Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi.
| Cəbəllüttariq | |||||
|---|---|---|---|---|---|
| Gibraltar | |||||
| |||||
| lat. Nulli Expugnabilis Hosti (Düşmən Bizi Qovmayacaq) | |||||
| Himn: Cəbəllüttariq himni | |||||
![]() | |||||
| Rəsmi dili | İngilis | ||||
| Paytaxt | Cəbəllüttariq | ||||
| Kral | III Çarlz | ||||
| Qubernator | ser Cemz Duton | ||||
| Baş nazir | Piter Karuana | ||||
| Sahəsi | Dünyada 241-ci | ||||
| • Ümumi | 6.8 km² | ||||
| • Su sahəsi (%) | 0 | ||||
| Əhalisi | |||||
| • Əhali | 30,001 nəfər (222-ci) | ||||
| • Sıxlıq | 4,328 nəf./km² (5-ci) | ||||
| Valyuta | Cəbəllüttariq funtu | ||||
| İnternet domeni | .gi | ||||
| ISO kodu | GI | ||||
| Telefon kodu | 350 9567 İspaniya üçün | ||||
| Saat qurşaqları |
| ||||
| Nəqliyyatın yönü | sağ[d] | ||||
Tarix
Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi.
Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi.
Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir.
Əhalisi
İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir.
İqtisadiyyatı
Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.
Həmçinin bax
- Feliks əməliyyatı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəbəllüttariq haqqında məlumat. Cəbəllüttariq nədir? Cəbəllüttariq nə deməkdir?
![Bayraq[d]](/uploads/wikipedia/0de5cd257794eae2f8dd8b10cb4df322.png)
![Gerb[d]](/uploads/wikipedia/840b59a0fdf9d2441a917b5efddb1bb8.png)
