Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], VI arondisman – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır.
| Şarl Aznavur | |
|---|---|
| fr. Charles Aznavour | |
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Şahnur Vağinak Aznavuryan |
| Doğum tarixi | 22 may 1924[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 oktyabr 2018[…] (94 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ağ ciyərin ödemi, ürək dayanması[d] |
| Dəfn yeri |
|
| Uşaqları | 5 (Seda Aznavour, Misha Aznavour, Katia Aznavour daxil olmaqla) |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | ssenarist, kino aktyoru, söz yazıçısı[d], bəstəkar, şair, diplomat, səsyazma sənətçisi[d], kinorejissor, müğənni, aktyor |
| Fəaliyyət illəri | 1933–2018 |
| Janrlar | xalq musiqisi[d], şanson, caz, pop musiqisi, ballada, dünya musiqisi[d] |
| Albom şirkətləri | EMI[d], Mercury Records[d], Reprise Records[d] |
| Mükafatları | |
| aznavourfoundation.org | |
Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb. 1988-ci ildə baş verən Spitak zəlzələsinin qurbanları üçün yardımların toplanmasında iştirak edib. Bundan əlavə Aznavur 2009-cu ildən Ermənistanın İsveçrə üzrə səfiri vəzifəsini icra edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şarl Aznavur haqqında məlumat. Şarl Aznavur nədir? Şarl Aznavur nə deməkdir?
