Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehrişah Sultan (1745 – 16 oktyabr 1805, İstanbul) — 26. Osmanlı sultanı III Mustafanın ikinci xanımı.

Mehrişah Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Mehrişah Sultan

Mehrişah Sultan (1745 – 16 oktyabr 1805, İstanbul) — 26. Osmanlı sultanı III Mustafanın ikinci xanımı.

Mehrişah Sultan
Validə sultan
7 aprel 1789 – 16 oktyabr 1805
ƏvvəlkiŞahsüvar Sultan
SonrakıAişə Səniyəpərvər Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1745(1745)
Vəfat tarixi 16 oktyabr 1805(1805-10-16) (59–60 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Mehrişah Validə Sultan külliyəsi
Fəaliyyəti qul[d]
Həyat yoldaşı
  • III Mustafa
Uşağı
  • III Səlim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Doğum tarixi tam olaraq bilinməsə də, 1745-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən genuyalı və ya fransız olması ilə bağlı məlumat yanlışdır. Gürcü pravoslav keşişin qızı idi və dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. Saraya alındıqdan sonra adı farsca "Günəşin şahı" mənasını verən Mehrişah olaraq dəyişdirildi. Saray hərəmxanasında "Gürcü gözəli" olaraq məşhurlaşmışdı. Saraya nə vaxt alındığı məlum olmasa da, 1758-ci ildə Sultan Mustafaya təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Hibətullah Sultan, Şahzadə Səlim, Şahzadə Mehmed və Fatma Sultan. İlk övladı Hibətullah Sultanın doğumu isə bütün paytaxt miqyasında şənliklərlə qeyd edilmişdi. Ancaq bu övladı və Mehmed adlı oğlu uşaq yaşlarında vəfat etmişdir.

1774-cü ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Oğlunun taxta çıxışına qədərki dönəmlə bağlı məlumat azdır. Ancaq Sultan Əbdülhəmidin ani vəfatının ardından oğlu 7 aprel 1789-cu ildə taxta çıxdı. İlk işi isə 15 ildir ki görmədiyi anasını möhtəşəm bir mərasimlə Köhnə saraydan Topqapı sarayına gətirmək oldu.

Validə sultanlığı dönəmində dövlət məsələlərindən uzaq qaldı və əsasən xeyriyyə işləriylə məşğul oldu. Oğlunun yeritdiyi Nizam-i Cədid islahatlarını dəstəklədi. Bundan başqa Sultan Səlim hərəmin validə sultanlara ayrılan bölümünü restovrasiya etdirdi və bu bölümdən anasının otağına birbaşa yol inşa etdirdi. Bu bölümün memarlıq xüsusiyyətləri və divar bəzəmələri XVIII əsr Osmanlı memarlığının ən gözəl nümunələridir.

Mehrişah Sultan oğlunun səltənəti dönəmində 1805-ci ildə vəfat etdi. Cənazəsi özünün inşa etdirdiyi Mehrişah Sultan türbəsinə dəfn edilmişdir.

Xeyriyyə işləri

Gördüyü xeyriyyə işlərindən bəziləri aşağıdakılardır:

  • Mehrişah Validə Sultan külliyəsi (1795)
  • Sarıyerdə Arabaçı dərəsi üzərindəki Validə bəndi (1796)
  • Ləvənd ordugahı məscidi (1801)
  • Lağımçılar ordugahı məscidi (1801)
  • Bəyoğlunda Mövləvi ocağı (1801)
  • Sarıyerdə Mehrişah Validə Sultan çeşməsi (1805)
  • Əminönündə Mehrişah Validə Sultan çeşməsi
  • Mehrişah Validə Sultan məscidi

Övladları

  • Hibətullah Sultan (14 mart 1759 - 1 iyul 1762) — Məzarı Sultan Mustafa türbəsindədir.
  • III Səlim
  • Şahzadə Mehmed (10 yanvar 1767 - 12 oktyabr 1772) — Məzarı Sultan Mustafa türbəsindədir.
  • Fatma Sultan (9 yanvar 1770 - 26 may 1772) — Məzarı Sultan Mustafa türbəsindədir

Həmçinin bax

  • Validə sultanlar


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehrişah Sultan haqqında məlumat. Mehrişah Sultan nədir? Mehrişah Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Halit

  • Fevral 27, 2026

    İskra (qəzet)

  • Fevral 27, 2026

    Tübingen Universiteti

  • Fevral 27, 2026

    Qaxingiloy

  • Fevral 27, 2026

    Aleksandr Fridman

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst