Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yükl

Karvan

  • Ana Səhifə
  • Vikipediya
  • Karvan

Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir

Dəvə karvanı (Gravür, orijinal: David Roberts, gravürleştiren: Louis Haghe, 27 fevral 1839)

Mündəricat

Tarixi

Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.

Bu böyük karvandan başqa yalnız mal daşıyan Hind və İran karvanları da vardı. Hindistandan çıxan karvanlar, Əfqanıstan-İsfahan yolunu təqib edərək, Bağdad, oradan Hələbə gəlirdilər. İran karvanları isə İsfahan-Tehran, Tbilisi-Ərzurum yolu ilə Trabzona gedər, oradan da gəmilərlə aldıqları mallarla İstanbula gətirərdilər. Ayrıca Anadolunun böyük vilayətləri arasında kiçik karvanlar çalışar, mal daşıyaraq xidmətdə olardılar.Balkanlarda isə əksəri qatırların çəkdiyi karvanlar, bayraqlar arasında hər mövsümdə mal daşıyardılar. Kiçik karvanlar, iyul və avqust aylarının xaricində müəyyən vaxt və zamanlarda mal aparıb gətirərdilər. İldə bütün karvanlar üçün 100–150.000 qədər dəvə istifadə edilərdi. Normal olaraq, bir karvan gündə 50 ilə 55 kilometr yol gedə bilərdi. Nəqliyyat ödənişi olaraq mövsümə, əşyanın miqdarına görə bir gündə səkkiz kilo üçün doxsan pul ilə üç qəpik arasında dəyişən bir ödəniş alınırdı

Bir karvanın birləşərək hərəkət etdiyi zamanlarda içlərindən biri karvan başçısı seçilirdi. Təhlükəli olan yerlər düşünülərək karvanların hərəkət və qalmalarında silahlı gözətçilər nəzarət edirdi, bunlar lazımlı tədbirləri alardılar. Karvan başçısının verəcəyi qərara görə hərəkət edilir, yaşayış və hərəkət onun əmri ilə olardı. Hərəkət əmri verdiyi zaman dərhal hazırlanılır, yarım saat sonra hərəkətə başlayardı. Kimsə gözlənilməz, böyük bir sükunət və intizam içində zamanı gəlincə hərəkət edilirdi.

Karvanlarda xüsusilə çölü aşan ticarət yollarında tarix boyuncadəvələr seçilmişdir.(Misirli bir dəvə karvanı, 1918)

Həmçinin bax

  • Dəvə
  • Səhra

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karvan haqqında məlumat. Karvan nədir? Karvan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəliməmmədli

  • Fevral 25, 2026

    Qoç

  • Fevral 27, 2026

    Rast

  • Fevral 27, 2026

    Mahmud Muhiti

  • Fevral 27, 2026

    Baku Cup

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst