Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur.

Rast

  • Ana Səhifə
  • Vikipediya
  • Rast

Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur.

Mündəricat

Etimologiya

"Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir.

Tarixçə

Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır.

Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır:

Rast ailəsinə bir sıra muğamlar aiddir. "Mahur–Hindi", "Orta Mahur", "Bayatı–Qacar", "Dügah" dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.

Rast muğam dəstgahı kimi

Yaxın Şərq xalqları klassik musiqisinin 12 muğamından biri. “Qədim musiqişünaslar rastı muğamların anası adlandırmışlar. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir.”

Rast Azərbaycan musiqisində

Azərbaycan musiqisində: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (bəzən dilkeş), xocəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən ibarət dəstgah.

Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.

Bakı musiqi məclislərində “Rast” dəstgahı 15, Şuşa muğam məclisində 18 şöbə və guşədən ibarətdirsə, Şamaxı məclisində isə şöbə və guşələrin sayı 21 olmuşdur. Həmin bu üç muğam məclisində oxunan “Rast” dəstgahının sayı və ardıcıllığı aşağıdakı cədvəldə verilir :

Bakı (Abşeron)Şuşa (Qarabağ)Şamaxı (Şirvan)
1. Mayeyi Rast1. Rast1. Rast
2. Novruzi rəvəndə2. Pəncgah2. Üşşaq
3. Rast3. Vilayəti3. Mücrü
4. Üşşaq4. Mənsuriyyə4. Hüseyni
5. Hüseyni5. Zəminxarə5. Vilayəti
6. Vilayəti6. Rak-hindi6. Siyahi-ləşgər
7. Xocəstə7. Azərbaycan7. Məsihi
8. Xavəran8. Əraq8. Dəhri
9. Əraq9. Bayatı-Türk9. Xocəstə
10. Pəncgah10. Bayatı-Qacar10. Şikəsteyi-Fars
11. Rak11. Mavəraənnəhr11. Rak-hindi
12. Xavəran12. Balu-Kəbutər12. Rak-Xosrovani
13. Əmiri13. Hicaz13. Saqinamə
14. Məsihi14. Şahnaz14. Əraq
15. Rast15. Əşiran15. Təsnif-Qərai
16. Zəngi-Şötər16. Məsnəvi
17. Kərkuki17. Zəngi-Şötər
18. Rast18. Nəğməyi-Hindi
19. Mənəvi
20. Kabili
21. Rast

Rast muğamı əsasında bəstələr

  • Ə.Quliyevin rəhbərliyi ilə xalq çalğı alətləri orkestri - Əraq rəngi
  • Muğam Teatrının solistləri - Rast rəngi

Rast İran musiqisində

İran musiqisində "Rast-pəncgah" kimi bilinir: zəngulə, pərvanə nəğmə, ruh-əfza, Xosrovani, pəncgah, süpehr, üşşaq, Şiraz, bayatı-əcəm, mübərriqə, qərəcə, bəhr-nur və əlavə olaraq Əbül-çəp, Leyli və Məcnun, ravəndi, novruz-ha, nəfir, fərəng, əraq şöbə və guşələrindən ibarət dəstgah.

Rast muğamı Türkiyə musiqisində

13 əsas (basit) makamdan biridir.

Rast muğamı Özbək və Tacik musiqisində

Şeşməqama daxil olan altı əsas muğamlardan biridir .

Rast musiqi ladı (məqamı) kimi

Quruluşu: 1-1- 1/2 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 - intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi “Rast” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri – xalq mahnıları, rəqsləri, aşıq havaları həmin pillələrə əsaslanır.

Rast ladında bəstələr

Xalq mahnıları
  • Aman nənə
  • Mən gedirəm Zəngilana
  • Çal, oyna
Bəstəkar mahnıları
  • "Arşın mal alan" operettasından Əsgərin mahnısı "Arşın mal alan", qızların xoru "Arşın malçı, mal göstər", Cahan xalanın mahnısı “Çadramı sallam başıma”
  • "O olmasın, bu olsun" operettasında Rüstəm bəylə Meşədi-İbadın dueti
Rəqslər
  • Brilliant
  • Əsgəranı
  • Cücələrim (musiqi: Qəmbər Hüseynli, sözləri: Tofiq Mütəllibov)

Qaynaq

  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Rast". 13 iyun 2021 tarixində . İstifadə tarixi: 14 iyul 2013.
  2. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları - Tarixi məlumat". 25 mart 2022 tarixində . İstifadə tarixi: 11 may 2013.
  3. "Muğam Ensiklopediyası - Rəng". 24 iyun 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  4. Ramiz Zöhrabov. Muğam. Bakı: "Azərnəşr", 1991, səh 104.
  5. "Zakir Mirzəyev. Rast muğamı (muğam fənni üzrə metodik vəsait). Bakı, 2010" (PDF). 17 iyun 2022 tarixində (PDF). İstifadə tarixi: 6 iyun 2013.
  6. "Muğam Ensiklopediyası - Rast-Pəncgah". 24 iyun 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  7. Turkish Music Portal - Turkish Music Dictionary[ölü keçid]
  8. . 18 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2013.
  9. . 9 may 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2013.
  10. "Muğam Ensiklopediyası - Şeşmakom (Şeşməqam)". 24 iyun 2021 tarixində . İstifadə tarixi: 14 iyul 2013.
  11. UNESCO - Shashmaqom music
  12. "Muğam Ensiklopediyası - Rast". 21 yanvar 2022 tarixində . İstifadə tarixi: 11 may 2013.
  13. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Rast". 23 yanvar 2022 tarixində . İstifadə tarixi: 11 may 2013.
  14. "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 29 iyul 2021 tarixində . İstifadə tarixi: 11 may 2013.
  15. Əfrasiyab Bədəlbəyli - Muğamlar 2021-06-19 at the Wayback Machine. “Azərbaycan pioneri”, 21, 24 fevral 1961.

Həmçinin bax

  • Azərbaycan musiqisi
  • Muğam
  • Zərbi muğamlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rast haqqında məlumat. Rast nədir? Rast nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Boneyr

  • Fevral 27, 2026

    Oğuz xan

  • Fevral 27, 2026

    Xristian dini

  • Fevral 27, 2026

    Cənub Tv

  • Fevral 27, 2026

    Hallavar çayı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst