Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini m

İskra (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • İskra (qəzet)

"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet.

"İskra" (qəzet)

200px
Təsisçi Georgi Plexanov
Redaktor
  • Vladimir Lenin,
  • Georgi Plexanov,
  • Yuli Martov[d],
  • Pavel Akselrod
Yaranma tarixi dekabr 1900
Dil Rus dili
Nəşrini dayandırıb 1905
Ölkə
  •  Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar.

V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. "İskra" "Brdzola"nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdir. İnqilabi marksizmin nəzəəri əsaslarını müdafiə edən "Brdzola" da Lenin "İskra"sı kimi kütləvi-siyasi təşviqata, çarizmə qarşı siyasi mübarizəyə keçməyi zəruri sayır və həmin ideyanı təbliğ edirdi.

Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi 47 tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu.

Həmçinin bax

  • Molot (qəzet)
  • Nina mətbəəsi
  • Hümmət (qəzet)
  • Bakinski raboçi (qəzet)

Ədəbiyyat

  • İskra, 20 dekabr 1901-ci il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İskra (qəzet) haqqında məlumat. İskra (qəzet) nədir? İskra (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əlincəçay

  • Fevral 27, 2026

    III İnnokenti

  • Fevral 26, 2026

    Ölçü vahidləri

  • Fevral 27, 2026

    UH-1

  • Fevral 27, 2026

    Razyana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst