Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cin

Meheli nalburunu

  • Ana Səhifə
  • Vikipediya
  • Meheli nalburunu

Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb.

Meheli nalburunu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Dəstə:
Yarasalar
Yarımdəstə:
Yinpterochiroptera
Fəsiləüstü:
Rhinolophoidea
Fəsilə:
Nalburunlar
Yarımfəsilə:
Rhinolophinae
Cins:
Nalburun
Növ:
Meheli nalburunu
Beynəlxalq elmi adı
  • Rhinolophus mehelyi Paul Matschie, 1901
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  631446
NCBI  342862
EOL  308547

Mündəricat

Qısa təsviri

Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir.

Yayılması

Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır. Azərbaycanda Hirkandan başqa bütün təbii vilayətlərdə aşkar edilsə də, yalnız Kiçik Qafqazda çoxsaylıdır. Qış dövründə 5, yayda 9 məntəqədə tapılmışdır. Bütün iri yığınlar başlıca olaraq 1800 m-ə qədər hündürlükdə dağüstü kserofitlər qurşağına düşür. Qalan rayonlarda və landşaftlarda bu növ nadirdir.

Həyat tərzi

Əsasən yüksək rütbəli müxtəlif yeraltı sığınacaqlarda (mağaralar, tunellər, kəhrizlər) məskunlaşır. Burada onların sayı bir neçədən bir necə yüzə qədər çatır. Bu nalburunların ən böyük yığını onların daim yaşadığı Dağlıq Qarabağın Azıx mağarasında qeydə alınmışdır. Son onilliklərdə koloniyaların sayı kəskin şəkildə azalmışdır. 1966-1969-cu illərdə burada 2000-ə yaxın, 1988-ci ilin fevralında isə cəmi 300 heyvan olmuşdur. Onların sayının bu cür azalması hər şeydən əvvəl aparılan arxeoloji işlər və mağaraya tez-tez girib – çıxanların törətdiyi narahatlıq nəticəsində baş vermişdir. Qış yuxusu dövründə (noyabrdan martın ortalarına qədər) meheli nalburunları Azıx mağarasının tağlarında və ucqar bölmələrin divarlarında 3.5-5 m hündürlükdə sıx kütlə şəklində olurlar. Burada temperatur 10.2-15.00 C səviyyəsində olur. Martda onlar tədricən mağaranın mərkəzi, daha isti hissəsinə keçirlər. Burada onlara qışlama yerlərindən uçub gəlmiş itiqulaq şəbpərələr və adi uzunqanad yarasalar qoşulur. Apreldən oktyabra qədər nalburunlar başlıca olaraq mərkəzi kamerada yarasaların qarışıq koloniyasının çoxsaylı (15 minə yaxın) tərkibində olurlar. Burada onlar sayca üstün olan uzunqanadlı və şəbpərələr arasında ayrıca adalar əmələ gətirirlər. Balaların böyüməsi və tük dəyişmənin başlanması ilə heyvanların bir hissəsi (200-ə qədər) mağara üzərində yerləşmiş quyuya köçür. Burada onlar quyunun ən isti bölməsi olan üst taxçada yerləşirlər (16-200 C). Mağaranın mərkəzi kamerasında 5 m hündürlükdə yayda temperatur 13.3-15,40 C olur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meheli nalburunu haqqında məlumat. Meheli nalburunu nədir? Meheli nalburunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Jakeriya üsyanı

  • Fevral 23, 2026

    Şarl Aznavur

  • Fevral 27, 2026

    Cek Keruak

  • Fevral 24, 2026

    Quşlar

  • Fevral 27, 2026

    YG Entertainment

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst