Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (i

Bilderberq klubu

  • Ana Səhifə
  • Vikipediya
  • Bilderberq klubu

Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.

Niderlandın "Bilderberq" oteli

Mündəricat

Tarixi

Klub iştirakçıları

Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib.

Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard

İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.

Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb. Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir. Tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki,

"Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır."

Klubunun son toplantısı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. 22 ölkədən 140-a yaxın adam bu toplantıya dəvət alıb.

Məqsədi

Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilmişdi.

Strukturu

Bilderberq klubu 3 dairədən formalaşır:

  • Xarici dairə — kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil.
  • İdarə komitəsi dairəsi — daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqda hər şeyi bilirlər.
  • Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.

Rəhbərləri

  • Şahzadə Bernard (1954–1975)
  • Alek Duqlas-Hom (1977–1980)
  • Volter Şel (1981-1985)
  • Erik Rol (1986–1989)
  • Peter Karinqton (1990–1998)
  • Etyen Daviqnon (1999–2011)
  • Henri de Kastries (2012-ci ildən)

Həmçinin bax

  • Komitet 300
  • Beynəlxalq əlaqələr Şurası
  • Üçtərəfli komissiya
  • Roma klubu
  • Alman Marşall Fondu
  • Kəllə və sümüklər
  • Bohemiya klubu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bilderberq klubu haqqında məlumat. Bilderberq klubu nədir? Bilderberq klubu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Britaniya

  • Fevral 27, 2026

    Vəqidi

  • Fevral 24, 2026

    Metod

  • Fevral 27, 2026

    Əbu əd-Dərda

  • Fevral 27, 2026

    Almeriya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst