Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Mustafa (osm. مصطفى ثالث‎ — Mustafa-i sâlis) (28 yanvar 1717[…], Ədirnə Sarayı, Ədirnə – 21 yanvar 1774, Topqapı sarayı, İstanbul) — 26-cı Osmanlı sultanı v

III Mustafa

  • Ana Səhifə
  • Vikipediya
  • III Mustafa

III Mustafa (osm. مصطفى ثالث‎ — Mustafa-i sâlis) (28 yanvar 1717[…], Ədirnə Sarayı, Ədirnə – 21 yanvar 1774, Topqapı sarayı, İstanbul) — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi.

III Mustafa
26-cı Osmanlı sultanı
31 oktyabr 1757 – 21 yanvar 1774
ƏvvəlkiIII Osman
SonrakıI Əbdülhəmid
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1717(1717-01-28)[…]
Doğum yeri
  • Ədirnə Sarayı, Ədirnə
Vəfat tarixi 21 yanvar 1774(1774-01-21) (56 yaşında)
Vəfat yeri
  • Topqapı sarayı, İstanbul
Dəfn yeri
  • Sultan Mustafa türbəsi
Atası III Əhməd
Anası Əminə Mehrişah Sultan
Həyat yoldaşları
  • Mehrişah Validə Sultan,
  • Adilşah Sultan
Uşaqları
  • III Səlim,
  • Xədicə Sultan,
  • Şah Sultan (III Mustafanın qızı),
  • Bəyxan Sultan
Ailəsi Osmanlı xanədanı
Dini İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Şahzadəlik illəri

28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mehrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi. 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi. 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı. Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi. Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.

2 oktyabr 1730-cu ildə baş tutan, başda sədrəzəm Nevşəhərli İbrahim Paşa olmaqla bir çox mühüm dövlət adamının öldürülməsi və atası Sultan Əhmədin taxtdan endirilməsiylə nəticələnən Patrona Xəlil üsyanıyla bu eyş-işrət və əyləncə dövrü başa çatdı. Üsyançılar tərəfindən taxta çıxarılan Sultan Mahmuda ilk biat edənlər isə atası Sultan Əhməd və oğulları oldu. Ardından Şahzadə Mustafa atası və qardaşlarıyla birlikdə Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi. Anası Əminə Mehrişah Sultan və sabiq padşahın digər hərəm nümayəndələri isə Köhnə saraya sürgün edildi.

Sarayın Şimşirlik bölümündə keçən illəri ailə fərdlərinin sırayla vəfatı və tutulan yaslarla keçdi. İlk öncə 1732-ci ildə anası Əminə Mehrişah Sultan, bacıları Ümmüsələmə və Ümmügülsümlə qardaşı Süleyman, ardından 1733-cü ildə bacıları Fatma və Əminəylə qardaşı Seyfəddin, 1736-cı ildə atası Sultan Əhməd, 1738-ci ildə isə bacıları Xədicə və Ətiqə vəfat etdi. Bu ölümlər arasında ən mühümü isə özündən 3 həftə böyük olan və taxta vəliəhd olaraq görülən qardaşı Şahzadə Mehmedin 22 dekabr 1756-cı ildə şübhəli şəkildə ölümü oldu. Yayılan saray şayələrinə görə, Sultan Osman tərəfindən taxtına təhlükə olaraq görülən Şahzadə Mehmed sədrəzəm Bahir Mustafa Paşanın vasitəsilə zəhərlənərək öldürülmüşdü. Bu ölüm Şahzadə Mustafanı vahiməyə salsa da, taxt sıralamasında onu önə daşımış, beləcə taxtın vəliəhdi olmuşdur.

Səltənət illəri

Uzun müddətdir davam edən xəstəliyinin ardından Sultan Osman 30 oktyabr 1757-ci ildə gecə saatlarında vəfat etdi. Xəbəri olan sədrəzəm Raqif Paşa dərhal Topqapı sarayına gələrək şeyxülislam Feyzullah Əfəndi, kaptan-ı dərya Əli Paşa, yeniçəri ağası Çələbi Mehmed ağa, Anadolu və Rumeli qazəsgərlərini saraya çağırdı. Qısa müzakirənin ardından Darüssəadə ağası Əhməd ağa tərəfindən tutulduğu Şimşirlik bölümündən çıxarılan Şahzadə Mustafa sarayın Sünnət otağına gətirildi və burada biat mərasimi keçirildi. Üniversiesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, İstanbul 2007, s. 24-25 Səhər saatlarında Babüssəadə qapısı önünə taxt çıxarıldı və ənənəvi cülus mərasimiylə Sultan Mustafanın taxta çıxarıldı elan olundu. Ardından mərhum padşah Sultan Osmanın cənazə mərasiminə qatılan Sultan Mustafanın qılınc qurşanma mərasimi 3 noyabrda ənənəyə sadiq qalınaraq Əyyubsultan məscidində baş tutdu. 8 noyabr günü cülus bəxşişi paylandı.

Ailəsi

Hərəmxanası

  • Mehrişah Sultan
  • Ayşə Adilşah Sultan
  • Aynülhəyat Sultan (1726 - 1 avqust 1764) — Məzarı Sultan Mustafa türbəsindədir.
  • Rüfət Qadınəfəndi (1744 - yanvar 1804) — 1758-ci ildə saraya alınmışdır.
  • Fatma Fəhimə Sultan (1734 - 1761) — doğum əsnasında vəfat etmişdir.
  • Mehrişah Sultan (ö. 1799) — Məzarı qızı Şah Sultanın türbəsindədir.
  • Binnaz Qadınəfəndi (ö. may 1823)

Oğlan uşaqları

  • III Səlim
  • Şahzadə Mehmed (10 yanvar 1767 - 12 oktyabr 1772) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.

Qız uşaqları

  • Hibətullah Sultan (14 mart 1759 - 1 iyul 1762) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
  • Şah Sultan
  • Mehrimah Sultan (6 oktyabr 1762 - 19 mart 1764) — Aynülhəyat Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
  • Mehrişah Sultan (10 dekabr 1762 - 21 fevral 1769) — Məzarı Sultan Mustafa türbəsindədir.
  • Bəyxan Sultan
  • Xədicə Sultan
  • Fatma Sultan (9 yanvar 1770 - 26 may 1772) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, III Mustafa haqqında məlumat. III Mustafa nədir? III Mustafa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Versal

  • Fevral 27, 2026

    Haloxylon ammodendron

  • Fevral 27, 2026

    Cəlal Mirzəyev

  • Fevral 27, 2026

    Bas gitara

  • Fevral 27, 2026

    Naciyə Qadınəfəndi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst