ABŞ-də qraflıq müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir. "Qraflıq" termini ABŞ-nin 48 ştatında istifadə olunur, Luiziana və Alyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var.
Qraflıqların konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Qraflıqlar Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda qraflıq höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 qraflığı olan Massaçusets ştatı səkkiz qraflığında hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Qraflıqların bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-qraflıq kimi fəaliyyət göstərilər, orada şəhər və qraflıq vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif qraflıqlar aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 qraflığa bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, Missuri və Nevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir qraflığa aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-qraflıq kimi fəaliyyət göstərə bilər.
Ştatlara görə qraflıq sayı ən az Delaverdədi (3), ən çox isə Texasdadır (254). Qraflıqların əhali sayıda coğrafi yerlərindən asıllı olaraq geniş şəkildə dəyişir: siyahıyaalınma bürosuna əsasən, 2017-ci ildə ABŞ əhalisinin yarıdan çoxu 3000 qraflıqdan cəmi 143-də məskunlaşıb, bu da bütün qraflıqların cəmi 4,6%-ni təşkil edir; əhali sıralamasına görə beş ən böyük qraflıqlar bunlardır: Los-Anceles (Kaliforniya); Kuk qraflığı (İllinoys); Harris qraflığı (Texas); Marikopa qraflığı (Arizona); və San-Dieqo qraflığı (Kaliforniya).
ABŞ Siyahıyaalma Bürosu qraflıqlarla müqayisə oluna bilən, lakin müxtəlif ad daşıyan "qraflıq ekvivalenti" (ing. "county equivalent") termini istifadə edir. Luiziana prixodları, Alyaskanın mütəşəkkil boroları, müstəqil şəhərlər və Kolumbiya qraflığı inzibati məqsədlər üçün qraflıqlarla bərabərdir. Alyaskanın qeyri-mütəşəkkil borosu 11 siyahıyaalma sahəsinə bölünür və onlar statistik olaraq qraflıqlarla bərabərdillər.
ABŞ-nin ərazilərində qraflıqlar yoxdur; onun əvəzinə ABŞ Siyahıyaalma Bürosu onları da qraflıq ekvivalentlərinə bölür. ABŞ Siyahıyaalma Bürosu Amerika Samoasının rayonları və atollarını qraflıq ekvivalenti hesab edir. Amerika Samoasında yerli olaraq "qraflıq" adlandırılan yerləri var, ancaq ABŞ Siyahıyaalma Bürosu tərəfindən bu qurumlar "mülki bölgünün kiçik vahidi" kimi qəbul olunur.
2020-ci ilə olan məlumata əsasən, 50 ştatda və Kolumbiya qraflığında hazırda 3,143 qraflıq və qraflıq ekvivalenti mövcuddur Əgər ABŞ ərazilərindəki 100 qraflıq ekvivalenti sayılsa. o zaman cəmi ABŞ-də 3243 qraflıq və qraflıq ekvivalenti mövcuddur Ən çox əhaliyə malik Los-Anceles qraflığı (10,039,107) və ən geniş əraziyə sahib San-Bernardino qraflığı Cənubi Kaliforniya tərəfdə həmsərhəddilər (halbuki Alyaskadakı 11 boronun ərazisi San-Bernardinodan daha genişdir).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qraflıq (ABŞ) haqqında məlumat. Qraflıq (ABŞ) nədir? Qraflıq (ABŞ) nə deməkdir?