ABŞ-nın əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşəkkil" bir hökumətin varlığına görə təsnif edilir.
| ABŞ əraziləri | |||
|---|---|---|---|
| |||
| yaşayış məntəqəsi | San-Xuan, Puerto-Riko, ABŞ | ||
| Dövlət başçısı | Co Bayden | ||
| Qubernatorlar | Cari ərazi qubernatorlarının siyahısı | ||
| Sahəsi | |||
| • Ümumi | 22294.19 km² | ||
| Əhalisi | |||
| • Əhali | 4.066.778 nəfər | ||
| Demonim | Amerikalı | ||
| Valyuta | ABŞ dolları | ||
| Tarix formatı | aa/gg/iiii (AD) | ||
| "Birlik" hər hansı bir xüsusi siyasi statusu təsvir etmir və ştat və ərazilərə tətbiq edilir. Ştat olmayan ABŞ əraziləri ilə əlaqəli istifadə edildikdə, bu termin konstitusiya malik, özünüidarəetmə hüququ birtərəfli olaraq Konqres tərəfindən geri alınmayacaq özünüidarə edən ərazini təsvir edir. | |||

Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerli əhalisi (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir ərazidən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.
Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi, nəticədə ştatlığa çevriliblər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi, müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr olublar.
ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk, Alyaska və Havay Əraziləri isə sonuncu olmuşlar. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi Dakota və Şimali Dakota ştatlarının bütünü, Kanzas, Vayominq və Montananın əksəriyyəti, Kolorado və Minnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.
ABŞ əraziləri ABŞ-nin materik hissəsindən və Havaydan aşağı infrastruktur və telekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib. Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.
Mövcud ərazilər və onların hüquqi statusu
Ərazilər həmişə ABŞ-nin bir hissəsi olmuşdur. Federal qanuna əsasən, "Birləşmiş Ştatlar" termini coğrafi mənada istifadə edildikdə, "kontinental ABŞ, Alyaska, Havay, Puerto-Riko, Quam və ABŞ Vircin adaları" mənasını verir. 1986-cı ildə Şimali Marian adaları ilə siyasi ittifaqından bəri, onlar da ABŞ-nin bir hissəsi kimi qəbul edilir. 2007-ci ildə qəbul edilmiş icra əmri Amerika Samoasını Federal Registr sənədlərində əks olunmuş ABŞ-nin "coğrafi sahəsinə" daxil edir.
Daimi məskunlaşmış ərazilər
ABŞ daimi məskunlaşmış beş əraziyə malikdir : Puerto-Riko və ABŞ Vircin adaları Karib dənizində, Quam və Şimali Marian adaları Şimali Sakit Okeanın qərbindəki Marian arxipelaqında, Amerika Samoası Cənubi Sakit Okeanda.
Bu ərazilərdə təxminən 4 milyon insan ABŞ vətəndaşıdır. Beş böyük ərazinin dördündə doğulmağa görə ABŞ vətəndaşlığı təmin edilir. Amerika Samoasında təxminən 32.000 nəfər ABŞ vətəndaşı olmayan əhali var. ABŞ qanunvericiliyinə əsasən, ərazilər arasında "yalnız Amerika Samoası və Sueyns adasında doğulmuş şəxslər ABŞ vətəndaşı olmayan əhalidir". Amerika Samoalıları ABŞ himayəsindədirlər, ABŞ-nin bütün hissəsinə vizasız səyahət etmək hüququna malikdirlər. Buna baxmayaraq, ABŞ vətəndaşı olmaq üçün Amerika Samoalıları xarici vətəndaş kimi vətəndaşlığa qəbul edilirlər. Amerika Samoalıları doğuma görə ABŞ vətəndaşlığına malik deyillər, çünki ABŞ Konqresi Amerika Samoası sakinlərinə (digər 4 məskunlaşmış ərazilərdən fərqli olaraq) vətəndaşlıq verən qanunvericiliyi qəbul etməmişdir. Ali məhkəmə "Tuana ABŞ-yə qarışı" məhkəmə işində doğuma görə ABŞ vətəndaşlığınln ABŞ-nin qeyri-inkorporativ bölgələrində bir hüquq olmadığına qərar verilmişdir — Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adalarında mövcud olan doğumdan vətəndaşlıq yalnız ABŞ Konqresi bu ərazilərə vətəndaşlıq verən qanunvericiliyi qəbul etdiyi üçün verilir.
Bu ərazilərin hər biri mütəşəkkil, üç hökumət şöbəsi, yerli seçilmiş qubernator və ərazi qanunverici orqanı ilə özünü idarə edən ərazidir.
Həmçinin hər bir ərazi ABŞ Nümayəndələr Palatasına səsvermə hüququ olmayan bir üzv (və ya Puerto-Riko üçün səsvermə hüququ olmayan səlahiyyətli komissar) seçirlər. Onlar "Nümayəndələr Palatasının iclası keçirildikdə səs vermə istisina olmaqla Palatanın digər üzvləri ilə eyni hüquqlara malikdirlər". Onlar müzakirələrdə iştirak edir, heyət üçün ofis və pul təyin edir və öz ərazilərindən ordu, donanma və dəniz piyadaları, hərbi hava qüvvələri və ticarət donanması xidmət akademiyalarının tərkibinə namizədlər göstərirlər. Onlar Nümayəndələr Palatasına təqdim edilən bütün qanunvericilik üzrə komitədə səs verə bilərlər. Onlar hər bir komitə üçün partiya sayına daxil edilir və konfrans komitələri üzrə senatorlarla bərabərdirlər. Konqresdən asılı olaraq, onlar da Bütün Palata Komitəsində səs verə bilərlər. 2017-ci ilin yanvar ayına olan məlumata əsasən bu ərazilərdən Konqres üzvləri aşağıdakılar olmuşdurlar : Şimali Marian adalarından Qreqorio Sablan, Quamdan Madlen Bordallo, Amerika Samoasından Amata Koulman Reydveyqen, Puerto-Rikodan Cennifer Qonsales, ABŞ Vircin adalarından Steysi Plaskett. Kolumbiya dairəsinin də bir səsvermə hüququ olmayan nümayəndəsi var.
Kolumbiya dairəsi kimi ABŞ-nin əraziləri də ABŞ Konqresində səsvermə hüququna mailik nümayəndəyə malik deyil və ABŞ Senatında heç bir nümayəndəliyi yoxdur.
Hər dörd il ərzində ABŞ siyasi partiyaları bu ərazilərdən olan nümayəndələri də daxil edən konvensiyalarda prezidentliyə namizədlərini irəli sürürlər. Lakin Puerto-Riko kimi ərazilərdə yaşayan ABŞ vətəndaşları ABŞ prezidentliynə ümumi seçkilərində səs verə bilməzlər. Amerika Samoasında vətəndaş olmayan əhali də prezidentə səs verə bilməz.
Bu ərazilərin paytaxtları Amerika Samoasında Paqo-Paqo, Quamda Haqatna, Şimali Marian adalarında Saypan, Puerto-Rikoda San-Xuan və ABŞ Vircin adalarında Şarlotta-Amaliyadır.
Bu ərazilərin mövcud qubernatorları aşağıdakılardır : Lolo Metalasi Moliqa (Amerika Samoası), Eddi Baza Kalvo (Quam), Ralf Torres (Şimali Marian adaları), Rikardo Roselo (Puerto-Riko) və Kennet Mepp (ABŞ Vircin adaları).
| Adı | Abrev. | Yeri | Sahə | Əhali (2017) | Paytaxt | Ən böyük qəsəbə | Statusu | Əldə edilmə tarixi |
|---|---|---|---|---|---|---|---|---|
| AS | Polineziya və Cənubi Sakit Okean | 197.1 km2 (76 kv. mil) | 51,504 | Paqo-Paqo | Tafuna | Qeyri-inkorporativ və qeyri-mütəşəkkil | 17 aprel 1900 | |
| GU | Mikroneziya və Şimali Sakit Okean | 543 km2 (210 kv. mil) | 162,742 | Haqatna | Dededo | Qeyri-inkorporativ və mütəşəkkil | 11 aprel 1899 | |
| MP | Mikroneziya & Şimali Sakit Okean | 463.63 km2 (179 kv. mil) | 52,263 | Kapitol-Hill, Saypan | Qarapan | Qeyri-inkorporativ və mütəşəkkil (birlik) | 4 noyabr 1986 | |
| PR | Karib hövzəsi və Şimali Atlantik okean | 9,104 km2 (3,515 kv. mil) | 3,337,177 | San-Xuan | San-Xuan | Qeyri-inkorporativ və mütəşəkkil (birlik) | 11 aprel 1899 | |
| VI | Karib hövzəsi və Şimali Atlantik okean | 346.36 km2 (134 kv. mil) | 104,901 | Şarlotta-Amaliya | Şarlotta-Amaliya | Qeyri-inkorporativ və mütəşəkkil | 31 mart 1917 | |
Qeydlər
- Amerika Samoası – 1900-cü ildən ərazi; İkinci Samoa Vətəndaş müharibəsinin başa çatmasından sonra, adaların şərq yarısını ABŞ-nin idarə etməsi ilə Samoa adaları iki siyasi bölgəyə bölündü. 1900-cü ildə Tutuila Güzəştəgetmə Sazişi qüvvəyə mindi. 1904-cü ildə Manua adaları və 1925-ci ildə Sueyns adası Amerika Samoasının bir hissəsi oldu. ABŞ Konqresi 1929-cu ildə Amerika Samoa müqavilələrini sazişlərini ratifikasiya etdi. Amerika Samoası sonuncu dəfə 1967-ci ildə düzəliş edilmiş konstitusiya əsasında yerli özünü idarə edir. Amerika Samoasında doğulan şəxslər vətəndaş olmayan əhalidir. Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir. Əsas ada Tutuiladır.
- Quam – 1899-cu ildən ərazi; Quam İspan-ABŞ müharibəsi nəticəsində əldə edilib. Quam Quam hərbi dəniz bazası və Andersen aviabazasına ev sahibliyi edir. Quam 1950-ci il Quam Orqanik aktına əsasən təşkil edilib; bu akt Quamlıların ABŞ vətəndaşlığını təmin etdi və Quama yerli hökumət verdi. 1968-ci ildə akt Quam qubernatorunun seçilə bilməsi üçün dəyişdirildi.
- Şimali Marian adaları – 1986-cı ildən Birlikdir, Şimali Marian adaları 1899-cu ilə qədər İspaniya İmperiyasının bir hissəsi, daha sonra 1899-cu ildən 1919-cu ilə qədər Almaniya İmperiyasının bir hissəsi oldu; İkinci Dünya müharibəsi zamanı adalar ABŞ tərəfindən əldə edilənə qədər Yaponiya tərəfindən Millətlər Liqası mandatı kimi idarə olundu. 1947-ci ildə BMT etimadçısı kimi ABŞ tərəfindən idarə olunan BMT Sakit okean adaları etimad ərazisinin (SOAEƏ) bir hissəsi oldu. SOAEƏ-nin digər tərkibi Palau, Mikroneziya Federativ Ştatları və Marşall adalarıdır. ABŞ ilə siyasi birlikdə Şimali Marian adalarının birlik kimi Qurulma Razılaşması hər iki siyasi qurumun nümayəndələri tərəfindən müzakirə edilirdi; 1975-ci ildə Şimali Marian adaları seçiciləri tərəfindən təsdiq edilmiş və 24 mart 1976-cı ildə qüvvəyə minmişdir. Şimali Mariana
- Puerto-Riko 1899-cu ildən qeyri-inkorporativ ərazidir, ispan-ABŞ müharibəsi nəticəsində əldə edilib. Puerto-Riko 1952-ci ildən bəri Birlikdir. Puerto-Riko 1950-ci il Puerto-Riko Federal Əlaqələr aktına (Public Law 600) əsasən təşkil edilib. 2008-ci ilin noyabr ayında bir ABŞ Dairə Məhkəməsinin hakimi Konqres hərkatlarının ardıcıllığının Puerto-Rikonun statusunun "qeyri-inkorporativ"dən "inkorporativ"ə dəyişməsinə kumulyativ təsir göstərdiyinə qrar verdi. Buna baxmayaraq, bu məsələ məhkəmə sistemi ilə yoluna davam etmədi və ABŞ hökuməti hələ də Porto Rikoya qeyri-inkorporativ kimi istinad edir. Puerto-Riko vəkili Puerto-Rikonu "yarı suveren" adlandırmışdı. Puerto-Rikoda dövlətçilik hərəkatı var – onun məqsədi Puerto-Rikonu 51-ci ştat etməkdir. (Həmçinin bax: Puerto-Rikonun siyasi statusu)
- ABŞ Vircin adaları – 1917-ci ildə ABŞ tərəfindən Danimarkadan satın alınıb və 1954-cü ildə Yenidən nəzərdən keçirilmiş Vircin adaları aktına əsasən təşkil edilib. ABŞ vətəndaşlığı 1927-ci ildə təmin edilmişdir. Əsas adaları Sent-Tomas, Sent-Cons və Sent-Krus adalarıdır.
Statistikalar
Quam istisna olmaqla, məskunlaşmış ərazilərdə 2010-2017-ci illəri arasında mənfi əhali artımı olmuşdur. Məskunlaşmış ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, həm də İnsan İnkişafı İndeksi (İİİ) reytinqləri yüksəkdir. Bütün yoxsulluq səviyyəsi qitə ABŞ-nin materik hissəsindən yüksəkdir. Beş ərazinin dördündə ingilis dilindən başqa rəsmi bir dil də var.
| Ərazi | Rəsmi dil(lər) | Əhali artımı (2010–17) | Yoxsulluq səviyyəsi (2009) | Gözlənilən ömür uzunluğu (illərlə) | İİİ | ÜDM ($) | Hərəkət istiqaməti | Saat qurşağı | Telefon kodu (+1) |
|---|---|---|---|---|---|---|---|---|---|
| Amerika Samoası | İngilis, Samoa | −2.39% | 65% | 73.4 | 0.827 | 658 milyon $ | Sağ | Samoa vaxtı (UTC-11) | 684 |
| Quam | İngilis, Çamorro | 2.12% | 22.9% | 76 | 0.901 | 5.793 milyard $ | Sağ | Çamorro vaxtı (UTC+10) | 671 |
| Şimali Marian adaları | İngilis, Çamorro, Karolin | −0.68% | 52.3% | 75.4 | 0.875 | 1.242 milyard $ | Sağ | Çamorro vaxtı | 670 |
| Puerto-Riko | İngilis, İspan | −10.43% | 43.5% | 80.9 | 0.845 | 103.135 milyard $ | Sağ | Atlantik vaxtı (UTC−4) | 787, 939 |
| ABŞ Vircin adaları | İngilis | −3.25% | 22.4% | 79.4 | 0.894 | 3.765 milyard $ | Sol | Atlantik vaxtı | 340 |
Ərazilərin inzibati qraflıqları yoxdur. ABŞ Siyahıyaalma Bürosu Puerto-Rikonun 76 bələdiyyəsini, ABŞ Vircin adalarının üç əsas adasını, Quamın bütününü, Şimali Marian adalarının 4 bələdiyyəsini və Amerika Samoasının 3 rayonu və iki atollunu qraflığa ekvivalent hesab edir. Siyahıyaalma Bürosu həmçinin ABŞ-yə bağlı kiçik adacıqların hər birini qraflığa ekvivalent hesab edir.
Kiçik adacıqlar
ABŞ-yə bağlı kiçik adalar, atolllar və riflərdir. Palmira rifi, Beyker adası, Haulend adası, Carvis adası, Conston rifi, Kinqmen rifi, Miduey rifi və Ueyk rifi Sakit okeanda, Navassa adası, Baxo-Nueva və Serranilla bankəsi Karib dənizindədir. Pamlira rifi (rəsmi olaraq ABŞ Palmira rifi ada ərazisi kimi tanınır) yeganə inkorporativ ərazidir, bu status 1959-cu ildə Havay ştat olduqdan bəri davam edir.
Bir neçə ərazinin statusu mübahisəlidir. Navassa adası Haiti, Ueyk rifi Marşall adaları, Sueyns adası (Amerika Samoasının tərkibində) Tokelau, Serranilla bankəsi və Baxo-Nueva (hər ikisi Kolumbiya tərəfindən idarə edilir) Kolumbiya, Yamayka, Honduras və Nikaraqua tərəfindən mübahisəlidir. ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin işçiləri və onların xidmət təminatçılarından ibarət 40 nəfər əhaliyə malik olan Miduey rifi, The Nature Conservancy və Balıq və Vəhşi Təbiət Xidmətinin heyəti və tədqiqatçılarından ibarət 4 ilə 20 nəfər arasında dəyişən əhalisi olan Palmira rifi və təxminən 100 hərbi personal və mülki işçi əhalisi olan Ueyk rifi istisna olmaqla onlar məskunlaşmamışdırlar.
| Adı | Mövqeyi | Ərazisi | Statusu | Qeydlər |
|---|---|---|---|---|
| Baxo-Nueva | Şimali Atlantik okean və Karib dənizi | 110 km2 (42 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Kolumbiya tərəfindən idarə edilir. ABŞ (Quano adaları aktı əsasında) və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı. |
| Beyker adası | Şimali Sakit okean | 2.1 km2 (0.81 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir. 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir. |
| Haulend adası | Şimali Sakit okean | 4.5 km2 (1.7 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 3 dekabr 1858-cı il tarixində ərazi iddia edilir. 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir. |
| Carvis adası | Cənubi Sakit okean (Polineziya) | 4.75 km2 (1.83 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir. 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir. |
| Şimali Sakit okean | 2.67 km2 (1.03 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Sonuncu dəfə 2004-cü ildə ABŞ Müdafiə Nazirliyi istifadə edilib. | |
| Kinqmen rifi | Şimali Sakit okean | 18 km2 (6.9 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 8 fevral 1860-cı il tarixində ərazi iddia edilir. 10 may 1922-ci il tarixində əlavə edilmiş və 29 dekabr 1934-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətinə verilmişdir. |
| Şimali Sakit okean | 6.2 km2 (2.4 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1859-cu ildən ərazidir; ilk növbədə vəhşi təbiəti qoruma ərazisidir və əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətində idi. | |
| Karib dənizi | 5.4 km2 (2.1 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1857-ci ildən ərazidir; həmçinin Haiti tərəfindən ərazi iddiası var | |
| Şimali Sakit okean | 12 km2 (5 kv. mil) | İnkorporativ, qeyri-mütəşəkkil | Qismən The Nature Conservancy tərəfindən şəxsi mülkiyyyət olmaqla birlikdə qalan hissəsi federal mülkiyyətdir və Balıq və Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunur. Oahunun təxminən 1,000 mil (1,600 km) cənubunda, quru ərazisi təxminən 1.56 kv. mil (4.0 km2) olan 50 kiçik adadan ibarət arxipelaqdır. Atoll 1898-ci ildə Havay Respublikası əlavə edilərkən əldə edildi. 30 aprel 1900-cü ildə Havay ərazisi təsis edildikdə Palmyra rifi həmin ərazinin bir hissəsi kimi təsis edilmişdir. 1959-cu ildə Havay ştat olduqda, Konqres aktı atollu ştatdan istisna etdi. Palmira inkoporativ ərazi kimi qaldı, lakin yeni mütəşəkkil hökumət qəbul edilmədi. | |
| Serranilla bankəsi | Şimali Atlantik okean və Karib dənizi | 350 km2 (140 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Kolumbiya tərəfindən idarə olunur; hərbi dəniz qüvvələri qarnizonu var. ABŞ (Quano adaları aktı əsasında 1879-cu ildən bəri), Honduras və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı. |
| Qərbi Sakit Okean (Mikroneziya) | 7.4 km2 (2.9 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1898-ci ildən ərazidir; Ueyk rifi aerodromuna ev sahibliyi edir, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə edilir. Həmçinin Marşall adaları tərəfindən ərazi iddia edilir. |
- Bu altı ərazi və Palmira rifi Sakit okean uzaq adaları milli dəniz abidəsini əmələ gətirir.
İnkorporativ və qeyri-inkorporativ ərazilər








Konqres bir ərazinin inkorporativ və qeyri-inkorporativ olduğuna qərar verir. ABŞ Konsitusiyası yerli hökumətlər və ştat sakinləri kimi hər bir inkorporativ əraziyə (yerli hökumət və sakinlər daxil olmaqla) İnkorporativ ərazilər mülkiyyətdən daha çox ABŞ-nin bir hissəsi kimi qəbul olunur.
ABŞ Ali Məhkəməsi 1901-1905-ci illər Ada əraziləri məhkəmə işlərində konsitusiyanın ərazilərə şamil edildiyinə qərar verdi. Məhkəmə həmçinin ərazi inkorporativliyi doktrinasını da yaratmışdır ki, konsitusiya inkorporativ ərazilərə (Alyaska və Havay əraziləri kimi) tamimilə və Puerto-Riko, Quam, Flippinin qeyri-inkorporativ ərazilərinə qismən tətbiq olunur.
1856-cı ilə qədər ABŞ-nin qeyri-inkorporativ əraziləri (həmçinin dənizaşırı mülklər və kiçik adacıqlar kimi də tanınır) yox idi. Konqres həmin il Quano adaları aktını qəbul edərək, prezidentə quano tədarükü üçün ərazi iddiasına malik olmayan adaları əldə etmək səlahiyyət verdi. ABŞ bu qanun əsasında xüsusilə Karib dənizi və Sakit Okeanda bir çox adaları və atolları nəzarət altına almışdır (və ərazi iddia etmişdir); əksəriyyət tərk edilmişdir. O, həmçinin 1856-cı ildən bəri digər şərtlər altında ərazilər də əldə etmişdir, məsələn İspan-Amerika müharibəsini sonlandıran Paris sülh müqaviləsi (1898) kimi. Ali Məhkəmə Balzak Porto-Rikoya qarşı məhkəmə işində bu qeyri-inkorporativ ərazilərin konstisional statusunu qiymətləndirmiş və Puerto-Rikodakı bir məhkəm haqqında aşağıdakılar dedi :
| ABŞ Dairə Məhkəməsi ABŞ-nin məhkəmə hakimiyyətini idarə etmək üçün Konstitusiyanın 3-cü maddəsinə əsasən qurulmuş əsl ABŞ məhkəməsi deyil … bu qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən verilmiş suveren konqres icazəsi ilə ABŞ-yə məxsus əraziyə hörmətlə yanaşaraq bütün zəruri qanunlar və qaydaları hazırlamaq üçün … yaradılmışdır. Onun səlahiyyətlərinin əsl ABŞ məhkəmlərinə bənzərliyi sakinlərinə yerli təsirə tabe olmayan bir məhkəməyə müraciət etmək füsrəti yaradır, ərazi məhkəməsi xüsusiyyətini dəyişmir. |
Glidden Company Zdanoka qarşı məhkəmə işində məhkəmə Balzaka istinad etdi və inkorporativ ərazilərdəki məhkəmlər haqqında dedi : "Belə fikirlərdən sonra, Maddə III-ün materik xaricindəki qeyri-inkorporativ ərazilərdə yaradılan məhkəmələrə … və xarici ölklərdən konsessiya ilə yaradılmış konsulyar məhkəmələrə … tətbiq edilə bilməz olduğu nəzərə alınmışdır"
ABŞ Ali Məhkəməsinin müəyyən ərazilər haqqında qərarları
Alyaska ərazisi
Florida ərazisi
Cənub-şərq ərazisi
Luiziana ərazisi
Qruplarına görə indiki ABŞ əraziləri
İnkorporativ mütəşəkkil ərazilər
İnkorporativ qeyri-mütəşəkkil ərazilər
Qeyri-inkorporativ mütəşəkkil ərazilər
Qeyri-inkorporativ qeyri-mütəşəkkil ərazilər
Məskunlaşmış ərazilər
Məskunlaşmamış ərazilər
Eksterritorial yurisdiksiya
Assosiasiyalaşmış dövlətlər
Mütəşəkkil ərazi
Keçmiş ABŞ ərazilərinin və idarə olunan sahələrin təsnifatı
ABŞ-nin keçmiş inkorporativ mütəşəkkil əraziləri
ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri
Hərbi idarədə olan ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri
Əvvəllər ABŞ tərəfindən idarə olunan ərazilər
Digər zonalar
Mədəni mənzərə
Qalereyalar
Nümayəndələr Palatasının səsvermə hüququ olmayan indiki ərazi üzvləri
İndiki ərazi qubernatorları
Peyk şəkilləri
Məskunlaşmış ərazilər
Məskunlaşmamış ərazilər (ABŞ-yə bağlı kiçik adacıqlar)
Xəritələr
Həmçinin bax
Qeydlər
- Ali məhkəmənin 2016-ci il qərarına əsasən ərazilər suveren deyildir.
- Sikaiananın (həmçinin Stüart adaları kimi də tanınır) bəzi sakinləri Sikaiananın ABŞ-nin bir hissəsi olduğuna inanırlar: "Onlar iddialarını bununla əsaslandırlar ki, Stüart adaları kral IV Kamehamea tərəfindən ələ keçirilmiş və 1856-cı ildə onun tərəfindən Havay krallığının bir hissəsi kimi qəbul edilmişdir və beləliklə, 1898-ci ildə qanunla ABŞ-yə əlavə edilən Havay Respublikasının (1893-cü ildə bəyan edilmişdir) bir hissəsi olmuşdur." Ancaq, Sikaiana "Havay və ondan asılı ərazilərə" aid deyil.
- Bu ərazilərdən ikisi "birlik" adlandırılırdı.
- Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir, amma o, de-fakto mütəşəkkildir.
- Saypan tək bir bələdiyyə olaraq idarə olunduğundan, nəşrlərin əksəriyyəti paytaxtı "Saypan" kimi istinad edirlər.
- ABŞ-nin suverenliyi 3 noyabr 1986-cı il (Şərq saatı ilə) və 4 noyabr 1986-cı ildə (yerli Şimali Mariana Adaları (Çamorro saatı) ilə) qüvvəyə minmişdir.
- Düzəliş edilmiş Amerika Samoası Konstitusiyası 29 iyun 1951-ci ildə verilmiş səlahiyyətlə 1967-ci il iyunun 2-də o vaxtkı ABŞ daxili işlər naziri Stüart Li Yudall tərəfindən təsdiq edilmişdi. O, 1 iyul 1967-ci ildə qüvvəyə minmişdi.
- 2017-ci il yoxsulluq səviyyəsi; 2009-cu ildə Amerika Samoasında yoxsulluq səviyyəsi 57,8% olmuşdur.
- 2017-ci il göstəricisi.
- Amerika Samoası 14 qraflığa bölünür, amma ABŞ Siyahıyaalma Bürosu onları kiçik mülki bölgü kimi qəbul edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ABŞ-nin əraziləri haqqında məlumat. ABŞ-nin əraziləri nədir? ABŞ-nin əraziləri nə deməkdir?
