ən məşhur xaqanlarından biri.
- Kül Təgin — Türk tarixinə adını yazmış sərkərdə və qəhrəman.
- Tonqa Tigin — oğullarından biri.
Adın mənası
“İl” — xalq, el, dövlət “Bilgə” — müdrik, ağıllı. Bu baxımdan “İlbilgə” adı “xalqın müdriki” və ya “dövlətin ağıllı qadını” mənasını verir.
Ölüm tarixi və şəraiti
İlbilgə xatunun ölüm tarixi və şəraiti barədə dəqiq məlumat yoxdur. Tarixi mənbələrdə bu barədə ətraflı bilgi verilməsə də, onun İltəriş Bilgə xaqan və Tonyuqukun Yenisey qırğızları ilə mübarizəsi zamanı vəfat etdiyi ehtimal olunur.
Ədəbiyyat
- Orxon Yazıtları – Bilgə Xaqan və Kül Təgin abidələri
- Clauson, G. – An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish
- Tekin, T. – Orhon Yazıtları
- İbrahim Kafesoğlu – Türk Milli Kültürü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlbilgə Xatun haqqında məlumat. İlbilgə Xatun nədir? İlbilgə Xatun nə deməkdir?