Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.
| Şəhər | |
| Dəliməmmədli | |
|---|---|
| 40°41′33″ şm. e. 46°34′29″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Gəncə-Daşkəsən iqtisadi rayonu |
| Rayon | Goranboy rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 7 fevral 1991 |
| Mərkəzin hündürlüyü | 241 m |
| İqlimi | Aran |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 10.929 nəfər |
| Milli tərkibi | azərbaycanlılar |
| Etnoxronim | goranboylu |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 22 |
| Poçt indeksi | AZ 2216 |
| Nəqliyyat kodu | 22 |
| Digər | |
| goranboy-ih.gov.az | |
![]() Dəliməmmədli | |
Toponimikası
Tarixi
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır.
Coğrafiyası və iqlimi
Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir.
Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı sərt, yayı isə istidir.
Əhalisi
Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir, 5532 nəfər əhalisi var. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfər əhalisi olan Sarovlu kəndi yerləşir.
Əhalinin zamanlar üzrə sayı
| İl | 1989 | 2002 | 2005 | 2023 | |
|---|---|---|---|---|---|
| Əhali | 4560 | 4740 | 4810 | 11290 | |
| Hesablama növü | Rəsmi siyahaya alma | Rəsmi hesablama | Rəsmi hesablama | Rəsmi hesablama |
| İllik artım | 1,54 % (2010) |
|---|
Tanınmış şəxsləri
- Aydın Məmmədov — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü.
Mədəniyyəti
Şəhərdə Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, kitabxana, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, idman meydançası, dəmiryolu stansiyası, bank, poçt, rabitə şöbəsi mövcuddur.
Təhsil
Şəhərdə uşaq musiqi məktəbi, peşə məktəbi, uşaq bağçası fəaliyyət göstərir.
M.Zeynalov adına tam orta məktəb
Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəb şəhərin əsas təhsil ocaqlarından biridir. Bu məktəb, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.
Din
Şəhərdə 4 iyul 2007 -ci ildə tikintisinə başlanılan "Həzrəti Əli" məscidin tikintisi naməlum şəkildə dayandırılıb və fəaliyyət göstərmir.
Səhiyyə
Şəhərdə xəstəxana fəaliyyətini dayandırmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəliməmmədli haqqında məlumat. Dəliməmmədli nədir? Dəliməmmədli nə deməkdir?
