Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Hüsnüşah Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Hüsnüşah Xatun

Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Hüsnüşah Xatun
osman. حُسن شاہ خاتون
Şəxsi məlumatlar
Doğum tarixi 1454(1454)
Doğum yeri
  • Qaramanoğulları bəyliyi
Vəfat tarixi 1513(1513) (58–59 yaşında)
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Fəaliyyəti əsilzadə
Atası Qaramanlı Nasuh bəy
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Şahənşah
Sultanzadə Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir.

Manisada inşa etdirdiyi Hatuniyə məscidi

1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından oğlu Şahzadə Şahənşah Manisa sancaqbəyi təyin edildi və Hüsnüşah Xatun oğluyla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

1483-cü ildə isə oğlunun Qaraman sancaqbəyi təyin edilməsiylə, onunla birlikdə Konyaya yollandı. Oğlunun edamına qədər burada qalan Hüsnüşah Xatun Manisa və Konyada bir çox xeyriyyə işləri görmüşdür. 1490-cı ildə Manisada bir məscid, 1497-ci ildə isə Kurşunlu Han adlı karvansara inşa etdirmişdir. Vaxtilə öz ailəsi tərəfindən idarə edilən Konyada müxtəlif vəqflərə ianələrlə yardım etmişdir.

Ancaq oğlunun 1511-ci ildə müəmmalı şəkildə ölümündən sonra Bursaya köçən Hüsnüşah Xatun qalan ömrünü burada yaşadı. Bəzi mənbələrdə oğlunun edam edildiyi qeyd edilsə də, bu iddia doğru deyil. Belə ki, Şahzadə Şahənşahın ani ölümündən sonra atası Sultan Bəyazid dərin kədərə boğulmuş, bu hadisənin ardından taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək niyyətinə gəlmişdir. Beləcə, Yavuz Sultan Səlim səltənətinin ilk illərini də əhatə edən uzun taxt mübarizəsi başlamış oldu.

Oğlunun vəfatından sonra çox yaşamayan Hüsnüşah Xatun 1513-cü ildə Bursada vəfat etdi və cənazəsi Muradiyə külliyəsinə dəfn edildi.

Övladları

  • Şahzadə Şahənşah
  • Sultanzadə Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüsnüşah Xatun haqqında məlumat. Hüsnüşah Xatun nədir? Hüsnüşah Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İeratik yazı

  • Fevral 27, 2026

    Dekorasiya

  • Fevral 27, 2026

    Poyasok bərzəxi

  • Fevral 27, 2026

    Xotanlılar

  • Fevral 27, 2026

    Rezonans

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst